Mövzular üzrə saatların bölgüsü


Turist fəaliyyətinin tədqiqatı zaman metodologiyanın rolu



Yüklə 134,52 Kb.
səhifə20/29
tarix03.03.2023
ölçüsü134,52 Kb.
#86407
1   ...   16   17   18   19   20   21   22   23   ...   29
turizmdə tədiqat metodları

1.2 Turist fəaliyyətinin tədqiqatı zaman metodologiyanın rolu

Turizm nəzəriyyəsindəki tədqiqat mövzusu turist fəaliyyətlərdir: onların məqsədi turizm fəaliyyətinin öyrənilməsi (ekskursiyalar və səyahətlər); turizmin növləri və formalarının inkişafını proqnozlaşdırmaq; yeni turizm mərkəzlərinin xüsusiyyətlərini modelləşdirmək; turist fəaliyyəti, ekskursiyalar və səyahət prosesində orqanizmin funksiyalarının bərpası.


Turizm fəaliyyətinin tədqiqi metodikası turizm sahəsində nəzəri və praktiki məsələlərin araşdırılmasına və həllinə elmi yanaşmanın əsaslandırılmasına imkan verir.
Turizm fəaliyyətinin metodik qiymətləndirilməsi xidmət sahəsində mümkün rəqibin, turist müəssisəsinin iqtisadi və texniki vəziyyətinin, inkişafının nəzərdə tutulan yollarının və rəqabət mübarizəsinin aparılmasına, mütəxəssislərin fəaliyyət strategiyası və taktikasının müəyyənləşdirilməsinə kömək edir.
Metodologiya turizmin öyrənilməsinə əsaslanaraq, fəal və yaradıcı xatakterli ictimai bir hadisədir. Çünki, hadisə insanların məqsədyönlü praktik fəaliyyəti prosesində baş verir. Səyahət və ekskursiyalarda səfalı yerlərlə tanış olan insanların fəaliyyəti yeni təcrübələrlə zənginləşir.
Turizmin praktiki səviyyədə öyrənilməsi onun tarixi inkişafının mahiyyətini açıqlamır, lakin gündəlik həyatda daim istifadə olunur. Tədqiqatın nəzəri səviyyədə tədqiqi öyrənilən hadisələrin mahiyyətini kateqoriyalar və qanunlar, elmi nəzəriyyələr şəklində, eləcə də maddi və mənəvi dünyanın qarşılıqlı əlaqələrini əks etdirən mücərrəd şəkildə dərk edilməsi məsələsini ortaya qoyur.
Turizm fəaliyyətinin məqsədi turist məhsulunu yarada bilən, habelə bu fəaliyyətdən faydalana biləcək yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.
Turizm fəaliyyətinin subyektləri müəyyən ictimai və istehsalat əlaqələrinin daşıyıcıları olan, eləcə də bu sahədə biliyə və təcrübəyə malik olan mütəxəssislərdir.


1.3. Turizmdə elmi tədqiqatın metodikası

Turizm sahəsində tədqiqatların məzmunu. Turizm sahəsində tədqiqatın məzmununa aşağıdakılar daxildir: problemin öyrənilməsi, məqsədlərin müəyyənləşdirilməsi və vəzifələrin müəyyən edilməsi, təcrübə metodlarının və eksperimentlərin seçilməsi. Bu cür hallarda eksperimenti, işin məntiqi və xronoloji sxemini, kontingentin seçilməsini və subyektlərin miqdarını, ölçülərin (müşahidələrin) lazımi sayda müəyyən edilməsini, eləcə də nəticələrin analiz edilməsini nəzərə almaq lazımdır. Tədqiqatın yerini, xarici müdaxilədən təcrid olunmasını və işin texniki təchizatını hazırlamaq, vəzifələrin həllini təmin etmək də vacibdir.


Tədqiqata daxildir: nəticələrin etibarlılığını təmin edən sübutların toplanması; bir sıra eksperimentlər aparmaq; əldə edilmiş nəticələrin nəzəri və kəmiyyət analizi; orta kəmiyyətlərin müəyyən edilməsi; məlumat ölçülərinin paylannması; korrelyasiya əmsallarının müəyyən edilməsi, qrafiklərin, cədvəllərin, diaqramların qurulması; tədqiqat zamanı əldə edilən nəticələrin keyfiyyətli analizi və sintezi; nəticələrin təfsiri və formalaşdırılması.
Tədqiqat işləri zamanı "həqiqət, yalan" prinsipinə riayət edilməlidir. Elmi fəaliyyətin nəticəsi reallığın, mətn formasında ifadə olunan proseslərin və hadisələrin proqnozlaşdırılması, struktur sxem, qrafik asılılıq, formulaların təsvirindən ibarət ola bilər. Kriteriyası praktika sayılan həqiqət, reallığın düşüncədə düzgün əks olunmasıdır.
Tədqiqatın mərhələləri. Tədqiqatın etibarlılıq səviyyəsinin artırılması zərurəti ilə əlaqədar tədqiqatın mərhələlərini müəyyən etmək lazımdır: birincisi, reallığın elmi biliklərindən istifadə edərək turizmin bu və ya digər problemlərini müəyyənləşdirmək; ikincisi, məlumda naməlumluğu elmi nöqteyi nəzərdən müəyyən etmək.
Vacib mərhələlərdən biri də problemin formalaşdırılması, yəni reallığın təsviri və izah edilməsi üçün zəruri olan məlumatların müəyyən edilməsidir. Tədqiqat probleminin formalaşdırılmasına başlayarkən, onun turizm fəaliyyətinin hansı növünə və ya hadisəsinə aid olduğunu müəyyən etmək lazımdır.

Yüklə 134,52 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin