Tədqiqatın məqsədi və vəzifələri. Məqsəd və vəzifələr problemin vəziyyətinin nəticələrinə əsasən müəyyənləşdirilir. Araşdırmalar tədqiqat nəticəsində əldə edilən aralıqvə son məqsədlər tədqiqat adlandırılır. Aralıq məqsədlər turizm müəssisəsinin resurs təminatını səviyyəsinin qiymətləndirilməsi, eksperimental iş zamanı xidmət sahəsində fəaliyyət göstərməsidir.
Tədqiqatın əvvəlindən sonuna kimi təşkili və aparılması tədqiqatın vəzifələrinə aiddir.
Oxşar məqsədi daşıyan tədqiqatın vəzifəsi problemin dəqiqləşdirilməsi,onunla əlaqəli ədəbiyyatın və praktikanın öyrənilməsi; tədqiqat hipotezlərinin dəqiqləşdirilməsi; diaqnoz proseslərinin seçilməsi; metodik formatlaşdırma praktikasının inkişafı; eksperimentin plan və proqramının hazırlanması, eksperimentin nəticələrinin formalaşdırılması və praktiki tövsiyələr.
Məqsəd və vəzifələr aydın və dəqiq şəkildə tərtib edilir, əks halda onların həyata keçirilməsi dərəcəsini müəyyən etmək mümkün olmayacaqdır. Tədqiqatın vəzifələri aralıq məqsədlərə tabe olan tədqiqatın əsas məqsədinə uyğun olmalıdır.
Mövzu vəzifələrə uyğun olmalıdır. Bu uyğunluq bir neçə mərhələdən sonra müəyyənləşdirilir. Əvvəlcə, mövzuya ümumi bir ad verilir və bilik və praktiki ehtiyaclara əsaslanan vəzifələr müəyyən edilir. Sonra mövzunun adı təyin olunan vəzifələrə, vəzifələr isə mövzunun adına təsir edir. Tədricən, ardıcıl tədqiqt nəticəsində mövzu və vəzifələr dəqiqləşdirilir.
Turizmdə tədqiqat vəzifələrinin sayı 3-dən 6-a qədər dəyişir. Əgər onların sayı az olarsa, o zaman onlar mövzu ilə az da olsa birləşir və ya mövzunu konkretləşdirir. Əgər onların sayı çox olarsa, o zaman tədqiqatın ümumi mənası itirilə bilər, qeyri-müəyyənlik artar.
Turizm haqqında elm təbiətin obyektiv qanunları, cəmiyyət, insan fəaliyyəti haqqında biliklərə əsaslanır.
Turizm haqqında elmin dərketmə funksiyası məntiqi və riyazi, praktikada sınaqdan çıxmış faktlara əsaslanır və turizm növləri və formalarının inkişafına istiqamətləndirilmişdir.
Turizm haqqında elm təbiətin obyektiv qanunlarına tabe olan insanların, bütünlüklə cəmiyyətin əsasını təşkil edən dünyanın həqiqi xəritəsini qurmağa imkan verir.
Turizm haqqında elmin normativ- tənzimləyici funksiyası onun məqsədinin səmərəliliyini tənzimləyir, yəni hərəkətlərin dəqiq hesablanması, bütövlükdə bütün həyatı, nəticələrin obyektiv qiymətləndirilməsi, əsaslandırılmasını, proqnozunu təmin edir.
Turizm haqqında elmin maddi və istehsal funksiyası cəmiyyətin məhsuldar və yaradıcı qüvvələrinin formalaşmasına kömək etməklə müəyyən edilir.
Turizm haqqında elmin idarəetmə və təhsil funksiyası texnikanın və texnologiyaların inkişafına, idarəetmə üzrə mütəxəssislərin hazırlanmasına kömək edir. Elmi nailiyyətlər turizm müəssisələrində heyəti uğurla idarə etməyə, əhali ilə ünsiyyət qurmağa, səyahət və ekskursiyalardan turistlərin tələbatlarını, əlaqələrini, motivasiyasını və məmnuniyyətlərini öyrənməyə imkan verir.
Turizm haqqında elmin proqnozlaşdırıcı funksiyası dövlətin sosial-iqtisadi potensialının necə olacağı və turizmin necə inkişaf edəcəyi kimi gələcək məsələləri qabaqcadan görməyə imkan verir.