Mövzular üzrə saatların bölgüsü


Turizmin metodik tədqiqatında elmi fənlərin əhəmiyyəti



Yüklə 134,52 Kb.
səhifə24/29
tarix03.03.2023
ölçüsü134,52 Kb.
#86407
1   ...   21   22   23   24   25   26   27   28   29
turizmdə tədiqat metodları

1.6. Turizmin metodik tədqiqatında elmi fənlərin əhəmiyyəti

Fəlsəfə. Turizmin elmi tədqiqatı üçün böyük əhəmiyyət kəsb edən fəlsəfə, müxtəlif elmlərin və bəşəriyyət praktikasının naliyyətlərini ümumiləşdirir və dialektika kimi dərketmə metodunu hazırlayır. Bu metod, istisnasız olaraq təbiətin bütün sahələrini dərk etməyə kömək edən bütün başqa elmlərdən fərqlənir.


Fəlsəfə, mütəxəssisləri obyektiv proseslərin, davamlı inkişafın qanunauyğunluqlarının öyrənilməsinə istiqamətləndirir.Dialektik məntiq kimi fəaliyyət göstərən fəlsəfə, qanunları və düşüncə mənbələrini gerçək dünyanın əsas əlaqələri və proseslərinin əks etdirilməsi şəklində təşkil edir, turizmin nəzəri və praktiki problemlərini həll etməkdə düşüncə prosesinin məntiqi quruluşunu nizama salır.
Fəlsəfə mütəxəssislərə təbiətin inkişafı haqqında ümumi qanunları dərk etmə imkanı verir. Turizmin öyrənilməsində tətbiq olunan dialektik qanunlar turizmdə sosial hadisələrin dərk edilmə metodlarına əsaslanır.
Turizmdə fəlsəfənin metodik funksiyası insanların bilik fəaliyyəti üçün müəyyən prinsiplər və qaydalar sistemini nəzərdən keçirir.
Tarix. Turizm fəaliyyətini öyrənmək üçün tarix böyük əhəmiyyətə malikdir. Çünki, bu cür yanaşma turizmin şəxsi mülkiyyətə əsaslanan sosial və iqtisadi əlaqələrdən yaranan bir ictimai fenomen kimi öyrənilməsinə yol açır. Turizm fəaliyyəti tarixi yanaşma, turizmin inkişafı, maddi və mənəvi qüvvələrin qarşılıqlı əlaqəsi, turizmdəki obyektiv və subyektiv amillərin rolunun aydınlaşdırılmasına imkan yaradır və mütəxəssislərin praktiki fəaliyyəti turizmin ayrı, eləcə də bütöv bir hissəsinin iqtisadi göstəricilərinin yaxşılaşdırılması üçün praktiki yolları əsaslandırır.
Pedaqogika. Turizmdə pedaqogiyanın yeri və rolu səyahət və istirahətə, görməli yerlərlə tanışlığa əsaslanan turizm fəaliyyətindən asılıdır. Pedaqoq yalnız turizm haqqında məlumat verməkdən başqa, onlara olan tələbatı da əsaslandırmalıdır.
Turizmin pedaqoji metodları xarakterik xüsusiyyətləri ilə fərqlənir. Məsələn, ekskursiya bələdçisi turistlərə sözlə,yaxud nümayişi ilə təsir edə bilir və təsirinin turistlərə necə təsir etməsini izləyə bilir.Turistlərin fəaliyyətində, ekskursiyaçıların eyni qrupu müəyyən interval ərzində özlərini xətti, yaxud da iki qrup paralel olaraq bir-birilərini müqayisə edir. Bu metodlardan ən çox istifadə ediləni anket,sorğu, nümayiş, bacarıq metodudur.
Sosiologiya. Sosiologiyanın metodik əsaslarını cəmiyyətin inkişafını təmin edən qüvvələrin məqsədə çatmaq üçün səy göstərməsi təşkil edir. İctimai nöqteyi nəzərindən sosiologiya turizm sahəsində insanların sosial-mədəni fəaliyyətini, onların aktiv və sağlam olmalarını təmin edə biləcək metodları öyrənir.
Problemlərin analizi və həll ediləcək məsələlərin mürəkkəbliyi nöqteyi nəzərindən sosioloji tədqiqatı aşagıdakı vəzifələrə bölmək olar:
sadələşdirilmiş proqram və vasitələrin sadə tədqiqat problemləri (anketlər, müşahidə formaları) kiçik qrupların nümunəsi ilə həll edildikdə;
təsviri - tədqiqat prosesində bütöv bir təsviri əldə etmək, araşdırma apararkən əhəmiyyətli resurs xərclərini tələb edir;
analitik, müəyyən bir prosesin öyrənilməsi onun struktur komponentlərini və amillərini, dövlətini, ölçüsünü və digər xüsusiyyətlərini göstərir.
İnformatika. Turizm sistemində xüsusi bir fəaliyyət sahəsi olaraq informatika aşağıdakı metodları əhatə edir: turizm prosedurlarının qeydiyyatı və öyrənilməsi; müxtəlif ölkələrdə turizm proseslərinin təsnifləşdirilməsi, yazılması və standartlaşdırılması; informasiya bülletenlərinin və texnologiyalarının yaradılması və həyata keçirilməsi; informasiya kodlarının sistemləşdirilməsi; tele, radio, peyk, mobil və mobil rabitə vasitələrindən istifadə etməklə turizm və istirahət xidmətlərinin tərtib edilməsində və təmin edilməsində informasiya texnologiyalarının yaradılması; turizm sisteminin fərdi komponentlərinin kompüter stimulyasiyası; bütün turizm obyektlərinin məlumat bazası üçün koordinatların yaradılması.
Ölkə və xarici alimlər bir sıra informatika qanunları hazırlamışlar: informasiyaların qorunması; informasiya tarazlığı; daim dəyişməsi; informasiya birliyi; mikro və makro-aləmlərdə informasiya prosesləri və texnologiyalarının simmetrizasiyası və desimetrizasiyası və s. Məsələn, informasiyanın qorunması qanunu fərqli dərəcədə fəaliyyət göstərən turist strukturlarının ayrılmaz bir hissəsidir.
Ən aktiv beynəlxalq tur operatorları, dövlət və regional turizm təşkilatları, bu sahədə fəaliyyət göstərən mütəxəssislər yetişdirən təhsil və tədqiqat qurumlarıdır. İnformasiya qabiliyyətinin bütün subordinasiya səviyyələri: səyahət agentlikləri, tur şirkətləri, otel və restoran kompleksləri, sığorta şirkətləri, turistlərin daşınması, sağlamlıq mərkəzləri, pasport və viza və gömrük strukturları, təhlükəsizlik xidmətləri və xidmət istehlakçıları ilə məşğul olan şirkətlərdir.
Sistemləşdirilmə. Sistemləşdirilmə bir elm kimi turizm sahəsini əhatə edir. Bu sahənin vacib problemi idarəetmənin və idarəetmə sisteminin tədqiq edilməsidir; idarəetmə tədbirlərinin forma və metodlarının öyrənilməsi; idarəetmə prosesinin özünün nəzəri təhlili; idarəetmə əməyinin təşkilinin öyrənilməsi.
Bu sahədə həll edilən vəzifələr aşağıdakılardır: idarəetmənin nəzəri problemlərinin və praktiki məsələlərinin işlənib hazırlanması; idarəetmə vəzifələrinin uğurlu yerinə yetirilmə yollarını və üsullarının nəzəri əsaslarla axtarmaq; idarəetmə sisteminin təkmilləşdirilməsi üçün tövsiyələr vermək; personala təsir etmə formaları və metodların öyrəniləməsi və tətbiq edilmə metodlarının hazırlanması.
Turizmdə idarəetmə funksiyaları aşağıda göstərilən tərzdə təsnif edilir: onların hüquqi və mənəvi normalarının tənzimlənməsi; məzmuna görə - siyasi, iqtisadi, sosial, mədəni (turizm - insanların mənəvi və ruhi sağlamlığıdır);ərazi meyarlarına görə - regional, yerli;
fəaliyyət müddətinə görə - müddətli və müddətsiz; idarəetmə sistemində iştirakçıların vəziyyəti - itaətkarlıq münasibətləri (şaquli) və razılaşmalar (üfüqi); yayılma sferasına görə - daxili, müəyyən bir idarəetmə sistemi daxilində və xarici idarəetmə sistemləri arasında.
Turizm praktikasında korporativ idarəetmə modelləri tətbiq olunur:ingilis-amerika, alman,yapon, keçid iqtisadiyyatında olan ölkələrdə sahibkarlığın xüsusiyyətləri. Sadalanan funksiyaların hər biri aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir: sosial dəyərlər sistemi, əmək kollektivlərinin rolu, maliyyələşdirmə metodları, informasiya asimmetriyası, investisiya, kapital dəyəri, əsas iqtisad vahidi, innovasiya növü, menecerlər üçün ödəniş, səhm kapitalının strukturu.


Yüklə 134,52 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin