Birinci prinsip hər bir ölkənin turizm tədbirlərində könüllü şəkildə, müntəzəm və iştirakının əlçatan olmasınından ibarətdir. Bu prinsip müxtəlif ölkələrin turizm sahəsində əməkdaşlığına əsaslanır.
Turizm müəssisələri, bir qayda olaraq, beynəlxalq turizm biznesində iştirak edir. Bu səbəbdən müəssisələr, insan hüquqlarına riayət etməli və insanlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə kömək etməlidirlər. Turizm müəssisələrinin rəhbərləri öz fəaliyyətlərində demokratik azadlıqların qaydaları və normalarını gözləməli, eyni zamanda dövlət qanunlarına əməl etməlidirlər.
Ölkədə turizmin təkmilləşdirilməsi istiqaməti turizm müəssisəsi rəhbərlnin fəaliyyətindən asılıdır.
Digər ölkələrlə olan strateji turizm əlaqələrini dövlət qurumları daha keyfiyyətlə planlaşdırır. Onlar turist biznesinə müvafiq təsir göstərə bilərlər. Yalnız bu halda ölkələr arasında əməkdaşlığın səviyyəsi, keyfiyyəti,və intensivliyi müəyyən olunur.
Turizmin ölkədəki vəziyyəti turizm inteqrasiyasının formalaşmasında aparıcı meyardır. Bu prinsipin lazımi səviyyədə qiymətləndirilməməsi, ölkələr arasındakı dostluq münasibətlərinin inkişafını qeyri-müəyyən müddətə qədər ləngidə bilər.
Güclü iqtisadiyyat turizmin inkişafı üçün səmərəli şərait yaradır.
Ölkələr arasında turizm əlaqələrinin təşkili mütləq ölkələrin qanunvericilik aktlarında öz əksini tapmalıdır,
Beynəlxalq turizm təşkilatları müxtəlif ölkələrin xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, əməkdaşlığın qurulmasına, sosial-mədəni sahədə təcrübə mübadiləsinə, mütəxəssislərin təlim keyfiyyətinin yaxşılaşdırılmasına və iqtisadi faydaya kömək edir.
İctimai-siyasi, iqtisadi və hüquqi münasibətlər turizm sahəsində inteqrasiya zamanı ölkələrin yürütdüyü siyasətə ziddiyyət təşkil etmir.
Bütün bunlar ölkələrin birliyinin möhkəmləndirilməsinin və onlar tərəfindən effektiv hüquqi-normativ bazanın yaradılması üçün mühüm alətidir: mütəxəssislərin ali məktəblərdə təhsil alması, turizm sahəsində təcrübə mübadiləsi, istehlakçılara xidmət keyfiyyətinin yaxşılaşdırılması, mənfəət əldə etmək.
İkinci prinsip turizm əməkdaşlığında iştirak edən hər bir ölkənin tarixi, etnik, regional və dini-mənəvi xüsusiyyətlərinin icbari uçotundan ibarətdir. Bu prinsipin əsasında dialektika, psixologiya və ümumi pedaqogika dayanır. Turizm tədbirlərinin təşkilində sosial mühitdən asılı olan motivasiyanı və ümumbəşəri dəyərləri nəzərə almaq, həmçinin adətlərə, ənənələrə və dinlərə hörmətlə yanaşmaq lazımdır. Turizm tədbirləri, bir qayda olaraq, ədalət, əxlaq və mənəviyyat normalarına əməl olunan ölkələrdə keçirilir.
Səyahət zamanı turistlər fəallıq, kollektivizm, yoldaşlıq, insan hüquqlarına hörmət və dostluq kimi keyfiyyətlər nümayiş etdirirlər.
Turizm beynəlmiləlçiliyin inkişafına kömək edir. Bu onunla izah edilir ki, inteqrasiya turizmin milli növlərinin inkişafı ilə sıx bağlıdır. Milli elementlərin olması turizmin istənilən — aşkar və ya naməlum növündə milli xüsusiyyətlərin təqdim olunması ilə ifadə olunur.
Turistlərin səyahət və ya istirahət zamanı ünsiyyət imakanı əldə etməsi, humanizmin artmasına və xalqlar arasında dostluğun inkişafına kömək edir. Müxtəlif millətlərdən olan insanlar arasında hətta qısa müddətli ünsiyyət belə, etnik ziddiyyətlərin aradan qaldırılması üçün əlverişli zəmin yaradır.
Birgə turizm səfərləri zamanı müxtəlif millətlərin vətəndaşları yalnız ayrı-ayrı şəxsiyyətlər kimi deyil, həm də öz dövlətlərinin nümayəndələri kimi ünsiyyətdə olurlar. Eyni zamanda onlar öz mədəni biliklərini artırırlar. Bütün bunlar anlaşma prosesini fəallaşdırır, bir-biriləri haqqında olan informasiyanın həcmini artırır və mehriban münasibətlərin formalaşmasına kömək edir.
Əgər milli və dini-mənəvi xüsusiyyətlər nəzərə alınmayacaqsa və ya milli hisslər alçaldılacaqsa, o zaman turistlər arasında olan münasibətlər gərginləşə də bilər.
Turizm üzrə mütəxəssislər öz fəaliyyətində turizm səfərləri üçün seçilmiş regionlarda baş verə biləcək hərbi münaqişələr, terrorizm və təbii kataklizmlər kimi amilləri də nəzərə almalıdırlar.
Üçüncü prinsip turist əməkdaşlığının sosial-mədəni yönümlülüyündən ibarətdir. Məsələn, birgə səyahət zamanı turistlərdə qarşılıqlı yardımlaşma, bir-birinə dəstək və məsuliyyət özünü biruzə verir. Belə hal özünü istər istirahət, istərsə də ekstremal şərait zamanı göstərə bilər. Mütəxəssislər öz işlərini pedaqogika, təlim və tərbiyə prinsipləri əsasında qurmalıdırlar.
Birgə məşqlər, məsələn dağa çıxma, turistlərdə intizamın yaranmasına kömək edir. Məşq zamanı onları maksimum yüklənməyə hazırlayırlar. Bu işlə həm təlimçilər, həm də həkimlər və psixoloqlar məşğul olurlar. İştirakçıların belə tədbirlərə hazırlanmasını yüksək peşəkarlığa malik mütəxəssislər yerinə yetirirlər.
Dördüncü prinsip ümumi pedaqoji prinsiplərə əsaslanan turizmin, sosial-mədəni və iqtisadi səviyyəsinin yüksəldilməsindən ibarətdir: turizm tədbirləri prosesində təlim və tərbiyə.
Turist şirkətləri arasında iş təcrübəsi mübadiləsi zamanı aşağıdakı prinsiplərə riayət edilməlidir: əməkdaşlığa hazır olmaq; beynəlxalq müqavilələrə riayət olunması; insan hüquqlarına hörmət; dövlət tərəfindən müəyyən edilmiş norma və qaydalara əməl olunması; turməhsulun xidmət bazarında irəliləməsinə və biznesdə uğur qazanmasına kömək edən fəaliyyət.
Turmüəssisələrin beynəlxalq aləmdə fəaliyyəti turizm tədbirlərinin sayı və keyfiyyəti ilə xarakterizə olunur. Onların nüfuzu bundan asılıdır.
Hərbi-siyasi münaqişələr, beynəlxalq terrorizm, təbii və texnogen fəlakətlər, dövlətlər arasında turizm əməkdaşlığını fəal şəkildə həyata keçirməyə imkan vermir. Lakin, əgər dövlət başçıları danışıqları iqtisadiyyat, elm və digər sahələrdə əməkdaşlığa dair aparırlarsa, bu turizmin inkişafının yaxşılaşdırılmasına müsbət təsir göstərir.
Beşinci prinsip müxtəlif ölkələrin turizm sahəsində fəaliyyəti haqqında obyektiv informasiyanın verilməsində ibarətdir. Məhs bu informasiya turizm əməkdaşlığnın spesifikliyini təyin edir. Turizm müəssisələrinin fəaliyyəti haqqında obyektiv informasiya əldə etmək üçün müxtəlif informasiya vasitələri cəlb olunur: radio, televiziya, mətbuat, internet, reklam turları və s. Nəzərə almaq lazımdır ki, hər bir ölkənin kütləvi informasiya vasitələri radio, televiziya, kino, kitab, qəzet, jurnal və s vasitəsi ilə geniş obyektiv və subyektiv informasiya təbəqəsi yaradır.
Turizm sahəsində beynəlxalq əməkdaşlığa təsir edən amillər
Turizmdə beynəlxalq əməkdaşlığın yaranmasına, inkişafına və təkmilləşdirilməsinə təsir göstərən amillərin özünəməxsus spesifik xüsusiyyəti, dinamikası və obyektiv qanunauyğunluqları vardır.
1. Dünyada və regionda sabitlik, turizm biznesinin inteqrasiyasında həlledici amil sayılır. Sabitlik səmərəli əməkdaşlığa imkan yaradır. Terrorçuların girov götürməsi, mehmanxanalarda partlayışlar, irqi, etnik və dini ədavət, siyasi ayrı-seçkilik, iqtisadi təzyiq, və ksenofobiya kimi amillər stabilliyi poza bilər. Beləliklə, ölkənin siyasi və iqtisadi sabitliyi, vətəndaşların turizm tədbirlərində iştirak həcminə və səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
2. Beynəlxalq turizm biznesinin inkişafında aşağıdakı amillərin böyük əhəmiyyəti var: bir ölkənin rəhbərliyinin elitasının digər ölkə ilə iqtisadi tərəfdaşlıqda siyasi iradəsi; ölkənin hərbi-siyasi ittifaqlardan iqtisadi və digər asılılıqları; konkret ölkədə turizmin vəziyyəti; ölkənin milli, dini-mənəvi və digər xüsusiyyətləri; turizm haqqında obyektiv məlumat və açıq cəmiyyət.
Məsələn, Ümumdünya turizm təşkilatı və digər beynəlxalq təşkilatlar turizmin inkişafına kömək edir. Lakin, 20-dən çox Avropa ölkəsini özündə birləşdirən Şengen müqaviləsi, qeyri-leqal immiqrasiya, çirkli pulların yuyulması və cinayətkarlığı səbəb gətirərək, Rusiyadan olan turistlərin girişini məhdudlaşdırır. ABŞ, İsrail və Yaponiya kimi ölkələr xarici turistlərə müxtəlif bəhanələrlə öz ərazisinə girişi məhdudlaşdırır.
Beynəlxalq münasibətlərdə müxtəlif ölkələrin milli, dini-mənəvi, mədəni, təhsil və sosial-məişət xüsusiyyətlərini nəzərə almaq lazımdır. Çünki bunlar turistləri tanımaq üçün faydalıdır və uzunmüddətli xarakter daşıyır.
Bir mədəniyyətin digərinə yayılması, xalqların və etnosların qarışması və dini konfessiyaların dirçəlişi — turizmdə yeni inteqrasiya üçün təkadır.
Dövlətlərdə turizmin vəziyyətinə dair obyektiv məlumat əməkdaşlığın qurulması və inkişafında mühüm amillərdən biridir. Vaxtında verilmiş məlumat bəzi ölkələrin başqaları ilə müvafiq münasibətlərinin qurulmasına kömək edir. Beynəlxalq turist təşkilatlarının fəaliyyəti göstərir ki, onların rəhbərləri bu prosesi effektiv idarə etmək üçün. tez reaksiya verirlər və öz strukturlarında müvafiq blokları yenidən qururlar və ya yaradırlar.
Ölkələr arasında əməkdaşlıq yalnız onların ölkələrinə turist səfərlərinin təşkili ilə məhdudlaşmamalıdır. Mütəxəssislər belə nəticəyə gəliblər ki, turizm sahəsində peşəkar personalın hazırlığı və kompüter texnikasının tətbiqi üzrə problemlərin həlli üçün görüşlər keçirmək lazımdır.
Peşəkar təlim və elmi araşdırmalar məsələlərində yardım etmə, həmçinin sosial-mədəni, iqtisadi, hüquqi, ekoloji və s istiqamətlər üzrə təlim məhsullarının hazırlanması — turizmdə inteqrasiyanın əhəmiyyətli tərəflərindəndir.
3. Təşkilatı-metodik amillər yerli və xarici turoperatorların əməkdaşlığına yönəldilmişdir. Bu, kadr idarəçiliyinin metodik və təşkilati xüsusiyyətlərinin keyfiyyətin artırılmasını, olduğun ölkədə qanun və qaydalara riayət edilməsini, turizm sənayesi nümayəndələrinin maliyyə və maddi-texniki təminatını bildirir.