Linqvistik tipologiya
111
Saitlə başlayan kök sözlərdə səs
dəyişmələri ilə yeni sözlərin yaranması
Saitlə başlayan kök sözlərdə fonetik söz yaradıcılığının iki
tipini fərləndirmək olar. Birincisi, saitlə başlayan və sait dəyiş-
məsi ilə məna əlaqəsini saxlayan kök morfemlər, ikincisi, saitlə
başlayan və əvvəlinə samit qoşulmaqla məna əlaqəsi yaradan
kök morfemlər. Kök sözün əvvəlində samit səs iştirak etmirsə
vaxtilə mövcud olmuş və ya potensial samitin funksiyası baş-
lanğıcdakı sait səsin üzərinə düşür. Məsələn, Azərbaycan dilində
il - kökü ilə başlayan ildırım, ilxı, ilğım, en kökü ilə başlayan
endirmək, eniş, ul kökü ilə başlayan ulduz, al kökü ilə başlayan
alov, üz kökü ilə başlayan üzük, üzülmək, uc kökü ilə başlayan
uca, ucuz kimi sözlərin əvvəlindən y samitinin ixtisar olunması
şübhə yaratmır, çünki qohum dillərdə və ya lokal nitq arealların-
da həmin sözlərin əvvəli y samiti ilə ifadə olunan variantlarını
aşkar etmək mümkündür. Həmin sözlərin əvvəlində potensial
samit işlənməsə də sonrakı sait səs itmiş fonemin funksiyasını
öz üzərinə götürür. Bu mənada, iş, it, iy, iz, əz, ət, əy, ər, ay, at, al,
aş, aç, az, üz, üç, ün, un kimi əvvəli samitlə başlamayan sözlər-
də sait səs başlanğıc fonemin məna fərqləndiricilik funksiyasını
yerinə yetirir.
Azərbaycan dilində əvvəli saitlə başlayan bəzi kök sözlər də
mövcuddur ki, onlarda başlanğıc saitin müvafiq keçidi sayəsin-
də bir-biri ilə ardıcıl məna əlaqəsini saxlayan müəyyən sözlərin
yaranmasını müşahidə etmək olur.
Səslərin a- u keçidi əsasında anmaq sözündən unamaq (xa-
tırlamaq), unutmaq; a-ü keçidi əsasında alışma (hissə-hissə kəs-
mək, doğramaq) sözündən ülüş (hissə, pay), ülgüc; a-ö keçidi
əsasında ayıtmaq (demək, söyləmək), sözündən öyüd, öyünmək,
|