Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə90/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
114
An kök morfeminin in variantı inləmək sözündə öz mə nasını 
həzin səs çıxarmaq anlayışı ilə bildirir. Bu kökə d samiti qo-
şulduqda din (mək) sözü yaranır. Inkökünün un – variantı 
rus dilində unılo (qəmgin, həzin), unılıy (həzin, hüzünlü), unı vıy 
(həzin, kədərli) sözlərində işlənir. Buna yaxın məna Azərbay-
can dilindəki ün (səs) variantında da ifadə olunur. Çin dilində in 
kökünün əvvəlinə t əlavəsi ilə tinq (dinləmək),  əlavəsi ilə yin 
(səs) sözü əmələ gəlir. 
Azərbaycan dilindəki ay kökü əsasında ayrı (hissə-his sə), 
ayırmaq (bölmək) kimi sözlər düzəlir. Ay kökünün əv və linə p 
samiti əlavə edildikdə isə bölünmək mənasını saxlayan pay sözü 
düzəlir. 
Azərbaycan dilində iri tikələrə bölmək (ayırmaq) məna sında 
işlənən alışma sözü vardır. Sözün al kökünün ül variantı əsa-
sında ülüş (xırda tikələrə bölmək) sözü yaranmışdır. Bu söz nitq 
areallarında ülüş və ürüş variantlarında işlədilir: Qon şu muz bizə 
bir ülüş halva verdi (Sabirabad); Yas yerində həriyə bir ülüş hal-
va verdilər (Şuşa); Yanı o xərtənə ölü oldux kun, bir ürüş halvanı 
da yeə bilmədix? (Ağdam).
Ülüş sözü «Kitabi-Dədə Qorqud»da da xırda hissələrə bö-
lüb paylaşmaq mənasında işlənir: “Kafər dəxi düşübən bir yerdə 
axça ülüşməkdəydi” (KDQIL, 179).
Ülüş sözü həmin mənada qədim mənbələrdə də işlənmişdir: 
“Tənrilərkə ön ülüş bolsin” (Əvvəlcə tanrılara pay olsun) (DTS, 
625).
Ül kökünün öl variantının üzərinə b samiti qoşulduqda böl 
sözü alınır. Burada da bölmək mənası ül kökü ilə öz əlaqəsini 
saxlayır.
Azərbaycan dilində ül kökünün il variantının üzərinə d sa-
miti əlavə olunduqda bu kökdən yaranan dilim, dilik söz lə rində 
də bölük, kəsik mənaları bildirilir. Il, ül, öl köklərinin el variantı 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin