Linqvistik tipologiya 113 li semantik əlaqə müşahidə edilir. Bu mənada, qaş, baş, yaş, daş kimi sözlərdə birinci element, bil, bal, bol, bat, baş kimi
sözlərdə üçüncü element fərqlənirsə onları bir kökdən fonetik
dəyişmə yolu ilə yaranan sözlər hesab etmək mümkün deyildir.
Çünki onların arasında heç bir semantik əlaqənin mövcudluğu
müşahidə edilmir. Eyni kökdən səs dəyişməsi yolu ilə yeni söz
düzəlməsinə aid buna oxşar nümunələrin verilməsi ilə fonetik
söz yaradıcılığı barədə fikir söylənilməsi yanlışlıqdır.
Semantik əlaqə fonetik söz yaradıcılığının başlıca əlamət-
lərindəndir. Belə bir əlaqə əvvəlinə samit qoşulmuş kök mor-
femlərdən analitik yolla düzələn sözlərdə də müşahidə edilir.
Məsələn, Azərbaycan dilində an kök morfemi bilmək, başa düş-
mək, anlamaq mənası bildirir. Azərbaycan dili ilə qohum olma-
yan başqa dillərdə də an – kök morfeminin adekvatları möv-
cuddur. Məsələn, ingilis dilindəki understant (bilmək, başa düş-
mək), yunan mənşəli analiz (təhlil edib anlamaq), latın mənşəli
annotasiya (şərh, aydınlaşdırmaq), ərəb mənşəli intixab (seç-
mə), inkar (danmaq), inşirah (açılma, zahir olma) kimi sözlərdə
an kökü ilə səsləşən semantik uyğunluqlar vardır. Azərbaycan
dilindəki inam (etibar), inan (etibar etmək) kimi sözlərin daxili
mənaları da an – kök morfemindən uzaq deyildir. An kökünün
əvvəlinə analitik qayda üzrə d samiti əlavə etməklə dan (inkar
etmək), t samiti əlavə etməklə tan (ı) (bilmək), q samiti əlavə
etməklə qan (başa düşmək), s samiti əlavə etməklə san (bilmək,
başa düşmək) mənalı sözlər əmələ gəlir.
An – kök morfeminin analitik derivatları başqa dillərdə də
mövcuddur. Məsələn, rus dilindəki знане (bilik), рознане (an-
layış), знатный (məşhur), всромнатъ (xatırlamaq), ərəb dilin-
dəki məna (məzmun), fars dilindəki dana (bilici), Çin dilindəki
doinq (xatırlamaq, yada salmaq) sözlərinin kö kündə an – morfe-
minin müvafiq adekvatları durur.