Mübariz Yusifov 112 öyrətmək, öyrənmək, acıq sözündən öcəşmək (mübahisə yarat-
maq, höcətləşmək); a-o keçidi əsasında ayıq sözündən oyaq, oyan, oyat; e-i səslərinin keçidi əsasında eymə (iri qatıq, süzmə
torbası), iymə (tamamilə suyu süzülmüş qatıq, ADDL, 233) söz-
ləri formalaşmışdır.
Əvvəlinə samit qoşulmaqla məna əlaqəsi saxlayan kök morfemlərin yaranması Saitlə başlayan kök morfemin əvvəlinə samit qoşulması fo-
netik söz yaradıcılığında sözyaratma üsullarından biri kimi ana-
litizmin göstəricisidir. Türk dillərində analitik söz yaradıcılığı
keçici olsa da ilkin sözyaratma üsullarından biri kimi bu mexa-
nizmin izləri müəyyən qrup nümunələrdə öz izlərini saxlayır.
Doğrudur, müasir analitik dillərdə söz əvvəlinə samit qoşulması
yolu ilə yeni kök morfemlərin yaranması prosesi artıq fəal de-
yildir. Ancaq köksözlü dillərdə kökdaxili dəyişmələr yolu ilə söz
yaradıcılığı indi də davam etməkdədir.
11
Köksözlü dillərdə kökdaxili səs dəyişməsi yolu ilə söz ya-
radıcılığı davam etdiyi kimi, analitik dillərdə də fonetik söz
yaradıcılığının izləri qalmaqdadır. Odur ki, kökdaxili fonetik
söz yaradıcılığınadan, xüsusən də köklərdə analitik yolla söz
yaradıcılığı məsələlərindən bəhs edərkən müvafiq nümunələrin
müxtəlifsistemli dillərlə müqayisəsi münasib sayılmalıdır.
Ilkin köklərdən fonetik dəyişmə yolu ilə yeni sözyaratma-
nın başlıca motivi ondan ibarətdir ki, bir kök bazasında yaranan
söz semantik cəhətdən əvvəlki köklə əlaqəsini itirmir. Eyni kök
bazasında neçə söz yaranırsa onların hamısının arasında daxi-
1 1 С.Е.Яхонтов. Древнекитайский язык. “Наука”, М., 1965, с. 34, 35, 36; Н.Н.Коротков, Ю.Б.Рождественский, Г.П.Сердюченко, Б.М.Солнцев. Китайский язык. М., 1961, с. 8-46.