Mühazirə 1 Hidrogeologiya elminin yaranma və inkişaf tarixi haqqında qısa anlayış


Mühazirə 6 Yeraltı suların kimyəvi tərkibi



Yüklə 420,67 Kb.
səhifə28/72
tarix02.01.2022
ölçüsü420,67 Kb.
#38980
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   72
Hidrogeologiya II tur magistratura mühazirələr

Mühazirə 6

Yeraltı suların kimyəvi tərkibi

Planetimizin həyatında suyun rolu çox böyükdür. Onun əsas xüsusiyyətlərindən biri də süxurları aşındıraraq müxtəlif maddələri özündə həll etməsi və mürəkkəb təbii məhlullar sistemi yaratmaqdan ibarətdir. Yeraltı sular digər təbii sulardan fərqli olaraq torpaq qatı və süxurlarla daha geniş təmasda olur. Müxtəlif tərkibli torpaq qatı və süxurların su ilə uzunmüddətli qarşılıqlı təsiri bir çox birləşmələrin həll olaraq məhlula çevrilməsinə şərait yaradır. Digər tərəfdən, sukeçirməyən təbəqə ilə təcrid olunmuş yeraltı sulu horizontlar arasında su mübadiləsi çox zəif, bəzən isə yox dərəcəsində olur. Bundan başqa, yeraltı sularla yer səthi və atmosfer arasındakı əlaqə məhdud xarakterə malikdir, yalnız yer səthinə yaxın yatan layların suları ilə səth suları arasında intensiv su mübadiləsi baş verir. Yuxarıda qeyd olunan bütün amillər, yəni iqlim, torpaq qatının xarakteri, süxurların tərkibi, yeraltı suların qidalanma şəraiti və su mübadiləsinin intensivliyi yeraltı suların kimyəvi tərkibinin formalaşmasına səbəb olur. Bu müxtəlif istiqamətli kompleks proseslərin nəticəsidir. Suda duzların və qazların həll olması temperaturdan və təzyiqdən asılıdır, temperaturun artması ilə suda həll olan duzların (Na və K duzlarının) miqdarı artır və əksinə qazlar azalır. Yeraltı sularda karbon (CO2), oksigen (O2), kükürd (H2S), metan (CH4), azot (N2) və hidrogen (H2) qazları mövcuddur. Təbii suların tərkibində D.İ.Mendeleyevin dövri sistemindən məlum olan elementlərdən 60-dan çoxu bu və ya digər formada aşkar edilmişdir. Təbii yeraltı suların tərkibində iştirak edən elementləri aşağıdakı 4 qrupa bölmək olar:



  1. qrup – Makroelementlər qrupu adlanır, onların sayı 14-dür və aşağıdakılardan ibarətdir: O, H, C, N, S, P, Cl, Ca, Mg, K, Na, Si, Fe, Al.

Bu elementlər suların tərkibinin əsas komponentləri hesab olunurlar və sularda nisbətən böyük miqdarda olurlar.

  1. qrup – Mikroelementlər qrupu adlanır və onlar sularda az miqdarda iştirak edir (10 mq/l-ə qədər). İstisna halı brom (Br) və yod (J) təşkil edir, hansı ki, sularda 100 mq/l-dək olur. Mikroelementlərin az miqdarda, məsələn, şirin sularda J=0,003 mq/l (10–3 mq/l) olmasına baxmayaraq, onların həyat üçün əhəmiyyəti böyükdür. Belə ki, yodun az miqdarda olması zob xəstəliyinə, ftorun az və böyük miqdarda (1,5 mq/l-dən çox) olması diş xəstəliklərinin (karies) yaranmasına səbəb olur. Onların sayı 17-dir və aşağıdakılardan ibarətdir:

Zn, Br, Mn, Cu, J, As, B, F, Pb, Ti, V, Cr, Ni, Sr, Ag, Co, Ba.

  1. qrup – Ultraelementlər qrupu adlanır və bu elementlər sularda çox az miqdarda (nadir hallarda 0,1 mq/l-dən artıq) iştirak edirlər. Onların sayı dörddür:

Au, Li, Hg, Rb.


  1. Yüklə 420,67 Kb.

    Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin