1. Soyuq sular – temperaturu 20°C-ədək olan;
2. İsti sular – temperaturu 20-50°C-ədək olan;
3. Qaynar (termlər) sular – temperaturu 50°C-dən böyük.
Yeraltı suların rəngi. Suyun rəngi müəyyən dərəcədə onun keyfiyyətini xarakterizə edir. Kimyəvi cəhətdən təmiz olan yeraltı su adətən rəngsiz olur, yalnız bir neçə metr qalınlıqda mavi rəngə çalır. Lakin suyun tərkibindəki mineral maddələrin və üzvi birləşmələrin kimyəvi tərkibindən asılı olaraq onların rəngi dəyişə bilər. Məsələn: üzvi birləşmələr (humus) istirak etdikdə sular sarımtıl, hidrogen-sulfidli sular sonuncuların oksidləşməsi nəticəsində zümrüdü rəngə çalır. Suyun rəngi platin-kobalt şkalaya əsasən rəng dərəcəsi ilə ölçülür və içməli su üçün o 20°-dən çox olmamalıdır.
Dostları ilə paylaş: |