5. Bərk halda olan su – Belə sular yer səthində qütblərdə və dağ zirvələrində geniş yayılmışlar. Yer qabığında isə bu sular çoxillik donma zonalarında və az qalınlığa malik mövsümi donma təbəqəsində yaranmış və qalınlığı hərdən bir neçə metrlər təşkil edən buz kristalları və damarlarından ibarətdir.
6. Böhran həddindən yuxarı halda olan su – Su və sulu məhlullar üçün böhran temperaturu və təzyiqi müvafiq olaraq 374-450°C və 218 atmosferdən çox hesab olunur. Bu parametrlər qeyd olunan həddən xeyli artdıqda su molekulları qaz molekulası kimi sürətə malik olur, suyun sıxlığı isə 1-ə bərabər olur. Suyun bu qaz-maye növü bir çox xüsusiyyətlərinə görə buxar və maye halda olan sudan fərqlənir – molekulanın H+ və OH– ionlarına ayrılması baş verir, onun miqrasiya və həlləetmə qabiliyyəti artır.