Mühazirə 1 Hidrogeologiya elminin yaranma və inkişaf tarixi haqqında qısa anlayış



Yüklə 420,67 Kb.
səhifə19/72
tarix02.01.2022
ölçüsü420,67 Kb.
#38980
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   72
Hidrogeologiya II tur magistratura mühazirələr

a) Hiqroskopik su – torpaq qatı və aerasiya zonasında süxur məsamələrindəki su buxarlarının bərk mineral hissəciklərin səthində kondensasiyası nəticəsində yaranır, yəni su buxarları mineral hissəciklər tərəfindən adsorbsiya olunur. Bu səbəbdən həmin sular möhkəm əlaqəli və ya adsorbsiya suları adlanır.

b) Örtük suları – tam (maksimum) hiqroskopiklikdən sonra süxur dənələri ətrafında nazik örtük halında maye su əmələ gəlir (–1,5°C-də donur). Bu sular mineral hissəciklər üzərində molekulyar cazibə qüvvəsi ilə saxlanılır, lakin qalınlığı artdıqca bu qüvvələrin təsiri azalır, ona görə bu sular zəif əlaqəli sular adlanır.

1. Sərbəst su – mineral hissəciklər ətrafındakı örtüyün qalınlığı artdıqca onu süxur dənələri üzərində saxlayan qüvvələrin təsiri zəifləyir və nəhayət onlar örtük sularını saxlaya bilmir və fiziki əlaqəli su (örtük suları) damcı – maye hala keçərək aerasiya zonasında və torpaq qatında sərbəst suya çevrilir. Bu sular kapillyar və qravitasiya sularına bölünür.

a) kapillyar su – dedikdə süxurların nazik məsaməlirində saxlanan sular nəzərdə tutulur. Onlar süxurlarda səthi gərilmə qüvvəsi ilə saxlanılır, hansı ki, ağırlıq qüvvəsindən böyük olduğu üçün bu sular qravitasiya suları səviyyəsindən yuxarı qalxa bilir.


Yüklə 420,67 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin