1. Buxar halında su – suyun bu növü hava ilə birlikdə torpaq qatının və süxurların su ilə dolmamış məsamə və boşluqlarını doldurur, bu su çox dinamikdir, asanlıqla aşağıdan yuxarıya və ya əksinə (su və sulu məhlullar 100-4500 C temperatur intervalında buxar halına keçir), yəni Yer səthi ilə yeraltı suların qərarlaşmış səviyyəsi arasında nəmlik çox olan yerdən az olan yerə doğru hərəkət edir. Su buxarları torpağa əsasən atmosferdən, həmçinin yeraltı suların buxarlanması nəticəsində daxil olur. Torpağın və torpaqdakı havanın soyuması nəticəsində su buxarlaının kondensasiyası baş verir. Torpaq qatının bir hissəsində su buxarlarının kodensasiyasının, digər hissəsində isə suyun buxarlanmasının baş verməsi bu qatda rütubətin paylanmasına böyük təsir göstərir. Buxar halında olan su bitkilərin qidalanmasında bilavasitə iştirak edə bilmir.