Fiziki əlaqəli su – bu və ya digər dərəcədə mineral hissəciklərin səthi ilə qarşılıqlı surətdə əlaqədardır, bu əsasda da möhkəm əlaqəli (hiqroskopik) və zəif əlaqəli (örtük) sulara bölünür. Suyun bu növü adi sudan öz xüsusiyyətlərinə görə çox fərqlənir: bu suyun orta sıxlığı çox böyükdür (1,2-2,4q/sm3), hərəkət etmə və həlletmə qabiliyyəti yoxdur, donma temperaturu 0°C-dən xeyli aşağıdır (–20°C ilə –100°C arasında). Fiziki əlaqəli (hiqroskopik) sular gillərdə xüsusilə çoxdur, qumlarda isə az olur. Belə sular mineral hissəciklərin səthində molekulyar ilişmə qüvvəsi ilə saxlanılır.