Mühazirə 1 Hidrogeologiya elminin yaranma və inkişaf tarixi haqqında qısa anlayış



Yüklə 420,67 Kb.
səhifə32/72
tarix02.01.2022
ölçüsü420,67 Kb.
#38980
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   72
Hidrogeologiya II tur magistratura mühazirələr

Suyun aqressivliyisuyun betona, metala, həmçinin əhəngdaşı və dolomitə göstərdiyi aşındırıcı, dağıdıcı təsiri, başqa sözlə, aqressivliyi onun kimyəvi tərkibindən asılıdır. Sularda əsasən karbon, sulfat və ümumi turşu aqressivliyi fərqləndirilir. Suda aqressiv karbon qazını (CO2) təyin etmək üçün xüsusi su nümunəsi (0,5 l həcmdə) götürülür. Suda aqressiv karbon qazı 3 mq/l (daha təhlükəli şəraitdə) və 8,3 mq/l (az təhlükəli şəraitdə) olduqda belə su betona qarşı aqressiv hesab olunur.

Sulfat aqressivliyinə görə sular zəif aqressiv (SO4=250-800 mq/l) və aqressiv (SO4>800 mq/l) sulara bölünür.

Ümumi turşu aqressivliyi azad H+ ionlarının yüksək miqdarı ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, turş sular betona və metala qarşı güclü aqressivliyə malik olurlar. Mühitin turşuluğu çox olduqca (pH<5) su beton və metalı daha çox dağıdır.




  1. Yüklə 420,67 Kb.

    Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin