Minimallaşdırma operatoru
P(x1, x2, ...,xn) münasibəti o vaxt primitiv-rekursiv adlanır ki,əgər onun xarakterik funksiyası primitiv-rekursivdir:
0 əgər P(x1, x2, ...,xn) - “səhv”
Χ(x1, x2, ...,xn)=
1 əgər P(x1, x2, ...,xn) -“doğru”
Predikat o vaxt primitiv rekursiv olur ki,əgər onun xarakterik funksiyası primitiv-rekursivdir. f (x1, x2, ...,xn) funksiyası P(x1, x2, ...,xn,z) ,predikatından minimallaşdırma operatorunun köməyilə alınır,əgər f (x1, x2, ...,xn) funksiyasının istənilən qiymətində z minimal qiyməti olursa,onda P(x1, x2, ...,xn,z) predikatı “doğruya” çevrilir:
f (x1, x2, ...,xn) = μz (P(x1, x2, ...,xn,z)),
haradaki, μz-minimallaşdırma operatorudur.
Minimallaşmanın məhdudiyyət operatoru
P(x1, x2, ...,xn,z) predikatından və U (x1, x2, ...,xn) funksiyasından minimallaşmanın məhdudiyyət operatoru o zaman alınır ki,istənilən nöqtədə bu funksiyanın qiyməti aşağıdakı kimi təyin olunsun:
1) ixtiyari z< U (x1, x2, ...,xn) üçün P(x1, x2, ...,xn,z) = “doğru”dur və funksiyanın qiyməti
2)qeyri-ixtiyari z< U (x1, x2, ...,xn) üçün P(x1, x2, ...,xn,z) = “doğru”dursa,funksiyanın qiyməti f (x1, x2, ...,xn) = U (x1, x2, ...,xn).
Bu aşağıdakı kimi yazılır:
f (x1, x2, ...,xn) = μz(P(x1, x2, ...,xn,z))
z məhdudiyyəti minimallaşmanın məhdudiyyət operatorunda hesablamaların sona çatması üçün zəmanət verir və P predikatların sayını göstərir.Hesablamaların sayının göstərilməsi imkanı primitiv- rekursiv funksiyanın əsas xüsusiyyətidir.
Primitiv- rekursiv funksiyalar
Hesablanan funksiyaların çoxu primitiv- rekursiv funksiyalar sinfinə aiddir.
Funksiya o vaxt primitiv- rekursiv adlanır ki,superpozisiya və primitiv-rekursiya operatorlarının son qiymətinin köməyilə sadə funksiyalardan alınsın.Əgər bəzi funksiyalar primitiv-rekursivdirsə,onda onlara superpozisiya və ya primitiv -rekursiv operatorlarını tətbiq etməklə yeni primitiv- rekursiv funksiyalar almaq olar.
Funksiyanın primitiv- rekursiv olmasını 3 cür isbat etmək olar:
1) Verilmiş funksiyanın sadə olduğunu sübut etməklə;
2) Verilmiş funksiyanın superpozisiya operatoru köməyilə qurulduğunu sübut etməklə;
3) Verilmiş funksiyanın primitiv- rekursiya operatoru köməyilə qurulduğunu sübut etməklə;
Bununla belə primitiv- rekursiv funksiyalar bütün hesablanan funksiyaları (hansılar ki,konstruktiv təyin oluna bilər) əhatə etmir.
Dostları ilə paylaş: |