Mühazirə 10 Neft yataqlarının işlənilməsi



Yüklə 269,5 Kb.
səhifə2/8
tarix13.09.2023
ölçüsü269,5 Kb.
#143280
növüMühazirə
1   2   3   4   5   6   7   8
C fakepath11. Yataqlar n i l nilm si

Köməkçi quyuların işlənilmədə istifadəsinə az təsadüf edilir. Onlar yüksək təzyiqli su layının işlənilməyə mənfi təsirini azaltmaq üçün tətbiq olunur: bu quyularla hasil edilən suları, az təzyiqli məhsuldar laylara vurmaqda istifadə etmək olar (şək. 1).

Şəkil . Yataqlarda quyu fondunun sxemi
Quyu şəbəkəsi. Yataqların quyu şəbəkəsi onların müəyyən formada yerləşdirilməsini nəzərdə tutur. Quyu şəbəkəsi yatağın işlənilmə müvəffəqiyyətini müəyyənləşdirən əsas amillərdən sayılır. Şəbəkənin forma və sıxlığını elə seçmək lazımdır ki, yatağın ehtiyatlarından maksimum istifadə oluna bilsin. Lakin bu məsələnin həllində yatağın işlənilməsinin iqtisadi göstəricilərini formalaşdıran əsas amil olan quyuların qazılma xərci nəzərə alınmalıdır. Belə ki, böyük kapital qoyuluşu tələb edən, hətta bir quyunun artıq qazılması, son nəticədə hasil edilən karbohidrogenlərin maya dəyərini xeyli yüksəltmiş olur. Yataqların quyu şəbəkəsinin təyini bu yatağın geoloji quruluşundan əsaslı surətdə asılıdır. Amma təbiətdə oxşar geoloji quruluşlu obyekt olmadığından tam identik quyu şəbəkəsi də olmur.
Beləliklə, quyu şəbəkəsinin seçilməsinin əsas tələbatı yatağın geoloji quruluşunu səciyyələndirən göstəricilər haqqında məlumatların olmasıdır: lay parametrləri haqqında məlumatlar nə qədər dolğun olarsa, quyu şəbəkəsi o qədər də düzgün seçilir.
Quyu şəbəkəsini səciyyələndirmək üçün aşağıdakı göstəricilərdən istifadə edilir:
Quyuların yerləşdirmə xarakterində iki forma daha çox tətbiq olunur: bərabər ölçülü və bərabər dəyişən.
Bərabər ölçülü forma yatağa qazılmış bütün istismar və vurucu quyular arasında, eləcə də onların yerləşmə sıraları arasında məsafələrin eyni olmasını nəzərdə tutur. Belə forma böyük neftli sahəyə malik, geoloji qeyri-bircinsliliyi yüksək, süxurların keçiriciliyi az, lay neftlərinin özlülüyü isə çox olan yataqlarda tətbiq olunur (şək. 2).

Şəkil 2. Bərabər ölçülü quyu şəbəkəsi
(º istismar quyuları; * vurucu quyular)



Yüklə 269,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin