Mühazirə 10 Neft yataqlarının işlənilməsi


Yalnız təbii enerji ilə işlənilmə



Yüklə 269,5 Kb.
səhifə5/8
tarix13.09.2023
ölçüsü269,5 Kb.
#143280
növüMühazirə
1   2   3   4   5   6   7   8
C fakepath11. Yataqlar n i l nilm si

Yalnız təbii enerji ilə işlənilmə. Müasir dövrdə neft yataqlarının təbii enerjilərinə istinadən işlənilməsi əsasən iki halda aparılır:

Yataqların işlənilməsinin hər iki halının geoloji-mədən xüsusiyyətlərinə baxaq.
Lay enerjisinin aktivliyi şəraiti. Lay enerjisi subasqı və fəal elastik-subasqı rejimlərinin mövcudluğu şəraitində nefti istismar quyularına doğru sıxışdıra bilər. Bu tip rejimlərdə lay təzyiqinin düşküsü minimum olduğundan onlarda təbii ki, suvurma vasitəsilə əlavə enerji tətbiqi tələb olunmur.
Belə yataqların işlənilməsi üçün onun sahəsi su-neft konturuna paralel halqavarı sıralarla quyuların qazılmasını nəzərdə tutur. Sıralar arasında məsafə, həmin sıralarda yerləşən quyular arasındakı məsafədən çox götürülür ki, bu da susuz maye hasilatının müddətini uzadır (şək. 5).

Şəkil 5. Aktiv enerji mənbəyi olan yataqlarda işlənilmə sxemi
Laylara su vurulmasının qeyri-mümkünlüyü şəraiti. Qeyd edildiyi kimi, layların kəskin qeyri-bircinsliliyi və pazlaşması, yatağın tektonik qırılmalarla kəskin mürəkkəbləşməsi və s. səbəblər üzündən yatağa suvurma mümkün olmur: vurucu quyularda ən yüksək təzyiqlərlə laya su yeridilə bilmir. Belə hallarda yataq ətrafındakı su-neft konturunun hərəkəti qeyd olunmur; lay təzyiqi tədricən enir, hər bir istismar quyusu özünün ətraf zonalarında neftdən ayrılmış qazların enerjisi hesabına istismar edilir (şək.6). Bu tip yataqlar neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunur və neftvermə əmsalının yüksək həddə çatdırılmasına imkan vermir. İşlənilmə üçün qənaətbəxş olmayan bu tip yataqlarda, bir qayda olaraq, quyular bərabər formalı şəbəkə ilə qazılır və yatağın bütün qalınlığı bütövlükdə perforasiya edilir.
Azərbaycanda da belə yataqlara rast gəlinir: onlar əsasən məhsuldar qatın alt şöbəsində yerləşən qırməki lay dəstəsi obyektləri ilə əlaqədardır. Müxtəlif mədənlərdə (Balaxanı-Sabunçu-Ramana, Qala, Suraxanı və s.) bu lay dəstəsinə suvurma mümkün olmamışdır ki, bu da işlənilmənin effektli aparılmasına mane olmuşdur.


Yüklə 269,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin