Mühazirə 10 Neft yataqlarının işlənilməsi



Yüklə 269,5 Kb.
səhifə7/8
tarix13.09.2023
ölçüsü269,5 Kb.
#143280
növüMühazirə
1   2   3   4   5   6   7   8
C fakepath11. Yataqlar n i l nilm si

Kontur arxası suvurma. Bu üsulla su, yatağın su-neft konturunun arxasına vurulur (şək.8.a). Bu üsulla laya vurulan su yatağın hidrodinamik şəraitinə o vaxt müsbət təsir edir ki, o yerdə layda geoloji müxtəliflik dərəcəsi az, lay süxurlarının keçiriciliyi çox, neftlərin özlülüyü isə az olsun. Yatağın eni təxminən 5 km-ə qədər olmalıdır, daha böyük ölçülərdə olduqda isə onun mərkəz hissələri vurulan suyun təsirindən kənarda qalır.

  • Konturyanı suvurma. Bu üsulun tətbiqi üçün tələb olunan şərait kontur arxası suvurmanın tətbiq şəraitinin analoqudur. Burada fərqləndirici xüsusiyyət yalnız ondan ibarətdir ki, su-neft konturu zonasında layların keçiriciliyinin nisbətən az olmasıdır. Odur ki, su-neft konturundan uzaqda vurucu quyuların yerləşdirilməsi və onların vasitəsilə yatağa suyun vurulması prosesin effektivliyini azaldır. Belə hallarda vurucu quyuların su-neft konturlarının (daxili və xarici) üzərində yerləşdirilməsi bu mürəkkəbliyi aradan qaldırır (şək. 8.b).


    Şəkil 8. Yataqda müxtəlif modifikasiyalarla suvurma sistemləri

    1. Kontur daxili (sahəvi) suvurma. Bu üsula bəzən “sahəvi suvurma” modifikasiyası deyilir (şək. 8.c). Adından göründüyü kimi bu üsul vurucu quyuların yatağın neftlilik sahəsində yerləşdirilməsini nəzərdə tutur. Sahəvi suvurma modifikasiyasının effektli tətbiqi üçün yataqda aşağıdakı geoloji amillər mövcud olmalıdır: yatağın neftlilik sahəsi böyük, layın geoloji müxtəlifliyi yüksək, süxurların keçiriciliyi nisbətən az, neftlərin özlülüyü isə yüksək.

    Qazvurma üsulu. Qarşıda qoyulan məqsəddən asılı olaraq neft yataqlarına qaz aşağıdakı üsullarla vurula bilər:
    - itələmə üsulu; bu üsula Mariyetta üsulu da deyilir;
    - layda təzyiqin saxlanması üsulu;
    - layda təzyiqin bərpa edilməsi üsulu;
    - qaz basqısı rejiminin saxlanması yaxud onun süni olaraq yaranması üsulu. Mariyetta üsulu işlənmənin son mərһələsindəki yataqlarda tətbiq olunur. Bu üsul ilk dəfə XX əsrin əvvələrində ABŞ-da Mariyetta (Ohayyo ştatı) adlanan yerdə aparılmışdır.
    Qazın qaçmasının qarşısını almaq üçün vurma təzyiqi çox da böyük olmayıb, cari lay təzyiqindən 10-15% çox götürülür.
    Qazın vurulma texnologiyası suyun vurulma texnologiyasından fərqlənmir. İşci agent neft yatağı saһəsində müntəzəm duzulmuş quyulardan vurulur. Vurulan işci agent qalıq nefti istismar quyularına doğru һərəkət etdirir.
    Təzyiqin saxlanması üsulu yatağın işlənməsinin ilk mərһələsindən başlayaraq, lay təzyiqini öz əvvəlki qiymətinə yaxın səviyyədə saxlamaq üçün tətbiq edilir. Bu, layda təzyiqin saxlanması üsuludur.
    Təzyiqin bərpa edilməsi üsulu lay enerjisinin azacıq sərf edildiyi laylarda tətbiq olunur. Vurulan qazın miqdarı laydan alınan neft, qaz və suyun birlikdə miqdarından çox olmalıdır. Bu, təkrar istismar üsuludur.
    Dördüncü üsul olan qaz basqısı rejiminin saxlanması, yaxud süni olaraq onun yaradılmasında qaz-neft yatağının yuksək һissələrinə vurulur. Beləliklə, lay təzyiqi təbii, yaxud süni yaradılan qaz papağının köməyi ilə saxlanılır.
    Qeyd etmək lazımdır ki, lazımi miqdarda qazın və yüksək təzyiqli kompressorların (300-400 atm) olmaması lay təzyiqinin saxlanmasını və bərpa edilməsini, һəmcinin neftli layın yuksək һissəsinə qazın vurulması üsullarının tətbiqini məһdudlaşdıran amillərdir.
    Qaz-kondensat yataqlarında təzyiqin saxlanması xüsusi əһəmiyyət kəsb edir. Odur ki, qaz-kondensat yataqlarında da lay təzyiqi saxlanmalıdır. Kondensat yataqlarını işləyərkən saykinq prosesindən istifadə edirlər. Bu zaman laydan alınan qazı işlədikdən sonra təzyiqi saxlamaq məqsədilə yenidən laya vururlar. Aydındır ki, bunun üçün əlavə kapital qoyuluşu tələb edilir. Qaradağ kondensat yatağında neft zolağı olmayan һal ucun aparılmış belə iqtisadi һesablama gostərmişdir ki, sayklinq prosesini aparmaq ucun tələb edilən kompressor stansiyalarının qiymətiI itirilən kondensatın qiymətindən cox olmuşdur.

    Yüklə 269,5 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin