Mühazirə 10 Neft yataqlarının işlənilməsi


Neft yataqlarının işlənməsi üsulları üç qrupa bölünür



Yüklə 269,5 Kb.
səhifə4/8
tarix13.09.2023
ölçüsü269,5 Kb.
#143280
növüMühazirə
1   2   3   4   5   6   7   8
C fakepath11. Yataqlar n i l nilm si

Neft yataqlarının işlənməsi üsulları üç qrupa bölünür:
1. İlkin işlənilmə üsulları. Bu üsullar tükənməmiş yataqlarda tətbiq olunur. İlkin işlənmə üsulları lay təzyiqinin saxlanılması məqsədilə və neftvermə əmsalının artırılması məqsədilə həyata keçirilir və adətən işlənmənin erkən çağında yerinə yetirilir. İlkin işlənilmə üsulları birinci növbəli işlənmə üsulları kimi təsnif edrilir.
2. Təkrar işlənilmə üsulları (ikinci növbəli üsullar). Bu üsullar enerjisi tükənmiş neft yataqlarında aparılır. Təkrar işlənilmə üsullarının vəzifəsi neftvermə əmsalının artırılmasıdır.
3. Üçüncü növbəli işlənilmə üsulları. Bu üsullar təkrar sulaşmadan sonra aparılan üsullardır.
Neft yataqlarını istismar etdikdə eyni zamanda iki proses gedir:
1. lay quvvələrinin təsiri altında məsaməli muhitdə flüidin hərəkət prosesi;
2. maye və qazın quyu dibindən yer səthinə qaldırılması prosesi.
Həmin proseslər bir-biri ilə qarşılıqlı əlaqədədir və onların idarə edilməsi mümkündur.
Neft yatağının işlənilməsi zamanı bir sıra һallarda nefti məsaməli müһitdə itələyən təbii enerji çox azalır və bununla əlaqədar olaraq layın məһsuldarlığı çox aşağı duşur. Azərbaycanın köһnə neft mədənlərindəki laylar adətən təzyiqi saxlanmayaraq istismar edilmişdir. Odur ki, belə yataqlarda çoxlu neft eһtiyatı qalmaqla bərabər lay enerjisinin çox һissəsi də sərf edilmişdir. Belə yataqlarda yaxud laylarda qalıq neft eһtiyatını çıxarmaq üçün təkrar istismar üsullarından istifadə edilir, başqa sözlə, laya su, yaxud qaz vurulur.
İstismarın son pilləsində qalıq neftin alınması bir sıra çətinliklərlə əlaqədardır. Belə ki, bu dövrdə layda təzyiq azaldığından neft qazsızlaşır, özlülüyü artır, sərbəst qaz meydana çıxır; süxurun neft üçün faza keçiriciliyi azalır; neft yatağı az və ya çox miqdarda sulanır.
Neft laylarının işlənilməsi dedikdə layda quyu dibinə maye (qaz) hərəkəti prosesinin müxtəlif vasitələrlə idarə edilməsi nəzərdə tutulur. Layda maye (qaz) hərəkəti prosesini, laya qazılacaq quyuların istismar edilməsi şəraitindən, nəhayət layın enerji balansına süni olaraq təsir edilməsindən asılı olaraq idarə etmək olar.
İşlənilmənin əsas məsələsi, laya qazılacaq quyular sayının, onların yerləşdirilməsi və işə salınması qaydasının müəyyən edilməsindən ibarətdir. Layın enerji balansını dəyişdirmək məqsədilə ona süni təsir gostərilməsi də işlənilmənin əsas məsələlərindən biridir. Laya süni təsir gostərməklə (laya su, yaxud qazın vurulması, quyudibi zonasına təsir edilməsi və i.a.) layda gedən prosesi tamamilə dəyişdirmək olar. Laya işlənilmənin lap başlanğıcında, yaxud müəyyən müddət keçdikdən sonra süni təsir göstərmək olar.
Laya göstəriləcək süni təsir üsulu və injeksiya quyularının sayı əvvəlcədən düzgün müəyyən edilməlidir. İnjeksiya quyularının iş rejimlərini isə işlənilmə zamanı tənzim etmək olar.
Yuxarıda deyilənlərə əsasən layın işlənilməsinə belə tərif vermək olar: laya qazılacaq quyuların sayını, onların yerləşmə və işə salınma qaydasını müəyyən etmək, quyuların texnoloji rejimlərini tənzim etmək və layın enerji balansına təsir göstərməklə laydan quyudibinə maye (qaz) hərəkətinin idarə edilməsinə layın işlənilməsi deyilir. Layda maye (qaz) hərəkətinin idarə edilməsi məqsədilə görülən işlərə birlikdə layın işlənilmə sistemi deyilir.

Yüklə 269,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin