TƏHLİL ÜÇÜN SUALLAR 1. Əgər satıcılar qrupu kartel yarada bilərsə, onlar hansı istehsal həcmi və ya qiymətə nail olmağa çalışacaqlar?
2. Oliqopoliyadakı istehsal həcmi və qiyməti inhisardakı istehsal həcmi və qiymətlə müqayisə edin.
3. Oliqopoliyadakı istehsal həcmi və qiyməti inhisardakı istehsal həcmi və qiymətlə müqayisə edin.
4. Oliqopoliyadakı firmaların sayı onların bazarda məhsul buraxılışına necə təsir edir?
5. Dustaqların dilemması nədir və onun oliqopoliya ilə nə əlaqəsi var?
6. Oliqopoliyadan başqa dustaqların dilemmasının davranışın izah edilməsinə necə kömək etdiyini göstərən iki misal göstərin.
7. Anti-inhisar qanunları hansı növ fəaliyyəti qadağan edir?
8. Pərakəndə satış qiymətinin saxlanılması nədir və o, nə üçün ziddiyyətlidir?
TAPŞIRIQ VƏ TƏTBİQİ MƏSƏLƏLƏR 1. The New York Times (30 noyabr 1993-cü il) məlumat verirdi ki, “OPEK”-in keçən həftə istehsalın azaldılması ilə bağlı razılığa gələ bilməməsi bazarda qarışıqlıq salaraq.....yerli xam neftin qiymətini 1990-cı ilin iyun ayından bəri ən aşağı səviyyəyə düşməsinə səbəb oldu."
a. OPEK üzvləri nə üçün istehsalın azaldılması ilə bağlı razılığa gəlməyə çalışırdılar?
b. Sizcə OPEK nə üçün istehsalın azaldılması ilə bağlı razılığa gələ bilmədi?
c. Qəzetdə həmçinin, OPEK-in "Norveç və Britaniya kimi təşkilata daxil olmayan neft istehsal edən dövlətlərin payına daxil olaraq istehsalı azaltmalı olmaları" haqqında fikri də qeyd edilmişdir. "Paya daxil olmaq" ifadəsi OPEK-in Norveç və Britaniya ilə arzu olunan münasibətləri haqqında nə bildirir?
2. Dünyanın almaz təchizatının böyük bir hissəsi Rusiya və Cənubi Afrikanın payına düşür. Almazın çıxarılmasının marjinal dəyərinin sabit olaraq bir almaz üçün 1 000 dollar olduğunu fərz edin. Almaza olan tələb aşağıdakı qrafikdə göstərilmişdir:
a. Əgər çoxlu almaz tədarükçüsü olsaydı, qiymət və istehsal həcmi ilə nə baş verərdi?
b. Əgər yalnız bir almaz tədarükçü olsaydı qiymət və istehsal həcmi ilə nə baş verərdi?
c. Əgər Rusiya və Cənubi Afrika kartel yaradarsa, qiymət və istehsal həcmi ilə nə baş verərdi? Əgər ölkələr bazarı bərabər paylaşdırarsa, Cənubi Afrikanın istehsal həcmi və mənfəəti nə olacaq? Rusiyanın kartel razılaşmasına əməl etdiyi halda, Cənubi Afrika istehsalını 1 000 artırarsa onun mənfəəti ilə nə baş verər?
d. (c) hissəsinə verdiyiniz cavabdan kartel razılaşmalarının nə üçün əksər hallarda uğursuz olmasını izah etmək üçün istifadə edin.
3. Bu fəsildə satdıqları əmtəələrin bazarında oliqopolist olan şirkətlərdən bəhs olunur. Eyni fikirlərin əksəriyyəti aldıqları əmtəələrin bazarında oliqopolist olan şirkətlərə də şamil edilə bilər.
a. Oliqopolist satıcılar satdıqları əmtəələrin qiymətini qaldırmağa çalışırlarsa, oliqopolist olan alıcıların məqsədi nədir?
b. Böyük Beysbol Liqası komandalarının sahibləri beysbol oyunçuları bazarında inhisara sahibdirlər. Komanda sahiblərinin oyunçuların məvacibləri ilə bağlı məqsədi nədir? Bu məqsədə nail olmaqda çətinlik törədən nədir?
c. 1994-cü ildə komanda sahiblərinin məvaciblərə tətbiq etmək istədikləri məhdudiyyətləri qəbul etmək istəməyərək tətilə çıxdılar. Komanda sahibləri məvaciblərlə bağlı artıq sövdələşmişdilərsə, məvaciblərdə məhdudiyyətə nə ehtiyac var idi?
4. Həyatınızda oyunlar nəzəriyyəsinin faydalı ola biləcək bir neçə fəaliyyət növünü təsvir edin. Bu fəaliyyət növləri arasında ortaq əlaqə nədir?
5. Birləşmiş Ştatlar və Meksika arasındakı ticarət əlaqələrini nəzərdən keçirin. İki ölkənin liderlərinin alternativ ticarət siyasətinin nəticələrini aşağıdakı kimi düşündüyünü təsəvvür edin:
Birləşmiş Ştatlar üçün dominant strategiya hansıdır? Bəs Meksika üçün? İzah edin.
Nəş tarazlığını müəyyən edin. Ticarət siyasəti üçün Nəş tarazlığı nədir?
1993-cü ildə ABŞ Konqresi ticarət baryerlərinin birlikdə azaldılması ilə bağlı Birləşmiş Ştatlarla Meksika arasındakı razılaşmanı əks etdirən Şimali Amerika Azad Ticarət Müqaviləsini (NAFTA) ratifikasiya etdi. Əldə edilməsi nəzərdə tutulan nəticələr ticarət siyasətinə belə yanaşmaya haqq qazandırırmı?
Ticarətdən əldə edilən fayda (Fəsil 3 və 9-da müzakirə edilmişdir) haqqında fikirlərinizə əsaslanmaqla, sizcə dörd mümkün nəticə üzrə faydalar dövlətin rifahını əks etdirirmi?
6. Sinif yoldaşınızla sizə nəticəsinə görə birgə qiymət alacağınız layihə tapşırıldığını təsəvvür edin. Hər biriniz yaxşı qiymət almaq istəyir, həm də mümkün qədər az iş görmək istəyirsiniz. Qərar qutusu və nəticələr aşağıdakı kimidir:
Əylənməyin sizin üçün normal hal olduğunu, lakin əylənməməyin isə iki hərf aşağı qiymət almaq kimi xoşagəlməz olduğunu təsəvvür edin.
a. Hər bir nəticə üçün hərflərlə ifadə olunan qiymətlərin və əyləncənin həcminin birlikdə göstərildiyi qərar qutusunu çəkin.
b. Əgər nə siz, nə də sinif yoldaşınız digər şəxsin nə qədər iş gördüyünü bilmirsə, ehtimal olunan nəticə hansıdır? Sizin bu şəxslə bir daha işləmək ehtimalının hər hansı əhəmiyyəti varmı? Cavabınızı izah edin.
7. Bu fəsildə 1971-ci ildə siqaretin televiziyada reklamına qadağa qoyulmasının siqaret şirkətlərinin mənfəətlərini artırdığı göstərilir. Qadağanın qoyulması hələ də yaxşı dövlət siyasəti hesab edilə bilərmi? Cavabınızı izah edin.
8. Bu fəsildəki konkret halın təhlilində American Airlines və Braniff Airways şirkətlərinin prezidentləri arasındakı telefon danışığı verilmişdir. İki şirkət arasındakı oyunu təhlil edək. Hər bir şirkətin biletlər üçün ya daha yüksək, ya da, daha aşağı qiymət təyin edə bildiyini təsəvvür edin. Bir şirkət 100 dollar qiymət təyin edərsə, digər şirkət də 100 dollar təyin etdikdə aşağı mənfəət, 200 dollar təyin etdikdə isə yüksək mənfəət edər. Digər tərəfdən, əgər şirkət 200 dollar qiymət təyin edərsə, digər şirkət 100 dollar təyin etdikdə çox aşağı mənfəət, 200 dollar təyin etdikdə isə orta mənfəət əldə edər.
a. Bu oyun üçün qərar qutusunu çəkin.
b. Bu oyunda Nəş tarazlığı hansıdır? İzah edin.
c. Hər iki şirkət üçün Nəş tärazlığından daha yaxşı olan nəticə ola bilərmi? Buna necə nail olmaq olar? Buna nail olunarsa, kim uduzar?
9. Fermer Cons və Fermer Smit mal-qaralarını eyni tarlada otarırlar. Əgər tarlada otarılan 20 inək varsa, hər bir inək həyatı boyu 4 000 dollarlıq süd verir. Əgər tarlada daha çox inək olarsa, hər bir inək daha az ot yeyəcək və verdiyi süd azalacaq. Tarlada 30 inək olduqda hər biri 3 000 dollarlıq süd; 40 inək olduqda isə 2 000 dollarlıq süd verir. Hər bir inəyin dəyəri 1 000 dollardır.
a. Fermer Cons və Fermer Smitin hər birinin 10 və 20 inək ala bildiyini, lakin heç birinin digərinin neçə inək aldığından xəbəri olmadığını təsəvvür edin. Hər bir mümkün nəticəni hesablayın.
b. Bu oyunun ehtimal olunan nəticəsi hansıdır? Ən yaxşı nəticə hansı olardı? İzah edin.
c. Əvvəllər indi olduğundan daha çox ortaq tarlalar olardı. Nə üçün? (Bu mövzunun müzakirəsi üçün Fəsil 11-i yenidən oxuyun.)
10. Little Kona Big Brew-in hökmranlıq etdiyi bazara daxil olmaq fikrində olan kiçik qəhvə şirkətidir. Hər bir şirkətin mənfəəti Little Kona-nın bazara daxil olmasından və Big Brew-un yüksək və ya aşağı qiymət təyin etməsindən asılıdır: vuracağını tapmasından asılıdır.
Big Brew Little Kona-ya hədə-qorxu gəlir, "Əgər bazara daxil olsan aşağı qiymət təyin edəcəyik, ona görə də daxil olmasan yaxşıdır" Sizcə Little Kona hədə-qorxuya inanacaq? Nə üçün bəli və ya nə üçün xeyr? Sizcə Little Kona nə etməlidir?
11. Cef və Stiv tennis oynayırlar. Hər bir xal qazanılması Stivin Cefin topu sağa və ya sola vurmasından asılıdır.
Nəticələr aşağıdakı kimidir:
Oyunçulardan hansınınsa dominant strategiyası varmı? Əgər Cef müəyyən strategiya (Sağ və ya Sol) seçərsə və ona əməl edərsə, Stiv nə edər? Sizcə Cef üçün daha yaxşı strategiya nə ola bilər?