Real Həyatdan Misal QANUNSUZ TELEFON ZƏNGİ Oliqopoliyalardakı firmalar istehsalı azaltmaq, qiyməti qaldırmaq və mənfəəti artırmaq məqsədilə gizli sövdələşmələrə girməyə olduqca meylli olurlar. On səkkizinci əsrin böyük iqtisadçısı Adam Smit bazarın belə potensial iflasından xəbərdar idi. Xalqların Sərvətində (The Wealth of Nations) o, yazır: "Eyni ticarət sahəsinin adamları bir-biri ilə nadir hallarda görüşsələr də, danışıqlar cəmiyyətə qarşı sövdələşmə və ya qiymətləri qaldırmaq üçün hər hansı geri çəkilmə ilə bitir."
Smitin dediklərinin müasir misalını görmək üçün 1980-ci illərin əvvəllərində iki aviaşirkət rəhbərlərinin telefon danışığının aşağıda verilmiş hissəsinə nəzər salaq. Telefon zəngi haqqında 24 fevral 1983-cü ildə The New York Times qəzetində məlumat verilmişdir. Robert Krandall American Airlines, Horvard Putnam isə Braniff Airways şirkətinin prezidenti idi.
KRANDALL: Məncə burada oturub bir-birimizdən pul qoparmağa çalışmağımız və heç birimizin pul qazanmamağımız mənasızdır.
PUTNAM: Mənə təklifiniz var?
KRANDALL: Bəli sizə təklifim var. Siz uçuş qiymətlərinizi 20 faiz qaldırın. Səhəri gün mən də qaldıracağam.
PUTNAM: Robert, biz ... KRANDALL: Siz də çox pul qazanacaqsınız, mən də.
PUTNAM: Biz qiyməti müəyyən etmək haqqında danışa bilmərik! KRANDALL: Ah, Hovard. Biz istədiyimiz hər bir şey haqqında danışa bilərik.
Putnam haqlı idi: Şerman Anti-inhisar Qanunu rəqabət aparan şirkətlərin rəhbərlərinə qiymətin təyin edilməsi ilə bağlı hətta danışmağı belə qadağan edirdi. Putnam bu söhbətin lent yazısını Ədliyyə Nazirliyinə verdikdə Ədliyyə Nazirliyi Krandalla qarşı məhkəmə işi başlatdı.
İki il sonra, Krandallın digər aviaşirkətlərin rəsmiləri ilə müqavilələr də daxil olmaqla, biznes fəaliyyətində müxtəlif məhdudiyyətlər qoyulmaqla Krandall və Ədliyyə Nazirliyi arasında razılıq əldə edildi. Ədliyyə Nazirliyinin dediyinə görə razılığın şərtləri "Amerikan və Krandallın rəqibləri ilə avianəqliyyat xidmətlərinin qiymətləri ilə bağlı danışıqlar vasitəsilə, hər hansı marşrut üzrə hava sərnişin nəqliyyatı xidmətində inhisar yaratmaq cəhdlərinin qarşısını almaqla avianəqliyyat sahəsində rəqabəti qoruyacaq"