MühaziRƏ №11-12 oliqopoliya mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. (Azərbaycan dilində tərcümə, E. İbadov və b.) Fəsil 16


QlSA Təkrar: Ticarət müəssisələri üçün hansı müqavilələrin bağlanılması qanunsuz hesab edilir? Nə üçün anti-inhisar qanunları ziddiyyətlidir?



Yüklə 2,04 Mb.
səhifə19/20
tarix11.10.2023
ölçüsü2,04 Mb.
#153685
1   ...   12   13   14   15   16   17   18   19   20
Muhazire

QlSA Təkrar: Ticarət müəssisələri üçün hansı müqavilələrin bağlanılması qanunsuz hesab edilir? Nə üçün anti-inhisar qanunları ziddiyyətlidir?



Proqram təminatı kimi bir çox müasir texnologiyalar təbii inhisar xarakteri daşıyır. Bu anti-inhisar qanunlarının tətbiqində nə məna daşıyır?
Microsoft Rəsmilər üçün Modellərə Yenidən Baxılmasının Vacib Olduğunu göstərir.
Microsoft-la bağlı iş yenicə başlamaqdadır.
Hökumət rəsmiləri sürətlə dəyişən Amerika bazarı ilə məşğul olduqca bu fakt onları daha çox təəccübləndirir; Yeni iqtisadiyyatda inhisar istisna deyil, qaydaya çevrilir.
Bu gün Qlobal şəbəkə xidmətləri, işgüzar mübadilə və ya MP3 mahnıları ilə məşğul olan böyük şirkətlər iqtisadiyyat üzrə dərsliklərdə "təbii inhisarlar" adlandırılan modellərə bənzəyirlər. Əmtəə və xidmətlər əksər hallarda nisbətən böyük sərmayə cəlb edirlər. Lakin, rəqəmli məlumatların internetdə yayılmasının asan olması sayəsində onların istehsal və paylanılması çox az və ya heç bir xərc tələb etmir.
Belə bir biznes sahəsində aparıcı mövqeyə sürətlə qalxmaq ucuz, qalxmamaq isə təhlükəlidir. Eyni əmtəə və xidmətlər təklif edən çoxsaylı firmalarla ənənəvi rəqabət qiymətləri tez bir za-manda sıfıra endirə bilər.
Bəs hökumət bu yeni inhisarabənzər biznes sahələrinə necə cavab verməlidir? . . . Bu dövlət anti-inhisar qüvvələrinin "Microsoft"-la olduğu kimi digər şirkətlərlə də daha da aktivləşdirməli olduğu mənasına gəlirmi?
Klinton administrasiyasının baş iqtisadçısı, Maliyyə katibi Lorens Sammers digər administrasiya rəsmiləri kimi "Microsoft"-un işi ilə bağlı şərh verməkdən qətiyyətlə imtina edir. Lakin, keçən ay o, San Fransiskoda "Dövlətin Yeni Sərvəti" adlı maraqlı çı­xış edərək təbii inhisarların genişlən-məsinin pis deyil, yaxşı olduğunu bildirmişdir.
Onun dediyi kimi informasiyaya əsaslanan iqtisadiyyat sahəsində "hər hansı şeyi istehsal etmək üçün yeganə səbəb müvəqqəti inhisar gücüdür - çünki bu güc olmadan qiymət marjinal maya dəyərinə enəcək və yüksək dəyişməz xərcləri kompensasiya etmək mümkün olmayacaq.. . .beləliklə bu inhisar gücünün əldə edilməsi istəyi Yeni iqtisadiyyatın mərkəzi aparıcı məsələsinə çevrilmişdir. Bu istəkdən irəli gələn yaradıcı yolla məhvetmə iqtisadi inkişafın əsas stimuluna çevrilir."
Mənbə: The Wall Street Joumal, 9 iyun 2000, səh. A1. A8. © 2000 Dow Jones & Co. DOW JONES & CO INC-in icazəsi ilə Müəlliflik Hüququ Mərkəzi vasitəsilə Dərslik formatında hazırlanmışdır.
NƏTİCƏ
Oliqopoliyalar inhisarlar kimi fəaliyyət göstərmək istəsələr də, şəxsi maraq onları rəqabətə yaxınlaşdırır. Beləliklə, oliqopoliyalar firmaların sayından və onların necə əməkdaşlıq etməsindən asılı olaraq inhisarlara və ya rəqabətli bazarlara bənzəyirlər. Dustaqların dilemması hekayəsində əməkdaşlıq onların maraqlarını ən yaxşı şəkildə təmin etdiyi halda belə nə üçün əməkdaşlıq edə bilməməsi göstərilmişdir.
Siyasət sahəsindəki səlahiyyətli şəxslər anti-inhisar qanunları vasitəsilə oliqopoliyaların davranışını tənzimləyir. Bu qanunların təsir dairəsi davam etməkdə olan ziddiyyətlərə səbəb olur. Rəqabət aparan firmalar arasında qiymətin təyin edilməsinin iqtisadi rifahı aşağı salmasına və qanunsuz hesab edilməli olmasına baxmayaraq, rəqabəti azaltması güman edilən bəzi biznes fəaliyyətləri məharətlə incə məqsədlər daşıdıqda qanuni hesab edilə bilər. Bu səbəbdən, səlahiyyətli şəxslər firmaların davranışına məhdudiyyətlər qoymaq üçün anti-inhisar qanunlarından istifadə edərkən diqqətli olmalıdırlar.


XÜLASƏ
• Oliqopoliyalar kartel formalaşdırmaqla inhisarçılar kimi fəaliyyət göstərməklə məcmu mənfəətlərini maksimallaşdırırlar. Lakin oliqopoliyalar istehsal səviyyəsi ilə bağlı ayrı-ayrılıqda qərarlar çıxardıqda, bu, inhisar məhsul buraxılışında olduğundan daha böyük istehsal həcmi və daha aşağı qiymətə səbəb olur. Oliqopoliyadakı firmaların sayı nə qədər çox olarsa, istehsal həcmi və qiymət rəqabətdə olduğu səviyyəyə daha yaxın olur.
• Dustaqların dilemması şəxsi marağın, hətta əməkdaşlığın insanların qarşılıqlı maraqlarını təmin etdiyi halda belə onların əməkdaşlıq etməsinə mane olduğunu göstərir. Dustaqların dilemmasındakı məntiq bir çox situasiyalara, o cümlədən silahlanma yarışı, reklam, ortaq sərvətlər problemlərinə və oliqopoliyalara tətbiq edilə bilər.
Səlahiyyətli şəxslər anti-inhisar qanunlarından oliqopoliyaların rəqabəti azaldan fəaliyyətlə məşğul olmasının qarşısını almaq üçün istifadə edirlər. Rəqabəti azaltdığı güman edilən bəzi fəaliyyətlərin əslində qanuni biznes məqsədləri daşıya bilməsi səbəbindən bu qanunların tətbiqi ziddiyyətli ola bilər.



Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin