Real Həyatdan Misal DUSTAQLARIN DİLEMMASI TURNİRİ Ayrıca otaqda dindirilən şəxslə dustaqların dilemması oyununu oynadığınızı təsəvvür edin. Bundan əlavə bir dəfə deyil, dəfələrlə oynayacağınızı təsəvvür edin. Oyunun sonunda sizin xalınız həbsxanada keçirilən illərin ümumi sayıdır. Bu xalın mümkün qədər az olması sizin üçün daha yaxşı olardı. Hansı strategiya ilə oynayardınız? Cinayəti etiraf edər yoxsa, susardınız? Digər oyunçunun hərəkətləri sizin cinayəti etiraf edib-etməməklə bağlı qərarlarınıza necə təsir edər?
Təkrarlanan dustaqların dilemması kifayət qədər mürəkkəb oyundur. Əməkdaşlıq imkanı yaratmaq üçün tərəflər əməkdaşlıq etmədiyi üçün bir-birini cərimələməlidirlər. Lakin, Cek və Cilin su karteli üçün bir qədər əvvəl təsvir olunan strategiya - digər oyunçu razılaşmanı pozduqda razılaşmanı həmişəlik pozmaq - ümidvericidir. Dəfələrlə təkrarlanan oyunda tərəflərə əməkdaşlığın olmadığı müddətdən sonra birgə məhsul buraxılışına qayıtmaq imkanı verən strategiya daha münasibdir.
Hansı strategiyanın daha yaxşı olduğunu bilmək üçün politoloq Robert Akselrod turnir keçirmişdir. İnsanlar təkrarlanan dustaqların dilemması oyununu oynamaq üçün hazırlanmış kompüter proqramları göndərməklə oyuna daxil olurdular. Sonra hər bir proqram bütün digər proqramlara qarşı oynayırdı. "Qalib" ümumilikdə ən az iş alan proqram olurdu.
"Əvəz-əvəz" adlanan sadə strategiya sonda qalib oldu. "Əvəz-əvəz" strategiyasına əsasən, oyunçu oyuna əməkdaşhq etməklə başlamalı, sonra isə digər oyunçunun axırıncı dəfə etdiyini etməlidir. Beləliklə, "əvəz-əvəz" oyunçusu digər oyunçu razılaşmanı pozana qədər əməkdaşlıq edir; sonra o, digər tərəf əməkdaşlıq edənədək razılaşmanı pozur. Başqa sözlə desək, bu strategiya dostcasına başlayır, dostluq etməyən oyunçuları cərimələyir və bəraət qazandıqda bağışlayır. Bu sadə strategiyanın insanların göndərdiyi bütün daha mürəkkəb strategiyalardan daha uğurlu olması Akselrodun təəccübünə səbəb oldu.
"Əvəz-əvəz" strategiyası uzun tarixə malikdir. Mahiyyətcə bu "gözə-göz, dişə-diş" strategiyası ilə eynidir. Dustaqların dilemması turniri bunun bəzi həyat oyunlarının oynanılması üçün yaxşı praktiki üsul olduğunu göstərir.
QlSA Təkrar: Dustaqların dilemması hekayəsini danışın. Dustaqların seçimlərini göstərən cədvəl çəkin və hansı nəticələrin əldə edilmək ehtimalı olduğunu izah edin. Dustaqların dilemması oliqopoliyalarla bağlı bizə nə öyrədir?