Mühazirə 15. Qarabağ zəfəri və tarixi torpaqlara qayıdış "Repatriasiya"


Planlama və icranın əsas mövzuları



Yüklə 30,51 Kb.
səhifə5/9
tarix11.04.2023
ölçüsü30,51 Kb.
#96104
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
QMKSİT - Mühazirə 15

4. Planlama və icranın əsas mövzuları
İcma geriyə qayıtma hüququnun beynəlxalq hüququn və insan hüquqlarının ali prinsipi olmasından çıxış etməklə bərabər, bu prosesin asan olmayacağını nəzərə alır. İcma geriyə qayıtma hüququnun reallaşmasına əsas maneənin Ermənistanın müqaviməti olacağını gözləyir. Bundan əlavə, qayıtma prosesi əhəmiyyətli ölçüdə hüquqi məsələlərin həllini, təhlükəsizlik komponentini və böyük miqdarda resurs əldə edilməsini ehtiva edir. Bütün bu vəzifələrin həlli Azərbaycan və Ermənistan ilə yanaşı, geniş beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsini tələb edir.
İcma repatriasiya prosesinin bütün mərhələlərində mərkəzi rol alacaq və repatriasiya başa çatdıqdan sonra da öz fəaliyyətini davam etdirəcək.
Konseptual olaraq, qayıdışın əsas mövzularına dair İcmanın mövqeyi aşağıdakı kimidir:
1.1 Beynəlxalq hüquqi çərçivə və zəmanət
İndiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən, hüquqi baxımdan məcburi olan, müvafiq verfikasiya və zəmanət mexanizmini ehtiva edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə, İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsində də təsbit olunmasına çalışacaq.
Qayıdışın beynəlxalq hüquqi çərçivəsinin formalaşdırılması üçün İcma Azərbaycan Respublikası hökuməti, Ermənistan Respublikası hökuməti, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər, region ölkələri və digər aidiyyəti dövlətlər və təşkilatlar ilə təmaslara başlayacaq.
1.2. İcmanın üzvlərinin müəyyən edilməsi və siyahıyaalınması
İndiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlılar və onların törəmələrinin öz vətənlərinə qayıtmaq hüququ var. İcma Azərbaycan Respublikasının və Qərbi azərbaycanlıların məskunlaşdığı digər dövlətlərin əhali reyestri xidmətlərinin yardımından istifadə edərək və müvafiq beynəlxalq metodologiya əsasında İcma üzvlərinin siyahıyaalınmasını həyata keçirəcək. Bu cür siyahıyaalınmada effektiv vasitələrdən birinin aidiyyəti şəxslərin özünü təqdim etməsi olduğunu nəzərə alaraq, onları bu addıma təşviq etmək üçün vətənindən qovulmanın ciddi hüquq pozuntusu olması barədə geniş informasiya kampaniyası aparılacaq və təhlükəsiz və ləyaqətlə geri qayıtmaq yanaşmasının mahiyyəti geniş ictimaiyyətə izah ediləcəkdir.

Yüklə 30,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin