Mühazirə 15. Qarabağ zəfəri və tarixi torpaqlara qayıdış "Repatriasiya"



Yüklə 30,51 Kb.
səhifə8/9
tarix11.04.2023
ölçüsü30,51 Kb.
#96104
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
QMKSİT - Mühazirə 15

1.7. Re-inteqrasiya və reabilitasiya
Repatriasiya etmiş azərbaycanlılar qayıtdıqdan sonra ilk dövrlər humanitar yardıma, sonra uzunmüddətli sosial və iqtisadi inkişaf üçün re-inteqrasiya və reabilitasiya proqramına və yardımlara ehtiyac duyacaqlar. İcma bu sahədə müvafiq proqram həyata keçirmək üçün beynəlxalq qurumlar və donorların əsas tərəf müqabili olmaqda qərarlıdır.
Re-inteqrasiya və reabilitasiya tədbirlərinin uğurunun təmin edilməsində yaşayış məskənləri daxilində sosial bağlar və dinamika vacib əhəmiyyət kəsb edir. Təcrübə göstərdiyi kimi, qovulmadan əvvəlki məskunlaşma konfiqurasiyasının qorunub saxlanması sosial bağların bərpasını və beləliklə re-inteqrasiya və reabilitasiyanı asanlaşdırır. Bu baxımdan, qovulmadan əvvəlki məskunlaşma konfiqurasiyasının qorunub saxlanması insan hüquqlarının bir tələbi olmaqla bərabər re-inteqrasiya və reabilitasiyanın uğuru üçün zəruri şərtdir.
1.8. Mədəni irsin bərpası və qorunması
İcma BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinə, o cümlədən, zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısının hazırlanmasına və Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsinə nail olmaq üçün səy göstərəcək.
1.9. Etnik icmalar arası barışıq
Qərbi azərbaycanlılara qarşı böyük haqsızlıq törədilib. Bu haqsızlıq etnik təmizləmə ilə məhdudlaşmır. Qərbi azərbaycanlıların evlərinə başqa yerdən insanlar köçürülüb. Bu ağrılı keçmişi tarixi yaddaşında saxlamaqla bərabər İcma qəbul edir ki, sülh və inkişafın təmin edilməsinin yolu barışıqdan keçir. Qərbi azərbaycanlılar onların vətəninə başqa ölkələrdən köçürülmüş ermənilərlə dinc və yanaşı yaşamağa hazırdır. İcma barışığa nail olmağın uzun müddət tələb edəcəyini və mürəkkəb olacağını gözləyir. İcma insan hüquqlarına hörməti, hüququn aliliyini və ikili standartların aradan qaldırılmasını barışın əldə edilməsi üçün ən mühüm vasitələr kimi görür. Bu baxımdan, İcma Ermənistanın azərbaycanlılara qarşı nifrət və ayrıseçkiliyi aşılayan siyasət və praktikasını dayandırmasına, azərbaycanlılara qarşı cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməsinə, onları şöhrətləndirməyə dərhal son verməsinə, o cümlədən, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməsinə və aparılmış yer adları dəyişliklərini ləğv etməsinə nail olmaq üçün səylər göstərəcək.

Yüklə 30,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin