1.10. İcmanın uzunmüddətli fəaliyyəti İcma hesab edir ki, onun missiyası təkcə qayıdış məsələsi ilə məhdudlaşmır. İcma əhali öz vətəninə qayıtdıqdan sonra da təşkilat kimi öz fəaliyyətini, o cümlədən orada yaşayacaq azərbaycanlıların maraqları, hüquqları, inkişafı və təhlükəsizliyinin təmin edilməsi üzrə mütəşəkkil səylərini, bu məqsədlə, Azərbaycan Respublikası, xarici dövlətlər və beynəlxalq təşkilatlar, eləcə də Ermənistan hökuməti ilə və Ermənistan ictimaiyyəti ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirmək niyyətindədir.
5. Yekun müddəalar İcma bu konsepsiyanın yerinə yetirilməsində fəallıq və sahiblik göstərəcək, bu məqsədlə qanuni çərçivədə resursların əldə edilməsi üçün səylər göstərəcək. İcma vəziyyətin mümkün dəyişməsindən asılı olaraq, konsepsiyaya dəyişiklik edə bilər.
Ədəbiyyat siyahısı : 1. https://apa.az/az/qerbi-azerbaycan/qerbi-azerbaycana-qayidis-konsepsiyasi-metn-744543 2. https://www.bakupost.az/qarabaga-boyuk-qayidis-plani-heyat-yeniden-oz-axarina-qayidir 3. https://report.az/sosial-mudafie/daha-10-ailenin-zengilanin-agali-kendine-kocurulmesine-baslanilir/ 4. Refugee Repatriation, Return, and Refoulement During Conflict; USAID Conference Promoting Democracy, Human Rights, and Reintegration in Post-conflict Societies October 30-31, 1997 ( https://pdf.usaid.gov/pdf_docs/Pnacd092.pdf )