Mühazirə 15. Qarabağ zəfəri və tarixi torpaqlara qayıdış "Repatriasiya"


Qarabağda repatriasiya üçün zəruri yaşayış infrastrukturunun qurulması prosesi



Yüklə 30,51 Kb.
səhifə2/9
tarix11.04.2023
ölçüsü30,51 Kb.
#96104
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
QMKSİT - Mühazirə 15

2. Qarabağda repatriasiya üçün zəruri yaşayış infrastrukturunun qurulması prosesi
Əldə olunan qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olar­aq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.
Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları əraziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir.
Bütün bu işlərin həyata keçirilməsi üçün də ilk öncə bu ərazilərdə mina və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi işlərinə başlanılıb. Minatəmizlənmə əməliyyatlarına əsasən infrastrukturun bərpasına xidmət edən ərazilərdən başlanılıb. Yaşayış məntəqələrinin salınacağı ərazilər, əkin sahələri, yollar və s. minalardan təmizlənib. Hazırda da təmizləmə işləri davam etdirilir. Minatəmizləmə işləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilib. ​
İşğaldan azad olunan ərazilərdə tikinti­quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yenidən çəkilməsi, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıyır.​ Bu məqsədlə azad edilən ərazilərdə müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliyyə vəsaitləri ayrılıb.​
Qələbənin simvolu sayılan “Zəfər” yolu isə 2021-ci ilin sentyabr ayında istifadəyə verilib.​ “Zəfər” yolunun tikintisi cəmi bir ilə başa gəlib. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib.
Başlanğıcını Hacıqabul-Mincivan-Naxçıvan magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər” yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir.
Dövlət büdcəsindən ayrılan vəsait hesabına hazırda işğaldan azad olunan ərazilərdə daha 15 avtomobil yolunun tikintisi həyata keçirilir.
İşğaldan azad olunan kənd və şəhərlərin elektrik enerjisi ilə təchiz olunması istiqamətində də ciddi işlər görülür. Bölgənin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Bu stansiya və yarımstansiyalar işğaldan azad olunan ərazilərdə yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastrukturu fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək.
Paralelel olraq işğaldan azad olunan ərazilərin proqrama uyğun qazlaşdırılması işi də uğurla həyata keçirilir. Proqram 4 mərhələdə icra olunur. Qazlaşdırmanın I mərhələsi Füzuli - Ağoğlan - Şuşa istiqamətini əhatə edəcək. II mərhələdə Ağdam rayonu qazlaşdırılacaq. III mərhələdə Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarına, IV mərhələdə isə Kəlbəcər rayonuna qaz çəkiləcək.
İşğaldan azad olunan ərazilərdə “Azərsu” ASC tərəfindən içməli su təchizatının yaxşılaşdırılması istiqamətinə də müvafiq işlər görülür. Ötən müddətdə 350-dək obyekt içməli su ilə təmin edilib. Su mənbələrindən uzaq və infrastrukturun mövcud olmadığı ərazilərin su təchizatı xüsusi sudaşıyan maşınlar vasitəsilə təmin olunub. Bu məqsədlə “Azərsu”nun nəqliyyat vasitələri əraziyə cəlb edilib.
İşğaldan azad edilən ərazilərin “yaşıl zona”ya çevrilməsi planlaşdırılır. . Bölgədə külək, su və günəş enerji stansiyalarının qurulması nəzərdə tutulur. Son illər ölkədə enerji gücləri yaradılıb, enerji infrastrukturunun təkmilləşdirilməsi və modernləşdirilməsi istiqamətində önəmli işlər görülüb. İşğaldan azad olunan ərazilərdə “yaşıl enerji” siyasətinin elan edilməsi dövlətin bu sahəyə xüsusi diqqətinin bariz nümunəsidir. Bu ərazilərimizdə də elektrik stansiyaları, yarımstansiyalar, ötürücü stansiyalar yenidən qurulub. Bu gün də bu sahədə ciddi işlər görülür. Yaxın müddətdə alternativ enerji mənbələrinin istifadəsi üçün vacib şirkətlərin də sərmayə qoyacağı gözlənilir. Bununla da, həm külək, həm günəş enerjisindən istifadə edilərək, bu ərazilərin, buradakı infrastrukturların enerji ilə təminatı təşkil ediləcək.
Böyük Qayıdışın təmin edilməsi,​ 30 ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq arzusu ilə yaşayan insanların tez bir zamanda işğaldan azad olunan ərazilərə köçürülməsi üçün hazırda burada genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işləri həyata keçirilir. Bu ərazilərdə yaşayış kompleksləri, xəstəxana, məktəb binaları və s. tikilir. 2022-ci ilin fevralında Ağdamda yeni yaşayış kompleksinin təməli qoyulub. İlkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Eləcə də növbəti mərhələdə daha 4 yaşayış binasının inşası ilə bağlı layihələndirmə işləri həyata keçirilir. Sozügedən rayonda həmçinin müasir mehmanxana, Ağdam Mərkəzi Şəhər Xəstəxanası və 1 nömrəli məktəbın inşasına başlanılıb.
Mədəniyyət paytaxtımız Şuşa şəhərində də quruculuq işləri aparılır. Şəhərin müfəssəl hazırlanan baş planı əsasında tikiləcək yeni yaşayış kompleksinin təməli qoyulub. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar, abidələrin yerləri də öz əksini tapıb. Baş plan hazırlanarkən şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur.
Şuşada yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək. Bundan başqa, Molla Pənah Vaqifin məqbərəsi yenidən bərpa edilmiş, “Qarabağ” oteli istifadəyə verilmişdir.
Şuşada 1 saylı ümumtəhsil məktəbinin də tikintisinə start verilib. Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.
İşğaldan azad olunan Füzuli rayonunda da yenidənqurma, tikinti və quruculuq işləri sürətlə davam etdirilir. Bölgədə görülən işlər sırasında, qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilib.

Füzuli Memorial Kompleksi və Füzuli şəhərinin təməli, rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin əsası qoyulub. Bu layihənin beş kəndi birləşdirməsi, ümumilikdə 750 evin tikintisinin nəzərdə tutulub ki, bu da Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olduğunu göstərir. Füzulidə 50 minlik yeni şəhərin yaradılması nəzərdə tutulub. Şəhərdə yeni məhəllələr salınacaq və 4-8 mərtəbəli yaşayış binaların tikintisi aparılacaq. Bir sözlə şəhərə məxsus bütün infrastrukturlar formalaşdırılacaq.


Zəngilanın Ağalı kəndində isə “Ağıllı kənd” in inşası başa çatdırılıb. Birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılıb: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri. Ərazidə, ilk olaraq, tam izolyasiya olunan və innovativ tikinti materiallarından istifadə olunmaqla tikilən 200 fərdi ev öz sahiblərinə təhvil verilib. Zəngilan Beynəlxalq Hava Limanının tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib.


Yüklə 30,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin