MühaziRƏ 3 Əmək mühafizəsinin hüquqi və təşkilati məsələləri. Plan



Yüklə 149,5 Kb.
səhifə5/6
tarix02.01.2022
ölçüsü149,5 Kb.
#39399
1   2   3   4   5   6
Muhazir-3-8

Hamiləliyə və doğuşa görə məzuniyyətlər. Əmək məcəlləsinin 125-ci maddəsinə müvafiq olaraq aşağıdakı kimidir. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü + doğüşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalatında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir.

a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü)

b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü).

c) iki və daha çox uşaq doğduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Ödənişsiz məzuniyyətlər. Əmək məcəlləsinin 128-ci maddəsində ödənişli məzuniyyətdən istifadə hüququ, 129-cu maddədə ödənişsiz məzuniyyətlərin növləri; 130-cu maddədə işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyyətlərin müddətləri nəzərdə tutulmuşdur. Əmək qanunvericiliyinə uyğun odənişsiz məzuniyyətlərin müddəti işçinin əmək fəaliyyətinin xüsusiyyətinə və məqsədə görə 7 təqvim günündən 1 təqvim ayınadək müddətdə verilə bilər.

Əmək məzuniyyətinin verilmə qaydası. Əmək məcəlləsinin 131-ci maddəsinə uyğun olaraq aşağıdakı kimidir. İşçinin 1-ci iş ili üçün əmək məzuniyyəti hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işləyəndən sonra əmələ gəlir. İşçiyə 6 ay işlədikdən sonra 1-ci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işə götürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün əmək məzuniyyəti işə götürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.

Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır.

a) qadınların hamiləliyə və doğuşa görə sosial məzuniyyətindən bilavasitə əvvəl, yaxud sonra;

b) 18 yaşına çatmamış işçilərin

c) müddətli hərbi xidmətdən buraxıldıqdan üç ay keçənədək işə götürülən işçilərin;

d) əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin;

e) hərbi qulluqçu arvadının (ərinin);

f) təhsil müəssisələrində oxuyan şəxslərin;

g) əlillərin;

Əmək məzuniyyətlərinin verilməsində növbəlik. Əmək məcəlləsinin 133-cü maddəsinə uyğun müəyyən edilir. Burada istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbətçilik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqı təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işə götürən tərəfindən təsdiq edilir.

Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər.

a) yaşı 18-dən aşağı olan işçilər;

b) işləməklə yanaşı təhsil alan şəxslər;

c) 14 yaşınadək iki və daha çox uşağı və ya 16 yaşınadək əlil uşağı olan qadınlara;

d) əlillərə;

e) hərbi qulluqçunun arvadına (ərinə) və s.


Yüklə 149,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin