Basdirma-kabab. Basdırma-kabab üçün mal əti ( can əti) təxminən 35-40 q-
lıq tikələrə doğranır və sonra emallı qaba qoyulub içinə doğranmış soğan, duz,
istiot,üzüm sirkəsi, yaxud nar qatilaraq hamısı birlikdə qarışdırılır və 3-4 saat
ərzində soyuq yerdə saxlanır.
Lazım gəldikdə ət tikələri şişə taxılır və soğandan təmizlənərək közərmiş köz
üstündə bişirilir. Kababın təmi yaxşı olsun deyə, onubişirilməzdən əvvəl kərə
yağına salıb çıxarmaq məsləhət görülür.
Kabab bişirilib süfrəyə veriləndə yanına qarnir əvəzinə soğan, limon, yaxud
şişdə bişmiş pomidor, sumaq, döyülmüş istiot və duz qoyulur.
20
Hər pors üçün burada 300q mal əti (can əti), 1 baş soğan (yarısı basdırma
üçün), 15q nar, yaxud 10q üzüm sirkəsi, 5q kərə yağı, 10q cəfəri, habelə təm üçün
istiot, duz götürülür.