Milli transfer hesabları (NTA) nisbətən yeni statistik uçot sistemi olub iqtisadiyyatda nəsillərarası bölüşdürmə sistemini yaxşılaşdırmağa xidmət edir. Bu sistemdə əhalinin müxtəlif yaş qrupları arasında ölkənin rezidentləri haqqında məlumat əldə etmək üçün milli hesablardan, fərdi səviyyədə ev təsərrüfatlarının araşdırılmalarından və digər mənbələrdən istifadə edilir. NTA-nın məqsədi iqtisadi axınların nəsillərarası qruplar baxımından ölçülməsinə və təhlilinə sistemli və kompleks yanaşmanı təmin etməkdir.
NTA -ya əsasən, dörd iqtisadi fəaliyyət növü nəsillərin iqtisadiyyatı üçün ən mühüm hesab edilir: iş, istehlak, müştərək istifadə və qənaət.
İş və onun məhsuldarlığı insanların həyatı boyu dəyişir, insanlar ömrünün əvvəlində və axırında istehsal etdiklərindən daha çox istehlak edirlər, əmək qabiliyyətli olduqları dövrdə isə istehlak etdiklərindən daha çox istehsal edirlər.
Fərdi istehlak və əmək gəliri arasındakı fərq bütün yaşlarda həyat tsiklinin defisiti kimi təyin edilir.
Müştərək istifadə və qənaət iqtisadi həyat tsiklinin vacib tərkib hissələridir. Bu iki iqtisadi mexanizm cavanlar və qocalar üçün istehsal və istehlak arasındakı boşluğu dolduran gəlir mənbələrini təmin edir.
Əsas müşahidə - nisbətən çox sayda yaşlarda həyat tsiklinin defisiti. Yalnız 34 yaşdan 54 yaşa qədər olan insanlar aşırı həyat tsiklinə malikdirlər, yəni yalnız 21 il ərzində insanlar istehlak etdiklərindən daha çox qazanırlar.
Üstəlik, müşahidə olunan həyat tsikli defisitinin həcmi çox deyildir. Orta yaşlı işçilərin əmək gəlirləri ilə maliyyələşdirilən həyat tsikli defisitinin kiçik bir hissəsi neft gəlirlərinin iqtisadiyyatda rolunu göstərir. Mövcud neft ehtiyatları bütün yaş qruplarına daha az işləməyə və daha çox istehlak etməyə imkan yaradır.
Nəticələr göstərir ki, gənc insanlar işçi qüvvəsinə tədricən qoşulurlar, əmək gəlirlərinin pik həddi 42 yaşa təsadüf edir, yaşlı insanlar isə fərqli yaşlarda əmək fəaliyyətlərinə xitam verirlər.
Fərqli yaşlarda işçi qüvvəsinin artırılması təhsil səviyyəsinin iqtisadiyyatın tələbləri ilə uyğun olmaması və ya qadınlarda tez -tez uşaq dünyaya gətirmə ilə əlaqələndirilə bilər. Yaşlı insanlar, diversifikasiyalı pensiya sistemi və aşağı pensiya gəlirləri səbəbiylə işlərini tədricən tərk edirlər və gec təqaüdə çıxırlar.
Özünüməşğulluqdan alınan gəlir, xüsusilə də 35 yaş ilə 61 yaş aralığında rəsmi qazancları üstələyir. Ümumilikdə, özünüməşğulluqdan əldə edilən qazanc demək olar ki, əmək gəlirinə bərabərdir, bu da iqtisadiyyatın strukturuna görə insanların daha çox özünüməşğulluqla məşğul olduğu inkişaf etməkdə olan ölkələrdə müşahidə olunan adi haldır.
Dövlət transfertlərinin axını əsasən təhsilə yönəlmiş transfertlər hesabına uşaq yaşlarda böyükdür, yuxarı yaşlarda isə əsasən dövlət pensiyasına pul köçürmələri hesabına daha da böyükdür.
Şəxsi transfertlərin axınına gəlincə isə dövlət transfertinin əksi olan tendensiyalar müşahidə edilir: onlar uşaq yaşlar üçün böyükdür, 21 yaşda yenə də təhsil transferləri səbəbindən pik həddə çatır, yuxarı yaşlılar üçün isə nisbətən kiçikdir.
Ev təsərrüfatları daxilində şəxsi transfertlərin axınının davamlı artımı 20 yaşadək müşahidə olunur, bu da əhalinin xərclərinin artmasının nəticəsidir. İnsanlar gəlir əldə etməyə başladıqca bu transfert axını tədricən azalır.
Qadınlara münasibətdə gender ayrı - seçkiliyi bir neçə göstəriciyə görə müşahidə olunur. O, müəyyən yaş kateqoriyaları üçün gəlir və transfer baxımından nisbətən yüksəkdir. Ev təsərrüfatı daxilində şəxsi transfertlərin yaşa görə bölgüsü qadınların kişilərdən daha çox aldıqlarını və daha az verdiklərini göstərir, bu da ölkədə güclü gender bərabərsizliyinin olduğuna dəlalət edir.
Yuxarıda qeyd edilən nəticələrə əsaslanaraq, təbii resurslardan əldə edilən gəlirlərin daha çox payının şəxsi istehlaka deyil, dövlət investisiyalarına yönəldilməsini hökumətə tövsiyə edirik.
Dayanıqlı iqtisadi artım üçün kənd təsərrüfatında, istehsalat və xidmət sferalarında müstəqil özəl sektorun əhəmiyyətinə baxmayaraq, bütün bu sahələr neft sektorundan maliyyələşdirilən ictimai mallardan çox asılıdır.