Çox dəfəli əməliyyatlar Bir dəfəlik əməliyyatlar əməliyyat sisteminin idarəsi altında yerləşən proseslər sayının
dəyişilməsinə gətirib çıxa-rırlar və həmişə müəyyən resursların ayrılması və ya azad edilməsi ilə
əlaqəli olurlar. Çox dəfəli əməliyyatlar isə, əksinə, əməliyyat sistemindəki proseslər sayının
dəyişilməsinə gətirib çıxarmırlar və resuraların ayrılması və ya azad edilməsi ilə əlaqəli olmağa
borclu olmurlar.
Bu bölmədə biz proseslər üzərində əməliyyat sisteminin çox dəfəlik əməliyyatlarının yerinə
yetirilməsindəki hərəkətləri qısaca təsvir edəcəyik.
Prosesim işə salınması. “Hazır olma” vəziyyətində yerləşən proseslərdən əməliyyat sistemi
sonrakı icra edilmək üçün bir proses seçir. Seçilmiş proses üçün əməliyyat sistemi onun sonrakı
yerinə yetirilməsi üçün zəruri olan informa-siyanın əməli yaddaşda olmasını təmin edir. Bundan
sonra, prosesin vəziyyəti “icra olunma”-ya dəyişir, həmin proses üçün registrlərin qiyməti bərpa
olunurlar və prosesin əmrlər sayğacının göstərdiyi əmrə idarə ötürülür. Kontekstin bərpası üçün
lazım olan bütün verilənlər əməliyyatın aparıldığı pro-sesin PCB-dən götürülürlər.
Prosesin dayandırılması. “İcra olunma” vəziyyətində olan prosesin işi hər hansı bir
kəsilmənin nəticəsində dayandırılır. Prosessor avtomatik olaraq, əmrlər sayğacını və mümkün ola
bilər ki, icra olunan prosesin stekindəki bir neçə regisrləri saxlayır, sonra isə həmin kəsilmənin emal
olunmasının xüsusi ünvanı üzrə idarəni ötürür. Bununla da kəsilmənin emalı üzrə hardware-nın
fəaliyyəti bitir. Göstərilən ünvan üzrə adətən, əməliyyat sisteminin hissələrindən biri yerləşir. O,
onun PCB-də yerləşən prosesin sistem və registr kontekstlərinin dinamiki hissəsini saxlayır, prosesi
“hazır olma” vəziyyətinə keçirir və kəsilmənin emalına, yəni, əmələ gəlmiş kəsilmə ilə əlaqəli olan
müəyyən hərəkətlərin yerinə yetirilməsinə başlayır.