Mühazirə Əməliyyat sistemi anlayışı


Planlaşdırma kriteriləri və alqoritmlərə qarşı irəli sürülən tələblər



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə24/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   73
ƏS müh

 
Planlaşdırma kriteriləri və alqoritmlərə qarşı irəli sürülən tələblər 
 
Proseslər planlaşdırmanın hər bir səviyyəsi üçün çoxlu sayda müxtəlif alqoritmlər təklif 
etmək olar. Konkret alqo-ritmin seçimi hesablama sistemi tərəfindən həll olunan məsə-lələr sinfi və 
planlaşdırmadan istifadə edərək, bizim əldə etmək istədiyimiz məqsədlərlə təyin olunur. Bu cür 
məqsədlərə aşağı-dakıları aid etmək olar:
-Ədalətlilik – hər bir tapşırığa və ya prosesə kompüter sistemində prosessordan istifadə olunma 
vaxtının müəyyən bir hissəsinə zəmanət vermək, elə bir vəziyyətin əmələ gəlməsini buraxmamağa 
çalışmaq lazımdır ki, bir istifadəçinin prosesi daima prosessoru məşğul etməmiş olsun, halbuki, 
həmin vaxtda faktiki olaraq, digər istifadəçinin prosesinin yerinə yetirilməsi baş verməmişdir.
- Effektivlik – prosessoru bütün iş vaxtının 100%-nə qədər məşğul etməyə səy göstərmək lazımdır 
və ona, icra olunmaq üçün hazır olan prosesləri gözləməklə, boş dayanmamağa imkan verməmək. 
Real hesablama sistemlərində prosessorun yüklənməsi 40%-dən 90%-ə qədər olur.
-Yerinə yetirmənin tam vaxtının qısaldılması (turn around time ) – prosesin startı və ya yüklənilmə 
üçün tapşırığın növbəyə qoyulması və onun bitirilməsi arasında minimal vaxtı təmin etmək. 
-Gözləmə vaxtının qısaldılması (waiting time ) – proseslərin “hazır olma” vəziyyətində və 
yüklənilmə üçün tapşırığın növbəyə qoyulmasında keçirtdikləri vaxtın qısaldılması. 


-Cavab vermə vaxtının qısaldılması (response time ) – istifadəçinin sorğusuna cavab vermək üçün 
interaktiv sistemlərdə prosesə tələb olunan vaxtın minimallaşdırılması. 
Planlaşdırma məqsədlərinin qoyulmasından asılı olma-yaraq, həmçinin, arzu olunur ki, 
alqoritmlər aşağıdakı xassələrə malik olsunlar: 
-Gələcəyi qabaqcadan bildirə bilsinlər. Eyni bir tapşırıq təxminən eyni bir vaxt ərzində yerinə 
yetirilməlidir. Planlaş-dırma alqoritminin tətbiqi 4 ədədinin kvadrat kökünün hesablanması kimi 
misalda bir işə salma zamanı saniyənin yüzdə bir vaxtında və ikinci işə salınma isə - bir neçə 
sutkalar ərzində olmalıdır;
-Minimal qaimə xərcləri ilə əlaqəli olmalıdır. Prosessordan istifadə üçün ayrılmış prosesə hər bir 
100 millisaniyəyə proses-sorun öz sərəncamına hansı prosesin götürülməsinin təyin olunmasının və 
kontekstin bir vəziyyətdən digərinə keçməsinə 200 millisaniyə düşərsə, o zaman bu cür alqoritmi, 
aydındır ki, tətbiq etmək olmaz;
-Hesablama sisteminin resursları bərabər ölçüdə yüklənməlidir. O proseslərə üstünlük verilməlidir 
ki, onlar az istifadə olunan resursları tutmuş olsunlar.
-Miqyaslanmaya malik olmalıdırlar, yəni, yük artdıqda, öz işləmə qabiliyyətini o dəqiqə itirməsinlər. 
Məsələn, sistemdə proseslərin sayının 2 dəfə artması, proseslərin yerinə yetiril-məsinin tam vaxtının 
10 dəfələrlə artımına gətirib çıxartmasın.
Yuxarıda göstərdiyimiz məqsədlər və xassələr bir-birinə zidd gəlirlər. Bir kriteri nöqteyi-
nəzərdən alqoritmin işini yaxşılaşdırmaqla, biz digərinin nöqteyi-nəzərindən onu pisləş-diririk. 
Alqoritmi bir sinif məsələlər üçün uyğunlaşdırmaqla, biz onunla bərabər, digər sinif məsələlərin 
hüquqlarını məhdudlaşdırırıq. Heç nə etmək mümkün deyildir. Həyat belədir.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin