Sıxışdırılıb çıxarılmama planlaşdırması, məsələn, MS Windows və Apple Macintosh əməliyyat sistemlərində istifadə olunur.Planlaşdırmanın bu cür rejimindəproses özü üçün lazım
olan qədər prosessor vaxtını məşğul edir. Belə olan halda, proseslərin dəyişdirilməsi yalnız icra
olunan prosesin özü tərəfindən idarəni ötürmək istədikdə, baş verir (giriş-çıxış əməliyyatının
bitməsini gözləmək üçün və ya işin sonunda). Planlaşdırmanın bu üsulu nisbətən sadə şəkildə
həyata keçirilə bilər və kifayət qədər effektiv olur, çünki, proseslərin özlərinin işi üçün prosessor
vaxtının böyük bir hissəsini ayırmağa və kontekstlərin dəyişdirilməsinə sərf olunan xərcləri
minimuma qədər qısaltmağa imkan verir. Lakin, sıxışdırılıb çıxarılmama planlaşdırmada elə bir
problem əmələ gələ bilər ki, bir proses prosessoru tam şəkildə ələ keçirir və bu da hər hansı bir
səbəbdən (məsələn, proqramdakı səhvlərdən) təkrar olundu-ğundan, idarəni digər prosesə ötürə
bilmir. Bu cür vəziyyətdə bütün hesablama sistemini yenidən yükləmək lazım gəlir.
Sıxışdırılıb çıxarılma planlaşdırması adətən, vaxta görə bölünmə sistemlərində istifadə
olunur. Planlaşdırmanın bu rejimində proses icra olunmanın istənilən anında dayandırıla bilər.
Əməliyyat sistemi, müəyyən vaxt intervalı - kvantın bit-məsi üzrə kəsilmə siqnalının generasiya
olunması üçün xüsusi taymeri quraşdırır. Kəsilmədən sonra prosessor növbəti pro-sesin sərəncamına
verilir. Vaxta görə kəsilmələr dialoq reji-mində işləyən istifadəçilər üçün proseslərə cavab
verilməsinin uyğun olan vaxtına zəmanət verməyə kömək edirlər və hər hansı bir proqramın
təkrarən istifadə olunması səbəbindən kompüter sisteminin “asılı” vəziyyətdə olmasının qabağını
alırlar.
Mühazirə 9 Planlaşdırma alqoritmləri Müxtəlif məqsədlərə nail olmaq və müxtəlif məsələlər sinfi üçün effektiv olmaq üçün, təyin
olunan planlaşdırmanın müxtəlif cür alqoritmlərinin böyük toplusu mövcuddur. Onlardan bir çoxusu
planlaşdırmanın bir neçə səviyyələrində istifadə oluna bilərlər. Bu bölmədə biz qısa müddətli
planlaşdırma prosesinə aid olan və ən çox istifadə olunan alqoritmləri nəzərdən keçirəcəyik.