Mühazirə Giriş Əmək mühafizəsi əmək prosesində işçilərin təhlükəsizliyini təmin edən, suğlamlığını və işləmə qabiliyyətini quruyub saxlayan qanunvericilik aktlarıdan və ona uyğun olan ictimai-iqtisadi, gigiyenik


Avtomatlaşdırılmış hesaba alma sistemi



Yüklə 464,94 Kb.
səhifə19/42
tarix17.05.2023
ölçüsü464,94 Kb.
#114993
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   42
quliyev əməyin mühafizəsi

Avtomatlaşdırılmış hesaba alma sistemi. Bədbəxt hadisələrin hesab və tədqiqini aparmaq üçün avtomatlaşdırılmış (АСУ) idarə sistemlərindən və elektron hesablama (ЭВМ) maşınlarından istifadə edilir. Bu maşınlar travma haqqında olan müxtəlif məlumatların operativ işlənməsinin təşkili üçün geniş imkanlar yaradır.
Çoxlu sayda istehsalat amilləri və göstəricilərini elektron hesablama maşınların-da hesablanması və eyni vaxtda müqayisə edilməsi, əl ilə aparılan əməliyyatlara nis-bətən daha az əmək sərf edir. Avtomatlaşdırılmış sistemlərdə əməliyyat aparmaq üçün qabaqcadan onun xüsusi proqramı hazırlanır və həmin proqram maşının yaddaş blokuna verilir. Bu proqrama rayon, (T/T) üzrə bədbəxt hadisələrin paylanması, o cümlədən ölüm hadisəsi və başqa məlumatlar daxil edilir.
Travma haqqında kənd təsərrüfatı müəssisələrinin hesabatı. İstehsalatla əla-qədar bədbəxt hadisə zamanı zərər dəyən haqqında 7tb (9T) for-malı hesabat tərtib edilir.
Forma 7 tb-ə 4 sətr daxil edilir. 1-ci sətrdə təsərrüfatda işləyənlərin orta siyahı sayı, 2-ci sətrdə ölümlə nəticələnənlərin sayı, 3-cü sətrdə 1 gündən az olmayaraq iş günləri itirilmiş bədbəxt hadisələrin sayı, 4-cü sətrdə isə travma nəticəsində itirilmiş işə yararlı olmayan iş günlərinin sayı göstərilir.
Hesabatı təsərrüfatın rəhbəri, həmkarlar itifaqı komitəsi və baş mühasib imzala-yır.
Hesabat mərkəzi statistika idarəsinə və nazirliyə yaxud baş idarəyə göndərilir.

Mühazirə 7
ƏMƏK MÜHAFIZƏSININ HÜQUQI VƏ TƏŞKILATI
ƏSASLARI
1. Əmək mühafizəsi sahəsində qanunvericilik qanunvericilik akti.
Qanunvericilik aktı respublikanın ali dövlət hakimiyyəti orqanının normativ aktı-dır. (konstit-a, referendumla qəbul edilən aktlar qanunlar, fərmanlar, nazirlər kabineti qərarları, mərkəzi icra hakimiyyəti orqan normativ aktları və s).
Qanunlar aktı anlayışına nəinki, Milli Məclisin qanunları və digər normativ qə-rarları, həmdə Milli Məclisin normativ aktları daxil edilir. Bu aktların əsasında və ic-rasında hökümət qərarları və sərəncamları verilir.
Qanunlar aktı dövlətin hüquqi aktlar sistemində başlıca yer tutur.
Onların əsasında onlara müvafiq olaraq və tələblərinin icrasına görə digər qanun-vericiliklər, həmçinin nazirliklərin, baş idarələrin, yerli təşkilatların və onların icra-edici və sərəncamverici orqanlarının normativ aktları yaradılır.
Əməyin mühafizəsi müvafiq qanunvericilik aktları və digər normativ aktlar əsa-sında fəaliyyət göstərən sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyena və mü-alicə profilaktik tədbirləri və vasitələrin elə bir sistemidirki, əmək fəaliyyəti prosesin-də heyvandarların təhlükəsizliyini, sağlamlığını və iş qabiliyyətinin qorunmasını tə-min edir.
Əməyin mühafizəsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Kons-titusiyasından, Naxçıvan Muxtar Respublikasının Konstitusiyadan, Azərbaycan Res-publikasının və Naxçıvan Muxtar Respublikasının digər qanunvericilik aktlarından və bunlara müvafiq sürətdə qəbul edilən normativ aktlardan, Azərbaycan Respublika-sının təsdiqlədiyi beynəlxalq normativ hüquq aktlarından və dövtlətlərarası müqavilə-lərdən ibarətdir.
İşçilərin əməyinin mühafizəsi hüququ üçün başqa qanunvericilik aktlarında müəyyən edilmiş təlimatlar bu qanunda nəzərdə tutulmuş müvafiq təlimatlardan aşağı olmamalıdır. Bu qanuna zidd olan aktlar etibarsız sayılır.
Əməyin mühafizəsi üzrə qanunlar, standartlar, normalar, qaydalar, məlimatlar bütün müəssisələrin və təşkilatların, onların vəzifəli şəxsləri və işçiləri üçün məcburi-dir.
Əməyin mühafizəsi haqqında qanunvericiliyin qüvvəsi müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarına məxsus müəssisələr, idarələr və təşkilatlar ilə o, cümlədən ayrı-ayrı əmək münasibətlərində olan bütün işçilərə, koperativlərin üzvülərinə, istehsalat təcrübəsi keçən ali, orta ixtisas, texniki peşə və ümumtəhsil məktəblərinin tələbə və şagirdlərinə, müəssisələrdə işə qəbul edilən hərbi qulluqçulara, məhkəmənin hökmü ilə cəzaçəkən şəxslərə onların işlədiyi müəssisələrdə, (işlədiyi dövrdə) həmçinin cəmiyyətin və dövlətin mənafeyi naminə təşkil olunan əmək fəaliyyətinin digər növlərinin iştirakçılarına aid edilir.


Yüklə 464,94 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin