4. Əmək mühafizəsi işlərinin təhlil üsulları. İstehsalatda alınan əmək xəsarətlərinin səbəblərini ləğv etmək və bir daha təkrar olmaması üçün aşağıdakı təhlil üsullarından istifadə edilir.
1. Statistik üsul. Burada baş vermiş əmək xəsarətlərinə aid tərtib edilmiş (bəd-bəxt hadisə aktının, xəsarət alana vertilmiş tibbi arayış və s.) sənədlər mükəmməl sü-rətdə öyrənilir. Bu üsul istehsalatda baş verən xəsarətlərin törənmə səbəblərinin öyrə-nilməsi və onlarla mübarizə aparılması üçün əlverişli bir üsul olaraq son zamanlar daha geniş tətbiq edilir. Statistik üsulla təhlil apardıqda baş vermiş xəsarətlərin dina-mikası, hadisəyə uğrayanların ixtisası, icra etdikləri işin xarakteri, onların yaşı və s. bu kimi məlumatlar ətraflı öyrənilir və nəticədə bu hadisələrin ləğv edilməsi üçün düzgün vasitələr seçilməsinə imkan yaradır.
2. Müqaisəli üsul. Burada qabaqcadan aparılan tədqiqatla müəyyənləşdirilmiş əmək xəsarətlərinin uzun müddət ərzində baş verməsinin səbəbləri öyrənilir.
Bu üsulla bədbəxt hadisə və peşə ilə əlaqədar xəstəliklərin eyni şəraitdə eyni avadanlıqla törənməsi və təkrar olan bədbəxt hadisələrin baş vermə səbəbləri aydın-laşdırılır.
3. Topoqrafik üsul. Bu üsul ilə tədqiqat aparılarkən bədbəxt hadisə baş vermiş sahənin baş planında xüsusi işarə etmək yolu ilə bu sahələrin daha təhlükəli olması qabaqcadan müəyyən edilir.
4. Monoqrafik üsul. Bu üsul bədbəxt hadisələrin törənmə səbəblərini hər tərəfli öyrənir. Bunun üçün bədbəxt hadisə baş verən yerlərlə mükəmməl tanış olmaqla bə-rabər, obyektin hansı material və konstruksiyalardan tikilməsi, quraşdırılması, binala-rın bir-birinə nisbətən tutduqları sahə, onların arasındakı məsafə, həcm ölçüləri və s. bu kimi mühüm məlumatlar ətraflı öyrənilir, nəticədə bədbəxt hadisələrin ləğv edil-məsi üçün düzgün tədbirlər görülmüş olur.
Monoqrafik üsul ilə istehsalatda baş verən əmək xəsarətlərinin törənmə səbəblə-rinin öyrənilməsi yuxarıda qeyd edilən üsullara nisbətən ən dəqiq və əlverişli sayılır.
Buna görədə sənayedə və Kənd təsərrüfatında əmək xəsarətlərinin səbəblərinin öyrənilməsində və əmək mühafizəsi planını tərtib etdikdə bu üsuldan geniş istifadə edilir.
İstehsalatda olan texniki avadanlığa aid təhlil verilir və bu təhlil ilə avadanlığın tutduğu sahə, avadanlıqlar arasındakı keçidlər, istehsal edilən məmulatın və xamma-lın daşınması üçün yollar, istehsalatda tətbiq edilən avadanlıqların köhnə və təzəliyi, onların təmir edilmə qrafikləri və s. bu kimi məlumatlar müəyyənləşdirilir.
Təcrübələr göstərir ki, sənaye və Kənd təsərrüfatının ayrı-ayrı sahələrində təhlü-kəsizlik texnikası tədbirləri nə qədər çox və düzgün həyata keçerilərsə,əmək xəsarət-lərinin sayı bir qədər azalmış olar.
5. İqtisadi üsul. Burada əmək xəsarətləri nəticəsində dəyən zərər hesablanır. Bu üsul müəssisənin əmək mühafizəsi tədbirlərinə çəkdiyi xərclərin iqtisadi səmərəsini təyin etməyə imkan verir.
Nazirlər Kabinetinin qəbul etdiyi əsasnaməyə görə istehsalatla, istehsalatla əla-qədar olmayan və məişiətlə əlaqədar alınan xəsarətlər aşağıdakılardır:
1. Müəssisə rəhbərinin göstərişi ilə istehsalatla əlaqədar olan hər hansı tapşırılığı yerinə yetirərkən baş verən əmək xəsarətləri.
2. İstehsalat proseslərini icra edərkən baş verən əmək xəsarətləri.
3. Müəssisə yaxud ictimai təşkilat rəhbərlərinin tapşırığı ilə ictimai işləri yerinə yetirərkən baş verən əmək xəsarətləri.
4. Çalışdığı təşkilatda iş vaxtı dövlət əmlakını qoruyarkən, insanları təhlükədən xilas edərkən və b. vətəndaşlıq borcunu yerinə yetirərkən baş verən əmək xəsarətləri.
İstehsalatla əlaqədar olan xəsarətlər yaralanma, zədələnmə hallarından başqa ter-mik, elektrik, şüa və s. təsir nəticəsində alına bilər.
İstehsalatla əlaqədar olmayan xəsarətlər aşağıdakılardır.
1. İşə gedərkən və işdən qayıdarkən nəqliyyatda baş verən xəsarətlər.
2. İctimai tapşırıq və vəzifələri yerinə yetirərkən baş verən xəsarətlər.
3. Ezamiyyətdə olarkən orada alınan xəsarətlər. (əmək haqqı sığorta hes.öd).
Məişətlə əlaqdar olan xəsarətlər işdən sonra evdə və nəqliyyatda alınan xəsarət-lər hesab edilir.
Belə hallarda əmək haqqı xəstəlik vərəqəsi üzrə ödənilir.