MÜHAZİRƏ 15 Yüksəkmolekullu Birləşmələrin Məhlullarının Xüsusiyyətləri. Şişmə Həlməşik . Kolloid kimya kursunda dispers sistemlərlə yanaşı yüksəkmolekullu
birləşmələrin (YMB) məhlulları da öyrənilir. Bu sistemlər kolloid məhlullardan
prinsipial fərqlənir – onlar termodinamik davamlı həqiqi məhlullardır. Lakin
YMB məhlullarının çox mühüm bir əlaməti – həllolan maddə hissəciklərinin
ölçüləri onları kolloid sistemlərə yaxınlaşdırır. Məhz bu səbəbdən YMB
məhlulları .özlərinin optiki, elektrik və molekulyar-kinetik xassələrinə görə
kolloid məhlullara yaxındır.
YMB-ə nisbi molekul kütləsi 104-106 və daha yüksək olan təbii, sintetik
maddələr aid edilir. Sintetik polimerlər polidispers sistemlərdir, yəni onlar
müxtəlif ölçülü makromolekullardan ibarətdir. Ona görə də, belə polimerlərin
həqiqi deyil, orta molekul kütləsi təyin edilir. Makro-molekulların quruluş
xüsusiyyətlərindən asılı olaraq YMB amorf halın üç variantında ola bilir: kövrək-
şüşəvarı, elastik və özlü-axıcılıq.
YMB həm həqiqi, həm də kolloid məhlul əmələ gətirə bilir. YMB və
həlledicinin polyarlığı yaxın olduqda hərislik yüksək olur və həqiqi məhlul əmələ
gəlir (məsələn, kauçukun benzolda məhlulu). YMB və həlledicinin polyarlığı
kəskin fərqli olduqda zol əmələ gəlir.
Polimerlərin həll olması, adətən, şişmə prosesi ilə müşaiyət olunur.
Polimer həlledici ilə təmasda olduqda qarşılıqlı diffuziya başlayır. Nəticədə
polimerin həcmi və kütləsi artır, şişir.
Polimer müxtəlif həlledicilərdə şişmə qabiliyyəti şişmə dərəcəsi (α) ilə ölçülür.
α =
𝑚−𝑚
0
𝑚
0
və ya α =
𝑉−𝑉
0
𝑉
0
Burada: m
0
və m polimerin ilkin və şişdikdən sonrakı kütləsi;
V
0
və V müvafiq həcmləridir.
Polimerlərin quruluşundan və temperaturdan asılı olaraq şişmə məhdud və
qeyri-məhdud olur.
Polimerin kütləsinə əsasən hesablanməş şişmə dərəcəsi daha dəqiqdir.,
çünki bu halda ölçmənin nəticələri kontraksiya hadisəsindən asılı
deyildir. Bu hadisənin mahiyyəti ondan ibrətdir ki, iki maye qarışığının
həcmi onların həcmlərinin cəmindən fərqlidir.
Polimerin quruluşu və tempraturdan asılı olaraq şişmə məhdud və
qeyri məhdud ola bilər. Məhdud şişmə zamanı şişmə dərəcəsi
maksimal qiymətə çatır, sonra isə şişməsi zamandan asılı olmur