Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən



Yüklə 327,08 Kb.
səhifə43/47
tarix14.12.2023
ölçüsü327,08 Kb.
#178071
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   47
Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürə-www.fayllar.org

Emulsiyalar. Bu sistemlərdə bir maye fazanın kolloid ölçülü hissə-cikləri
damcıcıqlar şəklində başqa bir maye fazada paylanmış olur. Emul siya əmələ
gətirən mayelər bir-birində çox pis həll olmalıdır. Emulsiyalarda dispers faza
hissəciklərinin ölçüləri 10
-5
-10
-7
m intervalında olur.
Şəraitdən asılı olaraq emulsiyanı əmələ gətirən mayelərdən hər biri dispers
fazanı və ya dispersion mühiti təşkil edə bilər. Məsələn, suyun (S) üzvi maye ilə
- yağ, benzol və s. (Y) emulsiyasının iki tipini fərqləndirmək lazımdır. Üzvi
maddələrin suda emulsiy aları (Y/S) I növ emulsiyalar, suyun üzvi mayelərdə
emulsiyaları (S/Y) isə II növ emulsiyalar adlanır.
Emulsiyaların davamlılığını artırmaq üçün onlara fazalar sərhəddində
adsorbsiya olunacaq səthi gərilməni azaldan maddələr – emulqatorlar əlavə
olunur. Emulqator kimi həllolan SAM və YMB –dən, həmçinin, həllolmayan
tozşəkilli bərk maddələrdən istifadə edilir.
Emulqatorun stabilləşdirici təsirinin mexanizmi müxtəlif ola bilər. Lakin
əksər hallarda bu təsir Bankroft qaydasına tabe olur: hidrofil emulqatorlar
(suda yağa nisbətən yaxşı həll olan) I növ emulsiyaları, hidrofob
emulqatorlar isə II növ emulsiyaları stabilləşdirir. Əksər emul siyaların
spesifik xüsusiyyəti ondan ibarətdir ki, onlarda :
Y/C
⇆C/Y (və ya I növ ⇆ II növ)
tipli qarşılıqlı keçidlər mümkündür. Bu proses fazaların çevrilməsi adlanır.
Onu həyata keçirmək üçün verilmiş emulsiyaya əks-tip emulsiyanı
stabilləşdirən emulqator daxil edilir. Emulsiyaların bioloji əhə miyyəti olduqca
böyükdür. Orqanizmin yağı həzm etməsi, onun ödün təsiri ilə emulqasiyasına
əsaslanır.
Köpüklər – dispers fazası qaz qabarcıqlarından dispersion mühiti isə
maye fazadan ibarət olan yüksək qatılıqlı heterogen sistemlərdir. Öz quruluşuna
görə köpüklər çox qatı emulsiyaları xatırladır, lakin onlara nisbətən çox-çox
davamsızdır.
Köpüklərdə qaz qabarcıqlarının ölçüləri millimetrlər, bəzən isə hətta
santimetrlər tərtibində olur.
Köpükləri almaq üçün dispersləşdirmə üsullarından geniş istifadə olunur:
mayeni müəyyən qaz mühitində çalxalamaqla və ya məsaməli filtrdən onun
içərisinə qaz üfürməklə köpük alınır.
Davamlı köpük almaq üçün stabilizatorlardan – köpükəmələgəticilərdən
istifadə olunur. Köpükəmələgətiricilər iki qrupa bölünür:
1. I növ köpükəmələgəticilər–bunlara spirtlər, kiçik molekullu üzvi
turşular aid edilir;
2. II növ köpükəmələgəticilər – bu qrupa sabunlar, SAM məhlulları
daxildir.
I növ köpükəmələgəticilər vasitəsilə alınan köpüklər nisbətən davamsız,
II növ köpükəmələgəticilərlə alınanlar isə davamlı olur.



Mayenin özlülüyünün artması ilə köpüyün davamlılığı artır.


Temperaturun artması ilə köpüyün stabilliyi azalır, çünki bu zaman stabili
zatorun adsorbsiyası və özlülük azalır. Köpüklər və köpükəmələgətirmə
mühüm praktiki əhəmiyyət kəsb edir. Səthin çirkdən təmizlənməsində
(yuyulma prosesi), flotasiyada, yanğınsöndürmədə davamlı köpüklər mühüm
rol oynayır. Bir sıra istehsal proseslərinin sürətləndirilməsində, yeyinti
sənayesində, şərabçılıqda, kosmetikada, əzcaçılıq sənayesində və s.-də
köpükəmələgəlmədən geniş istifadə edilir.
Bir sıra hallarda köpükəmələgətirmə arzuolunmaz olur. Məsələn,
köpüklər mayenin qarışdırılmasına və buxarlandırılmasına, çirkli axıntı
sularının köpüklənməsi su hövzələrinin səthini örtüb, suyun oksigenlə
doymasına mane olur.

Yüklə 327,08 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin