5.Tərbiyə fəlsəfəsi.
Tərbiyə fəlsəfəsinin əsas mahiyyəti insan məişətinin ümumi problemləri fonunda tərbiyəvi rellığın təhlili və tərbiyənin pedaqoji nəzəriyyələrinin başa düşülməsindən ibarətdir. Tərbiyə fəlsəfəsi “tərbiyə” anlayışını və onun mahiyyətini izah edir, tərbiyə məqsədlərini tarixi planda təhlil edir, müxtəlif fəlsəfi sistemlərdə dəyərlərin qoyuluşuna nəzər salır, cəmiyyətin inkişafı və tərbiyə arasında əlaqəni üzə çıxarır.
Bu fənn çərçivəsində fəlsəfi fikrin inkişafı ilə pedaqoji konsepsiyaların yaranması arasında qarşılıqlı əlaqə; fəlsəfi pedaqoji təfəkkürün inkişafı, pedaqoji dəyərlərin yenidən dərki.
Tərbiyə fəlsəfəsi məsələlərini tədqiq edən alimlər mənəvi-əxlaqi problemlərə, sürətlə dəyişən dünyada onların mahiyyətinə daha çox diqqət yetirirlər.
Suallar və tapşırıqlar
Nə üçün tərbiyə insanın həyatı boyu davam edir?
İctimai tərbiyə ilə ailə tərbiyəsinin nisbəti haqqında nə deyə bilərsiniz?
VII mühazirə
Tərbiyə prosesinin metodik əsasları
Plan.
Tərbiyənin əsas qanunauyğunluqları və prinsipləri.
Tərbiyənin məzmunu, metodları və təşkilat formaları.
Ədəbiyyat siyahısı
Kazımov N. Ali məktəb pedaqogikası, Bakı, 2006.
Ali məktəb pedaqogikası üzrə mühazirə materialları. Bakı, 2016.
Rüstəmov F., Dadaşova T. Ali məktəb pedaqogikası (Magistratura pilləsi üçün dərslik). Bakı, “Nurlan”, 2007, 568 səh.
Osman Əfəndi. Ali məktəb pedaqogikası üzrə mühazirələr. Bakı, 2010.
Tərbiyə qanunauyğunluqları ̶ tərbiyə prosesinin gedişini, istiqamətini və səmərəliliyini müəyyən edən sabit əlaqələndir.
Ali məktəbdə tərbiyə prosesinin qanunauyğunluqlarına bunları daxil etmək olar :
Tərbiyənin istiqaməti, onun məqsədi, məzmunu əxlaqi-estetik dəyərləri həmişə hakim dairələr tərəfindən müəyyən edilir.
Tərbiyə tələbələrin təlimi ilə üzvi surətdə bağlıdır. Ancaq tərbiyə prosesi təlim vəzifələrini təkrarlamır.
Ali məktəbdə tərbiyə peşəyə istiqamətlənmiş olur.
Tərbiyə prosesində tələbənin şəxsiyyətinə kompleks yanaşma tətbiq edilir.
Tərbiyə optimist istiqamətli olub, tələbənin müsbət imkanlarına əsaslanır.
Tərbiyə prosesində verbal və qeyri-verbal formalara, təsir metodlarına eyni dərəcədə əsaslanarsa, tələbə şəxsiyyətinin tərbiyəsi daha səmərəli olar.
Tərbiyənin qanunauyğunluqları əsasında tərbiyə prinsipləri formalaşır. Qanunauyğunluqlar istənilən pedaqoqun pedoqoji fəaliyyətinin səmərəliliyini artırır. Prinsiplərə gəldikdə isə, hər bir pedaqoq prinsiplərə əsaslanaraq konkret zaman daxilində özünün aparıcı ideyalar sistemini yuaradır. Beləliklə, qanunauyğunluqlar və prinsiplər çox yaxın olsalar da ayrı-ayrı pedoqoji kateqoriyalardır.
Tərbiyə prinsipləri ̶ tələbələrin tərbiyə prosesini, onun istiqamətini, məzmununu, metodlarını, vasitə və formalarını müəyyən edən əsas qaydalar, ideyalardır.
Tərbiyə prinsipləri ̶ tələbənin tərbiyə prosesi subyektlərinin ̶ pedaqoq və müəllimlərin mövqelrinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Tərbiyə prinsiplərinin təsnifatında vahidlik yoxdur. Fikrimizcə, ali məktəbdə tərbiyə prosesində daha çox tətbiq olunan prinsiplər bunlardır:
Tərbiyə prosesinin məqsədyönlü olması.
Tərbiyənin milli dəyərlərə əsaslanması.
Şəxsi və ictimai maraqların ahəngdarlığı.
Tərbiyənin həyatla, cəmiyyətin sosial-mədəni inkişafı ilə əlaqələndirilməsi.
Tələbə şəxsiyətinə hörmət və tələbkarlıq.
Tələbə şəxsiyyətinin kollektivdə tərbiyəsi.
Tələbənin fərdi xüsusiyyətlərinin nəzərə alınması.
Tərbiyədə nikbinlik prinsipi.
Dostları ilə paylaş: |