Pedoqoji tələb. Orta məktəbdən fərqli olaraq ali məktəbdə geniş istifadə olunmur. Lakin davranış və hərəkətdə, bir-biri ilə, digər insanlarla münasibətdə hər hansı pozuntular əmələ gələ bilir. Bu zaman istifadə olunan pedoqoji tələb metodu situmullaşdırıcı və ya tormozlayıcı-ləngidici rol oynaya bilər. Pedoqoji tələblər birbaşa ̶ göstəriş, əmr şəklində və dolayı ̶ təlimat, məsləhət, xahiş şəklində verilə bilər.
İctimai rəy.Tələbə kollektivinin fəaliyyətinə əsaslanan metoddur. Kollektivin tələbə şəxsiyyətinə təsir metodudur. İctimai rəy konkret tələbə kollektivində kollegial şəkildə formalaşmış tələblər halında mövcuddur. Başqa tələbə kollektivləri üçün bu tələblər əhəmiyyətli təsir göstərməyə bilər.
Nümunə. Ailə tərbiyəsində şah metod olan nümunə ali məktəbdə də istifadə olunur. Bu metod çox vaxt tələbələrin peşə ustalığına yiyələndirilməsi üçün istifadə olunur. Tələbələr özlərinə nümunə götürdükləri pedaqoqun ayrı-ayrı xüsusiyyətlərini, daxili mənəvi keyfiyyətlərini, bəzən xarici maneralarını əxz edirlər
Vəzifə və tapşırıq vermək.Vəzifə və tapşırıqlar fərdi və qruplarla, həmçinin müvəqqəti və daimi ola bilər. Məzmununa görə vəzifələr təşkilati (seçkili), təhsil, elmi, ictimai, əxlaqi-etik, idman və s. ola bilir. Vəzifə və tapşırıqlara müəyyən tələblər verilir:
ictimai əhəmiyyət daşımalıdır;
konkret və aydın olmalıdır;
tələbələrin maraqları, imkanları və ictimai təlabatları nəzərə alınmalıdır;
tədricən çətinləşdirilməlidir;
epizodik deyil, ardıcıl-sistematik xarakter daşımalıdır.
Çalışmalar.Davranış və hərəkətlərin dəfələrlə təkrarına əsaslanır. Əsas məqsədi tələbələrdə mədəni davranış, vərdiş və adətləri, əxlaqi-etik keyfiyyətləri formalaşdırmaqdır.
Yarışlar. Bu metod sovet pedoqogikasında dostluq, qarşılıqlı yardım, kollektiv maraqlarına xidmət məqsədi daşıyırdı. Müasir dövrdə rəqabətqabilli şəxsiyyət anlayışından çıxış edərək eqoistik səy – nəyin bahasına olursa olsun uğur qazanmaq önə çəkilir. Bu da Bazar iqtisadiyyatının tərbiyəyə verdiyi “tövhə” dir. Təsadüfi deyildir ki, indi yarış ̶ savaş deməkdir.
Hər halda, ağıllı pedaqoqlar yarışdan bir sıra pedoqoji vəzifələrin həlli üçün istifadə edə bilirlər:
əməkdə, idmanda, bədii yaradıcılıqda və s. daha yüksək nəticələr qazanmaq;
tələbələr və ya tələbə qrupları arasında yaradıcı əməkdaşlığın inkişafı;
sahibkarlığın, şəxsi təşəbbüs və fəallığın formalaşdırılması;