Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"


Ali məktəbdə pedaqoji fəaliyyət və onun səmərəli təşkili



Yüklə 112,78 Kb.
səhifə39/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   43
Ali mək.ped. mühazirələr

Ali məktəbdə pedaqoji fəaliyyət və onun səmərəli təşkili

Bakalvriat səviyyəsində öyrəndiyiniz ümumi pedaqogika kursundan məlumdur ki, öyrənmə prosesi kortəbii və düzənli ̶ xüsusi olaraq təşkil edilmiş formada olur. Mütəşəkkil pedaqoji prosesdə öyrədən tərəfin özünü də şərti olaraq iki yerə bölmək olar: peşəkar pedaqoji fəaliyyət göstərənlər və qeyri-peşəkar pedaqoji fəaliyyət göstərənlər.
Qeyri-peşəkar pedaqoji fəaliyyət, demək olar ki, hamıya aid ola bilər. Onlar xüsusi pedaqoji təhsil almamışlar. Valideyinlər, qohumlar, ictimai təşkilatlar, jurnalistlər və s. bu rolda çıxış edə bilirlər.
Peşəkar pedaqoji fəaliyyət isə xüsusi pedaqoji təhsil görmüş, müəyyən hazırlığa malik insanlara aiddir. Pedaqoq məsələləri peşəkar səviyyədə yerinə yetirir. Yəni o, fəaliyyəti zamanı biliklər sisteminə, qaydalara, üsullara əsaslanır. O, pedaqoji yanaşmaları planlaşdıra bilir, daha gərəkli vasitələri seçir, pedaqoji situasiyaları və öz fəaliyyətinin səmərəliliyini təhlil edə bilir.
Pedaqoji fəaliyyət ̶ gələcək müəllimlərin şəxsiyyətinin formalaşmasına, onların peşə hazırlığına yönəlmiş fəaliyyətdir.
Pedaqoji fəaliyyətin funksiyalarına daxildir:

  • planlaşdırma – layihə funksiyası;

  • tərbiyəedici – inkişafetdirici funksiya;

  • öyrədici funksiya;

  • təşkilatçılıq funksiyası;

  • kommunikativlik funksiyası;

  • diaqnostik funksiya;

  • sosial funksiya;

  • peşə funksiyası;

  • analitik funksiya.

Planlaşdırma – layihə funksiyası fəaliyyətin başlanması deməkdir. Əvvələcə, obyektin vəziyyəti, ilkin halı öyrənilir. Sonra pedaqoji proses iştirakçılarının imkanları müəyyən edilir. Müəllim tədris proqramı, təqvim-tematik planı, sillabus, tərbiyə və elmi tədqiqat planı hazırlayır.
Tərbiyəedici-inkişafetdirici funksiya və öyrədici funksiya pedaqoji fəaliyyətin nüvəsi olub, qarşılıqlı əlaqədədirlər. Ali məktəb müəllimləri tələbələrin əsas bilik və bacarıq mənbəyidirlər. Buna görə də, müəllimləri işə qəbul edərkən, onların attestasiyası, elmi adların verilməsi zamanı hər birinin peşəkar hazırlığı, əsas ixtisas fənləri və onların tədrisi metodikaları barədə bilik və bacarıqlarının səviyyələri əsas götürülür.
Təşkilatçılıq funksiyası müəllimin tələbələrlə, həmkarları ilə, başqa insanlarla müxtəlif məsələlərin həlli zamanı ortaya qoyduğu təşkilatçılıq fəaliyyəti zamanı üzə çıxır. Müəllimin bilikləri və təşkilatçılıq qabiliyyətləri tələbələrin aktivliyinin yüksəldilməsi problemlərini operativ şəkildə həll etməyə imkan verir.
Diaqnostik funksiya. Tələbələrin inkişaf səviyyəsi, tərbiyəliliyi təhsil səviyyəsinin öyrənilməsi zamanı reallaşdırılır. Diaqnostika zamanı müşahidə, fəaliyyət məhsullarının təhlili, test və s. üsullardan istifadə olunur.
Analitik funksiya ̶ hər hansı növ pedoqoji fəaliyyətin əsasını təşkil edir. Həmkarlarının iş təcrübəsini, tələbələrin təhsil səviyyəsi, tərbiyəliliyi, inkişaf səviyyəsini təhlil etmədən elmi cəhətdən əsaslandırılmış diaqnostika, uğur və çatışmazlığın düzgün müəyyən edilməsi, keçmiş uğursuzluqların düzəldilməsi və yeni vəzifələr qoyulması mümkün deyildir.
Sosial funksiya ̶ yaşlı nəslin sosial baxımdan qiymətli təcrübəsini öyrənmək, tələbələri ailə həyatına, həyatda müxtəlif sosial rollar yerinə yetirməyə hazırlamaqla bağlıdır.
Peşəkarlıq funksiyası - tələbələri pedoqoji fəaliyyətə hazırlayır. Məlum olduğu kimi, peşə hazırlığı məsələləri ali məktəbin bütün fəaliyyəti boyu davam edir. Amma çox zaman ali məktəblərdə biliklər verilməsi əsas götürülüb, gələcək mütəxəssislərin peşə hazırlığı problemləri ikinci plana keçir. Peşəkarlıq funksiyasının tətbiqi bu çatışmazlığı aradan qaldırmaq işində çox əhəmiyyətlidir.
Ali məktəb müəllimin pedaqoji fəaliyyətinin əsas xüsusiyyətlərinə daxildir:

  1. Pedaqoji fəaliyyətin məqsədi cəmiyyət tərəfdən müəyyən edildiyindən standartdır. Bu ümumi məqsədi əsas götürərək müəllim konkret vəzifələr irəli sürür, müstəqil olaraq məzmunu, forma və metodları seçir. Bu da onun fəaliyyətinə qeyri-standart, yaradıcı xarakter verir.

  2. Pedaqoji əməyin obyekti, eyni zamanda da subyekti təkrarolunmaz fərdi xüsusiyyətlərə malik tələbədir. Təhsil müddətində o, sürətlə inkişaf edir, təkmilləşir. Bu dəyişmələr pedaqoqdan da daimi inkişaf, innovativ axtarıcılıq tələb edir.

  3. Müəllim ̶ tələbə münasibətləri qarşılıqlı olsa da, ağıllı pedaqoq bu günkü tələbə ilə münasibətlərini gələcək üçün nizamlayır.

  4. Pedaqoji fəaliyyətin nəticəsi peşəkarcasına hazırlanmış gənc mütəxəssisdir. Bu, təkcə təhsilin daha yüksək səviyyəsi deyil, həm də yeni keyfiyyətlər qazanmış insan, yeni təfəkkürə malik, pedaqoji fəaliyyətə hazır olan mütəxəssisdir.

  5. Pedaqoji fəaliyyətin əsas tipləri bunlardır:

  • reproduktiv;

  • local- modelləşdirici;

  • yaradıcı-innovativ.

Ali təhsil müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və istifadəsinə verilən, eləcə də qanunvericilikdə qadağan olunmayan və nizamnaməsində öz əksini tapan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.
Dövlət ali təhsil məktəbinin maliyyələşməsi təhsilin hər səviyyəsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsil müəssəsinin növünə və kateqoriyasına uyğun olaraq “Ali təhsil müəssəsilərində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqındaq NK-nin 2010-cu il 25 iyun və daha sonrakı qərarlarına əsasən müəyyən edilir.




  1. Yüklə 112,78 Kb.

    Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin