Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"


Ali məktəbin idarəedilməsi və özünüidarələr. Ali məktəbə rəhbərlik



Yüklə 112,78 Kb.
səhifə40/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   43
Ali mək.ped. mühazirələr

Ali məktəbin idarəedilməsi və özünüidarələr. Ali məktəbə rəhbərlik.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu”na əsasən ali təhsilin üç səviyyəsi vardır: bakalavriat, magistratura, doktornatura.


Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının təlbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir.
Bakalavriat təhsili tam orta təhsil və orta ixtisas təhsili proqramları üzrə mütəxəssislər hazırlayır və başa çatmış ali təhsildir.
Magistratura təhsili ixtisaslaşmlar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur.
Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla, elmi kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir. Doktorantura təhsili dissertasiya şuralarının vəsadəti əsasında “Elm haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq elmi dərəcə verilməsi ilə yekunlaşır. Elmi dərəcələr bunlardır:

  • fəlsəfə doktoru (elm sahələri göstərilməklə);

  • elmlər doktoru (elm sahələri göstərilməklə).

Təhsil qanunvericiliyinə əsasən ali təhsil müəssisələrinin növləri bunlardır:

  • universitetlər – ali təhsilin bütün səviyyələri üzrə mütəxəssis hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən fundamental və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir;

  • akademiyalar – müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarını həyata keçirən fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir;

  • konservatoriyalar – musiqi sahəsi üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsidir;

  • institutlar – müstəqil və ya universittelərin struktur bölməsi olaraq konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsidir.

Mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələri vardır.
Ali təhsil müəssisələri “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa və “Ali təhsil müəssisəsinin Nizamnaməsi”nə uyğun olaraq hazırlanan Nizamnaməsi əsasında fəaliyyət göstərir. Hər bir ali təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Təhsil Nazirliyindən xüsusi razılıq (lisenziya) almalıdır.
Ali məktəbin tədris, elmi və digər bölmələrinin fəaliyyəti, onların hüquq və vəzifələri, həmçinin idarəetmə və rəhbərlik sistemi onun Nizamnaməsi ilə müəyyən olunur.
Ali məktəbdə idarəedici və idarəolunan yarımsistemlər olur. İdarəedici yarımsistem aparıcı olmaqla ali məktəb rəhbərliyini, struktur yarımbölmələrinin rəhbərlərini, kollegial orqanları, professor- müəllim heyətini, qismən də xidmət heyətini əhatə edir. İdarəolunan yarımsistemə tələbələr, onların ictimai və peşə birlikləri, həmçinin xidmət heyəti daxildir.
Ali məktəbin idarəedilməsinin əsas mənası ali məktəbin inzibati heyətinin, kollegial orqanlarının təlim-tərbiyə prosesində, mütəxəssislərin peşə hazırlığında optimal nəticə almaq üçün struktur yarımbölmələrinə, professor-müəllim heyətinə, tələbələrə məqsədyönlü təsir göstərməkdir.

Yüklə 112,78 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin