İdarəetmə - ali məktəbdə tədris, tərbiyə, elmi, metodiik, təşkilati, peşə, təsərrüfat proses və münasibətlərinin şüurlu şəkildə nizamlanması deməkdir.
İnzibati-adminstrativ heyətə, ali məktəbin əsas səviyyəsində ̶ rektor, prorektorlar, idarə və şöbə işçiləri; fakültələr səviyyəsində ̶ dekan, onun müavinləri, dekanlığın işçiləri daxildir.
Kollegial orqanlara daxildir: rektorluq, ali məktəbin elmi şurası, fakültə elmi şuraları, metodik şuralar. Kollegial orqanlar perspektiv və cari iş planlarını təsdiq edir; bölmələrin (fakültə, kafedra, laboratoriya, idarə, şöbələrin) hesabatlarını dinləyir; elmi, tədris. peşə sahəsində problemli müzakirə edir, kadr məsələləri ilə məşğul olur və s.
Ali məktəbin fakültəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada bu vəzifəyə seçilmiş dekan rəhbərlik edir.
Kafedra ̶ ali məktəbin əsas tədris və elmi bölməsidir. O, bir və bir neçə yaxın fənlər üzrə tədris, metodiki, elmi-tədqiqat, elmi pedaqoji və elmi işçilərin hazırlanması, yenidən hazırlanması, ixtisasının artırılması işlərini həyata keçirir.
Kafedra öz iş planı əsasında fəaliyyət göstərir. Hər ay keçirilən kafedra iclaslarında təlim-tərbiyə prosesinin gedişi, elmi və metodiki işlər müzakirə olunur, müəllimlərin hesabatları dinlənilir, təqvim-tematik planlar, tədris proqramları, dissertasiya mövzuları, dərsliklər, metodiki vəsaitlər təsdiq olunur. Kafedralara dekanlıqlar tərəfindən rəhbərlik edilir.
Suallar və tapşırıqlar Ali məktəblərdə tyutor xidməti nə deməkdir?
Ali məktəblərə qəbul qaydaları sizə tapşırılsa, necə aparardınız? İzah edin
İmtahan sualları XX əsr təhsil əsri kimi.
Təhsilin tarixi formaları.
“Təhsil” anlayışı haqqında ümumi məlumat.
Qədim Yunanıstanda təhsil.
Qədim Çində və Hindistanda təhsil.
Orta əsrlərdə Azərbaycanda təhsil mərkəzləri.
Orta əsrlərdə Azərbaycanda təhsil müddəti və səviyyəsi.
Orta əsrlərdə Azərbaycan məktəblərində dərs ili.
Orta əsrlərdə Azərbaycanda dərslər və dərsliklər.
İntibah dövründə Qərb mədəniyyəti və təhsili.
Sovet təhsil sistemi.
Təhsilin cəmiyyətdə əsas vəzifələri.
Ali məktəb pedaqogikası haqqında ümumi məlumat.
Ali məktəb pedaqogikasının əsas kateqoriyaları.
Ali məktəb pedaqogikasının vəzifələri.
Ali məktəb pedaqogikasının sahələri.
Ali məktəb pedaqogikasının metodoloji qaydaları.
Ali məktəb pedaqogikasının xüsusiyyətləri.
Elmi – pedaqoji araşdırma metodlarına verilən tələblər.
Nəzəri tədqiqat metodları.
Eksperimental tədqiqat metodları.
Empirik tədqiqat metodları.
Pedaqoji tədqiqatların mərhələləri.
Ali məktəb pedaqogikasının funksiyaları.
Ali məktəb pedaqogikası bir elm və bir təlim fənni kimi.ı
Ali məktəbdə vahid pedaqoji proses.
Ali məktəbdə pedaqoji prosesin səmərəliliyinə təsir edən amillər.
Pedaqoji prosesin qanunauyğunluqları.
Pedaqoji prosesin mərhələləri.
Ali məktəbin didaktik sistemi.
Didaktika haqqında ümumi məlumat.
Ali məktəb təliminin məqsədi.
Ali məktəbdə peşə təhsilinin vəzifələri.
Ali məktəbdə təhsil sənədləri.
Azərbaycanda təhsil islahatlarını şərtləndirən amillər.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
“Ali məktəbin” Nümunəvi Nizamnaməsi.
Ali təhsilin dövlət standartları
Ali təhsilin formaları.
Ali məktəbdə kadr hazırlığı səviyyələri.
Təhsil proqramları haqqında ümumi məlumat.
Bakalavriat səviyyəsi üzrə Təhsil proqramlarının strukturu .
Magistr səviyyəsi üzrə təhsil proqramlarının strukturu..
Ali məktəblərin tədris – metodik sənədləri.
Ali məktəblərdə tədrisin kredit sistemi üzrə təşkili.
Ali məktəblərdə tədris işinin növləri.
Ali məktəblərdə təlim prosesinin mərhələləri.
Ali məktəblərdə təlim prosesinin funksiyaları
Ali məktəblərdə pedaqoqun fəaliyyət sahələri daxil olan işlər.
Ali məktəbdə tələbələrin öyrənmə fəaliyyətinin formaları.
Ali məktəblərdə təlimin qanunauyğunluqları.
Ali məktəblərdə təlim prinsipləri haqqında ümumi məlumat.
Təlimdə tarixilik prinsipi.
Təlimdə elmilik prinsipi.
Təlimdə sistematiklik və ardıcıllıq prinsipi.
Təlimdə nəzəriyyə və praktikanın əlaqəsi prinsipi.
Təlimdə əyanilik və obrazlılıq prinsipi.
Tələbələrin şüurluluğu və fəallığı prinsipi.
Müəllim və tələbələrin qarşılıqlı əlaqəsi prinsipi.
Tələbələrin müstəqilliyinin təlim – idrak fəaliyyəti ilə əlaqələndirilməsi prinsipi.
Təlimin peşə istiqamətliliyi prinsipi.
Təlim metodları və vasitələri haqqında ümumi məlumat.
Təlim metodlarının təsnifat müxtəlifliyi.
Prof. N.Kazımov təlim metodları haqqında.
Təlim metodlarının bilik mənbələrinə görə təsnifatı.
İdraki fəaliyyət növünə görə təlim metodları.
Təlim metodlarının L.Yovayşa təsnifatı.
Ali məktəbdə təlim metodlarının müasir təsnifatı.
Təlimin nəzəri – informativ metodları.
Müəllimin şifahi şərhi metodu.
Müşahidə metodu və onun növləri.
Təlimdə diskussiya metodu.
Təlimdə “briqada” metodu.
Təlimdə məsləhətləşmə metodu.
Audiovideo demonstrasiya metodu.
Təlimin praktik əməliyyat metodları haqqında anlayış.
Təlimdə alqoritm və “Mənim kimi et” metodları.
Məsələ həlli metodu.
Təcrübə metodu.
Təlimdə didaktik oyunlar metodu.
Təlimin axtarıcılıq – yaradıcılıq metodları haqqında ümumi məlumat.
Təlimdə müşahidə metodu.
Təlimdə eksperiment metodu.
Təlimdə “beyin hücumu” metodu.
“Akvarium” və “labirint” metodları.
Tələbələrin müstəqil işləri haqqında ümumi məlumat.
Dərslik və tədris ədəbiyyatı üzərində müstəqil iş metodu.
Ekspertiza metodu.
Nəzarət – qiymətləndirmə metodları.
Ali məktəbdə təlim – tərbiyə prosesi haqqında ümumi məlumat.
Təlim fəaliyyətinin qrupları.
Təlimin təşkilinin mühazirə forması.
Mühazirə tipləri.
Mühazirənin səmərəli təşkilinə təsir edən amillər.
Seminar məşğələləri və onun tipləri.
Seminar məşğələlərinin funksiyaları və səmərəlilik göstəriciləri.
Kurs və diplom işləri.
Laborator və praktik məşğələlər.
Ali məktəbdə pedaqoji təcrübələr.
Pedaqoji təcrübələrin növləri və məqsədləri.
Pedaqoji ali məktəblərdə tərbiyənin mahiyyəti.
Tələbələrin tərbiyəsinin konseptual əsasları
Gələcək müəllimin mənəvi - əxlaqi keyfiyyətləri.
Tərbiyə fəlsəfəsi.
Ali məktəblərdə tərbiyə prosesinin qanunauyğunluqları.
Tərbiyə prinsipləri haqqında məlumat.
Ali məktəbdə tərbiyənin məzmunu.
Ali məktəbdə tərbiyə prosesinin təşkilinin əsas istiqamətləri.
Tərbiyə metodları və vasitələri haqqında ümumi məlumat.
Tərbiyədə izahetmə və inandırma metodları.
Tələbənin fikrini dəyişmə və məsləhət metodları.
Tərbiyədə pedaqoji tələb metodu.
Tərbiyədə nümunənin rolu.
Tərbiyədə vəzifə və tapşırıqlar vermə metodu.
Tərbiyədə yarışmalar metodu.
Tərbiyədə stimullaşdırma metodları.
Tərbiyə prosesinin formaları.
Ali təhsilin səviyyələri.
Ali təhsil müəssisələrinin növləri.
Ali məktəblərin təşkili qaydaları.
Ali məktəblərin idarə edilməsi.
Ali məktəblərdə kollegial orqanların fəaliyyəti.
Ali məktəblərdə pedaqoji fəaliyyət və onun funksiyaları.
Ali məktəb müəlliminin pedaqoji fəaliyyətinin əsas xüsusiyyətləri.