Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"



Yüklə 112,78 Kb.
səhifə42/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   43
Ali mək.ped. mühazirələr

Suallar və tapşırıqlar

  1. Nə üçün pedaqoji proses insan həyatının əsas mədəni faktoru sayılmalıdır?

  2. “Tərbiyə”, “təhsil”, “təlim”. Müasir cəmiyyət üçün bu anlayışlardan hansı daha pioritetdir? Niyə?

  1. “Ali təhsil” və “Təhsilin aliliyi” ifadələrinin fərqi nədir?

  2. Ensiklopedik bilik yaxşıdır, dar ixtisas bilikləri?

  3. Verilmiş mövzulardan biri üzrə eksperimental için metodikasını hazırlayın.

  • Müstəqil işlərin səmərəlilik şərtləri.

  • İnteraktiv təlimin üstünlükləri.

  • Tərbiyədə xalq oyunlarından istifadənin əhəmiyyəti.

  • İdraki fəallığın inkişafında tapmacalardan istifdaə yolları.

  1. Pedaqoji prosesin tərəflərini xarakterizə edin.

  2. “Pedaqoji fikirlər”, “pedaqoji görüşlər” və “pedaqoji ideyalar” anlayışlarının mahiyyətini izah edin.

  3. Ali məktəbdə təlim – tərbiyə prosesinin orta məktəbdən fərqli xüsusiyyətləri hansılardır?

  4. Ali məktəbdə müəllimin fəaliyyətinin mərhələlərini xarakterizə edin.

  5. Ali məktəbdə tələbələrin öyrənmə faəliyyətinin formaları hansılardır?

  6. Təlimin qanunauyğunluqların öyrənməyin əhəmiyyətini izah edin.

  7. Təlim prinsiplərinin səmərəli tətbiqi nə deməkdir?

  8. Nə üçün ali məktəb pedaqogikasında “Təlimin fərdiləşdirilməsi” prinsipi yoxdur?

  9. Təlim metodunun, həm də təlim priyomu və ya təlimin təşkili forması kimi çıxış etməsi nədən asılıdır? Sübut edin.

  10. Gələcəkdə tərtib edəcəyiniz “Ali məktəb pedaqogikası” dərsliyinə hansı təlim metodlarını daxil edərdiniz? Əsaslandırın.

  11. Nə üçün təlim prosesində müəllimin nitqini heç bir metodla əvəz etmək olmaz?

  12. Ali məktəbdə təlimin təşkili formaları orta ümumtəhsil məktəbindən nə ilə fərqlənir?

  13. Sizcə, ali məktəbdə təlimin nəzəri, yaxud praktik təşkili formalarına üstünlük verilməlidir? Niyə?

  14. Sizə, nə üçün NMİ – də mühazirənin, adətən bir tipindən – klassik mühazirədən istifadə edilir?

  15. Ali məktəblərdə xüsusi kursların mahiyyətini və əhəmiyyətini izah edin.

  16. Magistr dissertasiyalarının strukturunu izah edin.

  17. “Tərbiyəvi təsir”lərin koordinasiyası nə deməkdir?

  18. Nə üçün tərbiyə insanın həyatı boyu davam edir?

  19. Gələcək müəllim yaxşı tərbiyəçi olmaq üçün nələri öyrənməlidir?

  20. NMİ tələbələri arasında tərbiyədə qloballaşma əlamətlərini göstərin.

  21. İctimai tərbiyə ilə ailə tərbiyəsinin nisbəti haqqında nə deyə bilərsiniz?

  22. Peşə keyfiyyətlərinin formalaşdırılması yollarını göstərin.

  23. Hansı daha dominantdır: hüquqi qanunlar, yaxud əxlaqi qanunlar? Niyə?

  24. Ali pedaqoji məktəblərdə “ağsaqqallar tərbiyəsi” zəruridir, yaxud “liderlər tərbiyəsi”? İzah edin.

  25. Sizcə, nə üçün bizim məktəblərimizdə stimullaşdırıcı üsullardan daha çox istifadə edilir, nəinki əxlaqi şüurun formalaşdırılması üsullarından? Hansı yaxşıdır?

  26. Ali məktəblərdə tyutor xidməti nə deməkdir?

  27. Ali məktəblərə qəbul qaydaları sizə tapşırılsa, necə aparardınız? İzah edin.

  28. Sizə səlahiyyət verilsə, hansı keyfiyyətlərə malik şəxsi ali məktəbə rektor, prorektor, dekan, kafedra müdiri, müəllim təyin edərdiniz? Hər bir vəzifəni ayrıca cavablandırın.

Ədəbiyyat



  1. Ali məktəb pedaqogikası üzrə mühazirə materiallar. Bakı, 2016.

  2. Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnəməsi. 21 yanvar, 2011- ci il.

  3. Əkbər N.Nəcəf. Orta əsrlər Azərbaycanında təhsil anlayışı, strukturu, metodologiyası və tədris vasitələri (X-XVI əsrlər)// “Azər. məktəbi” j., № 2, 2018. səh. 107-123.

  4. Əhmədov B., Rzayev A. Pedaqogikadan mühazirə konsepktləri. Bakı, Maarif, 1983.

  5. İsmixanov M., Bəxtiyarova R. Ali məktəb pedaqogikası. Bakı – 2014.

  6. Kazımov N. Ali məktəb pedaqogikası, Bakı, 2006.

  7. Rüstəmov F., Dadaşova T. Ali məktəb pedaqogikası (Magistratura pilləsi üçün dərslik). Bakı, “Nurlan”, 2007, 568 səh.

  8. Osman Əfəndi. Ali məktəb pedaqogikası üzrə mühazirələr. Bakı, 2010.

  9. Rüstəmov F. Pedaqogika tarixi. Bakı, 2006.

  10. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu. 05 sentyabr 2009- cu il.

  11. Пипова Р.С. Педагогика высшей школы. Минск, 2002.


Yüklə 112,78 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin