Stimullaşdırma metodları. Bu metodlara rəğbətləndirmə, cəzalandırma, nəzarət və özünə nəzarət daxildir.
Rəğbətləndirmə tələbənin hərəkət və davranışlarını mübət, cəzalandırma isə mənfi qiymətləndirməkdir. Nəzarət metodu tələbənin hərəkət və davranışlarının gedişi və ya nəticələrinin pedaqoqlar tərəfindən yoxlanılmasına əsaslanır. Özünə ̶ nəzarət metodu tələbələrin özünün inkişaf və tərbiyəsini diqqətdə saxlaması, düzəlişlər etməsi ilə bağlıdır. Onun istifadə vasitələri : düşünmək, özünümüşahidə, özünəəmretmə, refleksiya və s.-dir.
Metodların düzgün tətbiqi, müxtəlif tərbiyəvi situasiyalarda onların optimal seçilməsi tərbiyə işinin metodikasını təşkil edir. Tərbiyə işinin metodikası ali məktəb pedaqogikasının, tərkib hissəsidir. Bəzən ali məktəblərdə tərbiyə işinin metodikası xüsusi fənn kimi tədris olunur.
Tərbiyə prosesinin məzmunu müəyyən formalarla reallaşdırılır. Forma ̶ tərbiyə işinin xarici görünüşü, bir növ, onun cildi, üz qabığıdır. Ali məktəblərdə tərbiyə işinin formalarına daxildir:
kütləvi formalar ( tematik gecələr, idman yarışları, iməciliklər və s.);
qruplarla iş formaları (bölmə məşğələləri, dərnəklər, studiyalar, klublar);
fərdi formalar (söhbətlər, fərdi tapşırıqlar və s.).
Suallar və tapşırıqlar “Tərbiyəvi təsir”lərin koordinasiyası nə deməkdir?
Gələcək müəllim yaxşı tərbiyəçi olmaq üçün nələri öyrənməlidir?