onun dözüm səviyyəsindən üstün olur. Frustrasiya daha çux
şəxsiyyətin mənfi qiymətləndirilməsi kimi hallarda özünü itir-
mək, küskünlük və s. şəkildə özünü göstərir. Frustrasiya halında
insanda dərin psixi sarsıntılar baş verir.
Frustrasiya haləti bə'zən insan xarakterinə təsir edir, bir sıra
dəyişikliklər törədir, onun davranış və rəftarında özünə inamsızlıq
nəzərə çarpır. Bir sıra nevrozların baş verməsi də frustrasiya halı
ilə izah edilə bilər. Bunun qarşısını almaq üçün psixi gərginliyə
dözüm tərbiyə edilməlidir.
Ali hisslər.
Ali hisslərə əxlaqi, estetik və zehni hisslər
daxildir. Müəyyən cəmiyyət miqyasında mövcud olan əxlaq
normalarına bəslənən subyektiv münasibətlə bağlı hisslərə əxlaqi
hisslər deyilir.
İnsanlar arasındakı münasibətlər, ayrı-ayrı adamlar, insan
qrupları, ictimai hadisələr və qanunlar əxlaqi hisslərin obyekti ola
bilər. Əgər qeyd olunanlara, həmçinin mövcud cəmiyyətin
birgəyaşayış qaydalarına, müəyyən davranış normalarına
münasibət müvafiqdirsə, o zaman insanda müsbət əxlaqi hisslər
yaranır. Xeyirxahlıq, dostluq, rəğbət, yoldaşlıq, kollektivçilik,
məsuliyyət hissləri belə hisslərdəndir. Bəzən də elə olur ki, insan
mövcud əxlaq normalarına uyğun hərəkət etmir, öz mənafeyini
xalqının mənafeyindən üstün tutur. Bu zaman onda fərdiyyətçilik,
bədxahlıq, düşmənçilik, paxıllıq və s. kimi mənfi hjsslər kök salır.
Öz yaramaz hərəkət və rəftarının ictimai əxlaqa uyğun gəlmədiyini
dərk edən, bunun üçün dərin iztirab keçirən adamda isə təəssüf,
peşmançılıq, utancaqlıq, xəcalət çəkmək kimi əxlaqi hisslər nəzərə
çarpır.
Deməli, əxlaqi hisslər mövcud cəmiyyətin rəftar və əxlaq
normalarına insanın bəslədiyi mənfi və ya müsbət münasibətin əks
etdirilməsidir.
Dostları ilə paylaş: