münasibətdən doğan müqəddəs ideya
və vəzifə hissi olmaqla
ancaq insan qəlbində yaşayır.
İnsanın estetik hisslərinin ilk mənbəyi təbiətin gözəlliyidir.
Bundan sonra insana gözəllik hisslərini təlqin edən, həmin təbiəti
obrazlarla əks etdirən bədii ədəbiyyat, incəsənət əsərləri və
musiqidir. İnsanın özünün hərəkət və rəftarları da bu və ya digər
estetik hiss doğura bilər. Bir çox mütəfəkkirlər insan gözəlliyinə
böyük qiymət vermişlər. "İnsan dünyanın əşrəfidir"
deyən dahi
Nizami "İnsanı daima inkişaf edən təbiətin son əsəri" hesab edən
Höte, "Yer üzərində ən böyük gözəllik insan gözəlliyidir" deyən
Pestalotsi bu fikrə təsadüfən gəlməmişdir.
N.Q.Çernışevski göstrəir ki, biz ən gözəl şeyi təmənnasız
olaraq sevirik, ondan zövq alırıq, onu bizə əziz olan bir adam
kimi sevirik. Gözəllikdə nə isə bizim qəlbimizə yaxın
əziz olan
bir şey var.
Bizim maddi tələbatlarımızın ödənilməsində estetik hisslər
iştirak etmir. Onlar bizim aclığımızı, susuzluğumuzu təmin
etməyə, yaxud, həyatımızı mühafizə etməyə yönəlir. Lakin bədii
əsərdən, gözəl musiqidən alınan
estetik zövq, bəzən insanın
aclığını, susuzluğunu unutdurur.
İnsanın estetik hisslərinə həm əxlaqi hisslər, həm də onun
dünyagörüşü, həm də yaşadığı ictimai şərait təsir edir. Bu
cəhətdən də gözəllik haqqında insanların meyarı başqa-baqa olur.
Zehni hisslər
. Zehni hisslər insanın
idrak fəaliyyəti ilə
əlaqədar olan, onu ətraf aləmi dəha dərindən və ətraflı dərk
etməyə yönəldən mürəkkəb hisslərdir. Həmin hisslər təlim
prosesində, elmi axtarışlar, eləcə də incəsənətin müxtəlif növləri
üzrə yaradıcı fəaliyyət zamanı meydana çıxır. İnsan təbiətin,
cəmiyyətin sirlərinə malik olmağa çalışır, bilik əldə etmək cəhdi
onda müxtəlif hisslər doğurur. Bu hisslər hər hansı
nəzəri və
əməli məsələnin həlli ilə əlaqədar olur.
Qədim yunan filosofları Platon və Aristotelin fikrincə, hər cür
fəlsəfənin başlanğıcı təəccübdür. Onların bu sözünün nə qədər
böyük idrak əhəmiyyəti vardır. Çünki insan təəccüb-
35
downloaded from KitabYurdu.org
ləndikcə onu ciddi axtarışa təhrik edən, mühüm zehni hiss, şübhə
hissi yaranır.
Dostları ilə paylaş: