3. Obyektin hərəkətdə olması
. Məlumdur ki, əgər cisim
hərəkət etmirsə, o diqqəti cəlb etmir. Hərəkətin başlanması və ya
kəsilməsi diqqəti cəlb edir. Müəllim şagirdlərin diqqətini səsin
intonasiyasını dəyişməklə və ya öz izahatını dayandırmaqla da
cəlb edə bilər.
İnsanın emosional vəziyyətdə olması
da qeyri-ixtiyari, diq-
qətin yaranmasına səbəb olur. Burada qıcıqlayıcının insanın
tələbatlarına uyğun gəlməsi də mühümdür. Məsələn, ac adamları
xörəyin iyi başqalarına nisbətən daha tez cəlb edir.
Beləliklə, qeyri-ixtiyari diqqət: a) həm xarici səbəblərdən; həm
də b) insanın daxili emosinal vəziyytəindən asılıdır.
İxtiyari diqqətin yaranması, insanın qarşıya qoyduğu məq-
sədlə bağlıdır.
Şüurlu olaraq, qarşıya qoyulmuş məqsədlə bağlı olan,
müəyyən iradi səy əsasında yaranan diqqət ixtiyari diqqət adlanır.
İxtiyari diqqət, şüurlu surətdə icra olunan diqqətdir. Bu zaman
ikinci siqnal sisteminin (söz siqnallarının) köməyi ilə insan cisim
və hadisələr üzərində hakimlik edir.
Qeyri-ixtiyari və ixtiyari diqqət keyfiyyətcə bir- birindən fərqli
olsa da, bir-biri ilə sıx əlaqədədir.
Hər hansı fəaliyyətin icrası zamanı ilk növbədə diqqətin
saxlanılması üçün iradi səy tələb olunur.
Lakin çətinlik aradan
qaldırıldıqda, fəaliyyət üzərində iş cəmləşdikcə, yerinə yetirilən
işə, prosesin özünə maraq yaranır. Diqqətin bir növündən digərinə
keçid baş verir. Belə diqqət şüurlu vəzifə və məqsədlərlə bağlıdır,
ona görə belə diqqəti qeyri-ixtiyari diqqətlə eyniləşdirmək olmaz,
çünki burada diqqəti saxlamaq üçün iradi cəhd tələb olunmur.
Diqqətin qeyri-ixtiyari növlərindən keyfiyyətcə fərqlənən həmin
növü psixologiyada N.F. Dobrinin irəli sürdüyü "ixtiyaridən
sonrakı diqqət" termini ilə adlandırılmışdır.
Daha səmərəli və
məhsuldar zehni fəaliyyəti diqqətin həmin növü ilə əlaqələndirirlər
(İ.V.Straxov) məsələn, məktəbli yalnız lazım olduğu üçün çətin
məsələnin həllinə qarışır. Məktəblinin diqqəti əvvəlcə tez-tez
yayınır, öz fikrini məsələ həlli üzərində cəmləşdirməyə çalışır,
daha doğrusu o özünü
58
downloaded from KitabYurdu.org
diqqətli olmağa məcbur edir. Nəhayət, şagird məsələnin düzgün
həlli yolunu tapır və məsələ onun üçün maraqlı olmağa başlyaır.
Onun diqqəti daha yayınmır, lazımi
obyekt üzərində saxlamağa
xüsusi cəhd tələb etmir.
Ümumiyyətlə, məktəb təcrübəsində qeyri-ixtiyari diqqətə
istinad edərək, ixtiyari diqqəti tərbiyə etmək zəruridir, lakin
diqqətin saxlanması hədsiz gərginliklə bağlı
olmaqla yorucudur,
ona görə də təlim prosesində ixtiyaridən sonrakı diqqət də xüsusi
əhəmiyyətə malikdir.
Hafizənin növləri ilk növbədə, "Nəyi yadda saxlayırıq?",
"Necə yadda saxlayırıq?" və "Nə qədər müddətə yadda sax-
layırıq?" kimi sualları ilə əlaqədardır. Hafizə də diqqət kimi in-
sanın bütün çoxcəhətli fəaliyyətində
iştirak etdiyinə görə onun
təhazür formaları olduqca müxtəlfdir. Odur ki, hafizənin növlə-
rini professorlar Ə.S.Bayramov və Ə.Ə.ƏIizadə bir neçə isti-
qamətdə, ayrı-ayrı meyarlara görə aşağıdakı kimi təsnif edirlər:
Dostları ilə paylaş: