Avstarliya- Avstraliya və okeniya sahəsinə görə qitələrin ən kiçiyidir. Burada ən böyük ərazilər Avstraliya və yeni Zellandiyadır. Ərazi əsasən daxili düzənliklər səhralar , yarımsəhralar, quru seyrək meşələr təşkil edir.
Yer kürəsinin 2 qütb sahəsi var. Şimali arktika və cənubi Antraktidada hər iki qütb sahəsi , qütb qurşağı boyunca qalın buz qatı ilə örtülüb. Buradakı buzlaqlarda yerin bütün şirin sularının 90% i toplanıb. Antaraktida dünyanın ən soyuq və küləkli materikidir. Hər iki sahədə tempratur eyni mənfi 30-50 selsi dəyişir . əgər buradakı buzlaqlar ərisı dünya okean səviyəsi 62 m qalxa bilər.
Günəş sistemi. Göy cisimlərinin- ulduzların, planelərin, dumanlıqların, kometlərin, asteroidlərin, meteoritlərin hərəkət və inkişaf qanunları kainatın ümumi qanunları ilə sıx əlaqədardır. Günəş sisteminin mərkəzi olan günəş qalaktikanı təşkil edən 200 mld ulduzdan ibarətdir. Günəş sistemi günəşin özündən, 8planetdən və onların 31 peykindən, bir neçə min planetdən, yüzlərlə kometdən, çoxlu miqdarda kiçik meteoritdən ibarətdir. Meteoritlərin tərkibi əsasən dəmirdən və daş-dəmirdən ibarətdir. onlar planetlərarası fəzada Yer orbiti yaxınlığında və Günəş ətrafında müxtəlif istiqamətlərdə hərəkət edən kiçik tünd cisimlərdir. Kometlər quyruğu olan on milyon kmlərlə uzanan parlaq nüvədən ibarət cisimlərdir. Komet toz və daşlardan təşkil olunmuş böyük bulud yığınıdır.
Bürclər səmada görünən parlaq ulduz qruplarıdır. Ulduzları asan müşahidə edib öyrənmək üçün insanlar ulduzlu səmanı 88 bürcə bölmüşlər. Bürclər işində zodiak bürcləri xüsusi yer tutur. "Zodiak" yunan sözü olub " vəhşi heyvanlar zolağı" mənası verir. Zodiakda 12 bürc yerləşir: qoç, buğa, əkizlər, xərçəng, şir, qız, tərəzi, əqrəb, oxatan, dolça, balıqlar.
Bizim planetimiz, yəni Yer kürəsi Günəş ətrafında dövr edən səkkiz planetdən biridir. Planetlər və onların peykləri, həmçinin asteroidlər və kometalar Günəş sistemini təşkil edirlər.
Günəş — yüksək temperaturu sayəsində öz-özünə işıq verən ulduzdur. Planetlər isə özləri işıq vermir, günəş işığını əks etdirirlər. Bununla da planetlər ulduzlardan fərqlənirlər.
Planetlər Günəşdən uzaqlığına görə bu ardıcıllıqla yerləşir: Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun və Pluton. Bütün planetlər kürə formasındadır. Merkuri və Veneradan başqa bütün planetlərin peyki var. Peyklər planetlərin ətrafında dövr edirlər. Yupiter sayca ən çox peykə malik olan planetdir. Onun 16, Yer kürəsinin isə 1 peyki var. Yerin peyki bildiyimiz kimi Aydır.
Mars və Yupiterin peykləri arasından keçən asteroidlər cərgəsi planetlər sistemini iki hissəyə ayırır. Günəşə daha yaxın olan planetlər — Merkuri, Venera, Yer və Mars "yer qrupu planetləri” adlanır. Onlar bir-birinə bənzəyirlər – nisbətən balaca, daşlı və möhkəm olan bu planetlər nisbətən asta sürətlə hərəkət edirlər. Onların peyklərinin sayı da az olur. Bu qrupa daxil olan planetlərdən Yerin bir və Marsın isə iki peyki var – Deymos və Fobos.
Yupiter, Saturn, Uran və Neptun “nəhəng planetlər” qrupuna daxildirlər. Onların ətrafında daş nüvədən əhəmiyyətli dərəcədə böyük olan qaz təbəqəsi mövcuddur. Bu planetlərin hərəkət sürəti çox yüksəkdir, peyklərinin sayı da çoxdur.
Alimlər hələ qədim zamanlardan Günəş sistemini öyrənməyə başlayıblar. Onlar xüsusi cihazların köməyi ilə ulduzları və kosmik prosesləri izləyirdilər. Daha sonralar müşahidə borusu və teleskop ixtira olundu. Müasir dövrümüzdə isə astronomlar güclü cihazlardan və rəsədxanalardan istifadə edirlər.
1) Merkuri: Ən kiçik ikinci planet.Şumerlər dövründən etibarən bilinir.
Merkuri Günəş sisteminin Günəşə ən yaxın planetidir. Böyüklük baxımından 9 planet arasında səkkizinci sıranı tutur.Bir tək Pluton Merkuridən daha kiçikdir.Adını Roma mifologiyasında ticarət və səfər tanrısı və tanrıların xəbərçisi olaraq bilinən Merkuridən alıb. Çılpaq gözlə izlənilə bilən 5planetdən biri (digərləri Venera Mars Yupiter və Saturn ) olaraq köhnə çağlardan bəri insan oğlunun diqqətini çəkmişdir. “Yer bənzəri” ya da ‘qaya’ quruluşlu planetlər sinifinə girməkdədir. Günəşə yaxınlığı səbəbiylə yer üzündən izlənilməsi çətindir və haqqında bilinənlər məhduddur. Peyki yoxdur.
2) Venera: Yazılı tarixdən bu yana bilinir
Venera Planeti Günəş Sistemində Günəşə uzaqlıq baxımından ikinci planetdir. Köhnə Roma tanrısı Veneradan (Köhnə Yunan Mifologiyasında Afrodita) adını almışdır.Böyüklüyü baxımından Dünya ilə bənzərlik göstərdiyindən Dünya ilə qardaş planet olaraq da bilinməkdədir. Səmada Günəşə yaxın mövqedə olduğundan və orbiti Dünyanınkına görə Günəşə daha yaxın olduğundan yer üzündən yalnız Günəş doğulmadan əvvəl və ya batdıqdan sonra görülə bilər. Buna görə Venera Axşam Ulduzu və ya Səhər Ulduzu olaraq da adlandırılar. Bir başqa adı da ‘Çoban ulduzu”dur. Görülə bildiyi zamanlar səmadakı ən parlaq cisim olaraq diqqət çəkər.
3) Dünya (Yer kürəsi): İnsanoğlunun özünü bildiyindən bu yana varlığı bilinir
Yer (məşhur istifadə edilən Ərəbcə mənşəli digər adı ilə Dünya , köhnə dildə Ərz) Günəş sisteminin Günəşə uzaqlıq baxımından üçüncü sıradakı planetidir. Üzərində həyat saxladığı bilinən tək təbii göy cisimidir. qatı ya da ‘qaya’ ağırlıqlı quruluşu səbəbiylə üzvü olduğu yer bənzəri planetlər qrupuna adını vermişdir. Bu planet qrupunun kütlə və həcm baxımından ən böyük üzvüdür. Böyüklükdə Günəş sisteminin 9 planeti arasında qaz nəhənglərinin böyük fərqlə arxasından gələrək beşinci sırada yerləşir. Tək təbii peyki “Ay” dır.
4) Mars: Qırmızı planet. Tarix əvvəli çağlarda göy alimləri tərəfindən görülüb.
Mars Günəş Sisteminin dördüncü planetidir. Adı Köhnə Romadakı döyüş tanrısı Marsdan gəlməkdədir Gecə təmiz bir havada sadə bir teleskopla qırmızılığı görülə bilər.
5) Yupiter: Günəş Sistemindəki ən böyük planet. Antik çağlardan bəri bilinir.
Yupiter Günəş sisteminin ən böyük planetidir. Günəşdən uzaqlığa görə 5-ci sırada iştirak edər. Adını Roma tanrılarının ən böyüyü Yupiterdən alıb. Böyük ölçüdə hidrogen və heliumdan meydana gəlməkdə və qaz nəhəngləri sinifinə girməkdədir.
6) Saturn: Ən böyük ikinci planet. Halqaları ilk olaraq 1610da Galileo tərəfindən müşahidə edildi.
Saturn Günəş sisteminin günəşdən uzaqlıq sırasına görə 6-cı planetidir. Böyüklük baxımından Yupiterdən sonra ikinci sırada gəlir. Adını Roma əkinçilik tanrısı Saturnusdan alıb. Ərəbcə mənşəli Saturn adı Türkcədə gedərək daha az istifadə edilməkdədir. Sekendiz olaraq da bilinər. Çılpaq gözlə izlənilə bilən 5 planetdən biri (digərləri Merkuri Venera Mars və Yupiter) olaraq köhnə çağlardan bəri insanoğlunun diqqətini çəkmişdir. Böyük ölçüdə hidrogen və heliumdan meydana gəlməkdə və qaz nəhəngləri sinifinə girməkdədir.
7) Uran: Diametr olaraq üçüncü böyük planet. 1690-cı ildə John Flamsteed tərəfindən kəşf edilib.
Uran Günəş sisteminin Günəşdən uzaqlıq sırasına görə 7-ci planetidir. Diametr baxımından Yupiter və Saturndan sonra üçüncü, kütlə baxımından bu iki planet və Neptunun ardından dördüncü sırada gəlir. Adını Yunan mifologiyasındakı səma tanrısı Uranosdan alıb. 1781-ci ildə William Herschel tərəfindən tapılmışdır. Qaz nəhəngləri sinifinə girməkdədir
8) Neptun: Diametr etibarıyla dördüncü böyük planet. 28 dekabr 1612-cı ildə Galileo tərəfindən kəşf edildi.
Neptun Günəş sisteminin Günəşdən uzaqlıq sırasına görə 8. planetidir. Kütlə baxımından Yupiter və Saturndan sonra üçüncü , diametr baxımından bu iki planet və Uranın ardından dördüncü sırada gəlir. Adını Roma dəniz tanrısı Neptunusdan alıb. 1846-cı ildə Urbain Le Verrier və Johann Gottfried Galle tərəfindən tapılmışdır. Qaz nəhəngləri sinifinə daxildir.
9) Pluton: Günəş Sistemində bilinən ən kiçik planet. 18 Fevral 1930-cu ildə Clyde Tombaugh tərəfindən kəşf edilib.
Pluton Günəş sistemindəki doqquzuncu planetdir. Günəş sistemindəki ən kiçik planet olduğu üçün və xarici mərkəzli bir orbitə sahib olduğu üçün bir planet olub olmadığı mövzusunda müzakirələr çıxmışdır.Ancaq sonda Pluton planet olaraq təsnif edilmişdir.
“Planet Arizona Lowell” Rəsədxanasında astronom Clyde Tombaugh tərəfindən 18 Fevral 1930-cu ildə tarixində kəşf etmişdir.Tombaugh Plutonu Neptunun orbitindəki anormallıqları açıqlaya biləcək bir göy cisimini axtararkən tapmışdır.Günəş sisteminin Sedna sayılmazsa ən uzaq planetidir. Böyüklüyü Ayın 1/6-i qədərdir.Sıxlığı suyun 2 qatıdır