Yer kürəsi və xüsusiyyətləri İlk dəfə 1519 cu ildə Magellan tərəfindən başlanmış və 1522 ci ildə Dell Cono tərəfindən kürə formasında olması sübut olunmuşdur. Yer və günəş arasındakı məsafə ~150.00 km-ə bərabərdir. Yerin günəş ətrafında tam dövrü 365 gün 5 saat 48 dəq 46 san. Başa çatır. Bu yerin ilk hərəkəti adlanır. Yer öz xəyali oxu ətrafında tam dövrünü 24 saata başa çatdırır. Hesablamalara görə yer qabığının yaşı 3-4milyard edir. Əvvəllər yerin tərpənməz olduğunun və qalan göy cisimlərinin onun ətrafında olduğu qeyd edilirdi.Bu nəzəriyyə 16 cı əsrə qədər davam etmişdir. Polyaq alimi Nikolay Kopernik dünyanın geosentrik nəzəriyyəsini ləğv etdi və göstərdi ki, yer və planetlər həm günəş ətrafında hərəkət edir, həm də öz oxu ətrafında fırlanır. Bu nəzəriyyə Heliosentrik nəzəriyə adlanır.
Mövzu 3. Yerin təbəqələri və onlarda gedən proseslər Yerin 4 xarici (atmosfer, biosfer, litosfer və hidrosfer) və 3 daxili (yer qabığı, mantiya, nüvə) təbəqəsi var.
Yerin mərkəzində radiusun 3500 km-ə yaxın olan çox yüksək temperatura (35000 C0 və təzyiqə malik nüvə yerləşir. Nüvənin dəmir və nikeldən ibarət olması güman olunur. Nüvənin üzəri qalınlığı 2900 km olan mantiya (latınca örtük deməkdir) ilə örtülüb. Mantiya əsasən ərimiş, lakin yüksək təzyiq nəticəsində bərk hal almış maddədən ibarətdir. Lakin mantiyanın Yer səthinə yaxın hissəsində bu maddələr bəzən maye halına yaxınlaşırlar.
Məhz bu zonada bütün vulkan ocaqları və ən dərin zəlzələlər baş verir. Mantiyanın üzəri Yer qabığı ilə örtülüb, onun qalınlığı 5-90 km-ə qədərdir. Yer qabığı 3 süxur qatından çökmə, qranit və bazaltdan ibarətdir. Qranit və bazalt arasındakı sərhəddi Konrad sərhədi adlandırırlar. Okeanın dibində qranit qatı yoxdur. Materiklərdə isə qranit təbəqəsinin üzərində çökmə, altında isə bazalt təbəqəsi yerləşir. Bu səbəbdən Yer qabığının qalınlığı materiklərdə çox (90 km-ə qədər), okeanlarda isə azdır. Yer qabığının qalınlığı okean dibində daha nazik olduğundan burada materiklərə nəzər daha çox vulkan və zəlzələlər baş verir. Yer qabığının ən qalın yeri mərkəzi Asiyadakı Hindiquş və Himalay dağlarında, ən az qalınlığı isə Sakin okeandakı Marian çökəkliyindədir.
Yer qabığı dünyanın ən bərk təbəqəsidir. Burada dərinliyə doğru getdikcə temperatur hər 33 m-dən bir 10 C artır ki buna geotermik pillə deyilir. Hər 100 m dərinlikdə temperaturun dəyişməsinə isəgeotermik qradiyent deyilir. Yerin daxilində temperaturun artmasının səbəbi radioaktiv maddələrin parçalanması və təzyiqin artmasıdır. Yerin ən ağır və ən sıx maddələri aşağı mantiya və nüvədə yerləşir. Yerin ümumi kütləsinin 80%-ini məhz onlar təşkil edir.
Yer qabığını yuxarı mantiyadan ayıran sərhədəMoxoroviçiç (qısa Moxo) sərhəddi adlandırırlar. Mantiyanın yuxarı hissəsi və Yer qabığından ibarət təbəqəyə litosfer (daş təbəqə deməkdir) deyilir. Onun qalınlığı 90-250 km-dir.
UPD. Fransa geofiziklərinin fikrincə, Yer kürəsinin nüvəsi simmetrik deyil və orada kristallaşma prosesi davam etməkdədir. Mütəxəssislər planetimizin Şimal yarımkürəsi, təxminən Rusiya və Çin əraziləri altında nüvənin tədricən əridiyini, Qərb yarımkürəsində isə bərkidiyini bildirirlər. Buna əsas olaraq son 30 il müddətində baş vermiş 100 böyük zəlzələ, seysmik aktivliyin yüksəlməsi göstərilir.
Alimlər toplanan məlumatların təməlində Yer nüvəsinin formasını qurub, tərkibini müəyyənləşdiriblər. Nüvə əsasən dəmirdən ibarətdir və özəkdə bərk, periferiyada (özək ətrafı çevrədə) maye haldadır.